Kurs: II fənn: Pedaqogika -2 Mövzu



Yüklə 494 Kb.
səhifə31/46
tarix16.12.2022
ölçüsü494 Kb.
#75471
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   46
Kurs II f nn Pedaqogika -2 M vzu

P.2. Debatlar şagirdləri həyəcanlandıran, xarakterli, mübahisəli mövzular üzrə planlaşdırılmış xüsusi dialoqdur.
Debatların məqsədi öz mövqeyini, nöqteyi-nəzərini dəlil-sü-butlu şəkildə, sakitcəsinə müdafiə etməyi şagirdlərə öyrətməkdir.
İştirakçılar müzakirə olunan mövzunun “lehinə” və “əleyhinə” olan dəlilləri gətirməli və opponentlərini öz mövqeyinin düzgün ol-duğuna inandırmağa çalışmalıdırlar.
Debatların aparılmasının 2 forması mövcuddur: şifahi və yazılı.
- Yazılı debatlar - tərəflər arasında yazılı dialoq formasıdır.
- Debatlar cütlüklər, ya da üç-dörd nəfərlik qruplar şəklində aparıla bilər.
- Debatlar A-4 (albom) və A-1 (vatman) vərəqlərində, xüsusi forma üzrə keçirilir.
- Debatlar zamanı şagirdlər yalnız öz dəlillərini təqdim etmir, həm də digər tərəfin dəlillərinə cavab verirlər.
- Debatlar şagirdlərin müzakirə olunan məsələ ilə bağlı fikir-lərini dərinləşdirir, onları diskussiya mədəniyyətinə alışdırır.
Tətbiq etmək qaydası
1. Müəllim şagirdlərə debatların necə keçirildiyini izah edir: bir qrup mövzusunu təsdiq edir və öz mövqeyini sübuta yetirir, digəri isə həmin mövzunu təkzib edir və öz sübutlarını təqdim edir.
2. Şagirdlər debatın keçiriləcəyi mövzu ilə irəlicədən tanış olurlar.
3. Sinif ya cütlüklərə, ya da cüt saylı qruplara, məsələn, hərəsində üç şagird olmaqla 8, yaxud 10 qrupa bölünür.
4. Müəllim şagirdlərə sinif otağının hər iki tərəfi boyu düzülmüş stullara əyləşməyi təklif edir və püşkatma yolu ilə hər qrupun üzvlərinin hansı nöqteyi-nəzəri müdafiə edəcəklərini müəyyənləşdirir.
5. Sinif otağının hər iki tərəfində əyləşmiş qruplar iki-iki yazılı dialoqa başlayırlar. Birinci qrupdan olan şagirdlərə öz dəlilinin formalaşdırılması üçün 5 dəqiqə vaxt verilir. Həmin dəlil kağız vərəqinə yazılır.
6. Sonra vərəqlər opponentlərə ötürülür və onlara öz tərəf-müqabillərinin dəlillərinə cavablarını formalaşdırmağa və yazmağa, eləcə də öz əks-dəlillərini şərh etməyə 8 dəqiqə vaxt ayrılır.
7. Bu cür mübadilə prosesi 2-3 dəfə təkrarlanır, özü də bu zaman hər şagird mütləq tərəf-müqabilinin dəlilinə cavab verməli və öz dəlilini də buraya əlavə etməlidir. Adətən 3-4 raund kifayət edir. Sonuncu raundda şagirdlərə nəticəni yazmaq imkanı verilir. Bundan sonra işlər yığılır (əgər A-4 formatlı kağızda yerinə yetirilmişsə), yaxud bunların təqdimatı keçirilir (əgər iş A-1 formatlı kağızda icra edilmişsə). Əgər qruplarda icra olunmuş işlərin təqdimatı keçirilir-sə, dəlillər və əks-dəlillər iki şagird tərəfindən oxunur. Çox vacibdir ki, oxu zamanı müəllim şagirdlərin yalnız öz cavablarını oxumasına, mübahisəyə girişməməsinə, bir-birinin dəlillərini “saf-çürük” etməsinə göz yetirsin, çünki bunlar yazılı debatlardır və şagirdlər öz fikirlərini yazılı formada bildirirlər.
Əgər işlər A4 formatında və cütlükdə yerinə yetirilibsə, onda həmin işlər toplanır və müəllim tərəfindən qiymətləndirilir.
8. Yekunlaşdırmanın ən yaxşı forması hər iki tərəfə ünvanlanmış aşağıdakı sual ola bilərdi: “Rəqibin ən yaxşı dəlilləri hansılar idi?”



Yüklə 494 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin