VIII Mövzu
Şəxsiyyətin motivləşməsi.
Plan
Motiv və motivasiya anlayışları
Motivasiyanın tədqiqinin başlıca istiqamətləri
Motivlərin növləri
Təlim motivləri
Ədəbiyyat
Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya.2-ci nəşri – Bakı, 2002,
Bayramov Ə.S., Əlizadə Ə.Ə. Sosial psixologiya. – Bakı, 2003,
Bayramov Ə.S. Şəxsiyyətin təşəkkülünün aktual psixoloji problemləri. – Bakı, 1989.
Həmzəyev M.Ə. Pedaqoji psixologiya. – Bakı, 1991.
Əliyev R.İ. Şəxsiyyət və onun formalaşmasının etnopsixoloji əsasları. – Bakı, 2000.
İnsanı əhatə edən cisim və hadisələr heç də daima deyil, onun həyatının müxtəlif vaxtlarında tələbatlarının obyekti olur və onu müvafiq fəaliyyətə təhrik edir. Bununla yanaşı olaraq insanın bu və ya digər tələbatını ödəyən obyekt yalnız eyni bir cisim və hadisədən ibarət olmur. Müxtəlif cisim və hadisələr tələbatın obyektinə çevrilərək insanı fəaliyyətə təhrik edə bilir. Tələbatların ödənilməsi ilə əlaqədar olaraq insanı hər hansı bir məqsədə yönəlmiş işə, fəaliyyətə təhrik edən amillərə, səbəblərə motiv deyilir. İnsan fəaliyyətinin motivləri özlərinin çoxcəhətliliyi ilə xarakterizə olunur.
Tələbatlarda olduğu kimi motivlər təbii və ali (maddi və mənəvi) ola bilir. Bundan başqa A.N.Leontyevə görə motiv obraz, anlayış, fikir, ideal şəklində də çıxış edə bilir.
Qeyd edilənlərlə yanaşı olaraq özünün xarakteri və fəaliyyət prosesində oynadığı rola görə motivlərin aşağıdakı növlərini qeyd etmək olar: 1) situativ və geniş motivlər; 2) fəaliyyətin nəticəsinə və onun özünə doğru yönələn motivlər; 3) eqoistik və ictimai əhəmiyyətli motivlər.
Dostları ilə paylaş: |