Kurs: III qrup: 1902b tələbə



Yüklə 18,26 Kb.
tarix30.12.2021
ölçüsü18,26 Kb.
#49191
Mustafayeva Sevinc 1902B


Fakultə: İncəsənət və Fiziki tərbiyə

İxtisas: Təsviri incəsənət müəllimliyi

Kurs: III

Qrup: 1902B

Tələbə: Mustafayeva Sevinc

Fənn: Azərbaycan Tarixi

Müəllim: Xanəliyev Cəfər
Teymur və Toxtamışın Azərbaycana yürüşüyüş

Azərbaycan 1386-cı ilin baharında yenidən İrana vəCənubi Qafqaza yürüş etmiş Teymurun hücumunaməruz


qaldı. Teymurun bu yürüşü tarixdə üçillik yürüş kimitanınır. O, ilk növbədə, bir sıra əmirlərini Sultaniyyəyəgöndərdi. Onlar burada yerli hakim olan Adilləbirləşdilər və Təbrizə gəldilər. Sultan ƏhmədinTəbrizdəki əmirlərinin bir qismi Əlincə qalasına, birqismi isə Bağdada çəkildi. Təbriz Adilin ixtiyarınakeçdi. Sultan Əhmədin Təbrizə göndərdiyi qoşunyenidən məğlub olub geri qayıtdı.

Az sonra Adil Teymuru qarşılamaq üçün Həmədanagedərkən Sultan Əhməd bir daha Təbrizə tərəf irəlilədi.


O, Marağa vilayətinə daxil olduqda Adilin əmirləriTəbrizi tərk edib geri çəkildilər. Adillə birləşmişTeymur
Ucana çatdıqda Sultan Əhməd düşmənə qarşımüqavimət göstərmək iqtidarında olmadığı üçünTəbrizdən çıxıb Naxçıvana getdi və düşərgəsini tərkedərək oradan Bağdada çəkildi. Təbrizə daxil olmuşTeymur bir müddətdən
sonra Naxçıvana getdi və orada, Əlincə qalasınınətəklərində birgünlük vuruşmadan sonra Qarabağaqışlamağa
gəldi. Teymur Qarabağda olduğu zaman Şirvanşahİbrahim qiymətli hədiyyələrlə onun yanınagedib öz itaətini bildirərək onunla ittifaq bağladı.

XIV əsrin son rübündə Cənubi Qafqazda baş vermişhadisələr (ilk növbədəTeymurun və şirvanşah I İbrahimin fəaliyyəti) nəticəsində Azərbaycanın Şimal-qərb sahələri genişləndi. Tarixçi Şərəfəddin ƏliYəzdinin məlumatına


görə, bu dövrdə Azərbaycan ilə Gürcüstan arasındakısərhəd Debed (Tebeder) çayı boyunca keçirdi.1387-ci ildə Teymur Toxtamışın Buxara və Səmərqənd üzərinəhücumu ilə əlaqədar Azərbaycanı tərk etməli oldu. O, burada öz şahzadələrindən və yerli əyanlardan ibarətcanişinləriniqoydu. Təbriz şəhəri Miranşahın başçılığıilə Əmir Məhəmməd Dəvati və Qara Bəstama, Sultaniyyə Əxi,Pişkin Əmir  və Hacı Əhmədətapşırıldı. Lakin tezliklə Teymurun canişinləriarasındaçəkişmələr başlandı.

Azərbaycanda hakimiyyəti ələ almağa çalışan bir sırayerli feodal qrupları da mübarizəyə qalxaraq, həm


Teymurilərlə, həm də öz aralarında toqquşurdular. Sultan Əhmədin Təbrizdə hakimiyyətini bərqəraretməyə çalışan əmirlər, Mahmud Xalxalinin idarəetdiyi feodal qrupu, Qara Yusifin başçılığı iləQaraqoyunlular, Marağa hakimi Yadigar şahın dəstələrivə hakimiyyətdə möhkəmlənməyə can atan Teymuriəmirləri bu çəkişmələrin başlıca iştirakçıları idi.1387-ci ildə Təbriz hakimlərindən olan Qara Bəstam və Pişkinhakimi Əmir  ittifaqa girərək Məhəmməd Dəvatininüzərinə hücum etdilər, onu məğlubiyyətə uğradaraqTəbrizin idarəsini öz əllərinə aldılar.

1388-ci ilin fevralında Əlincə qalasının kutvalı XacəCövhər Cəlairi əmiri sultunun başçılığı ilə Təbrizəqoşun göndərdi. ġəbli Mərənddə onlara qarşı çıxdı, lakin məğlub oldu. O, əvvəlcə Təbrizdə, sonra isəMarağada əhalini


qarət etdi.Təbrizdə ġəblin in naibi Əmir Dövlətyarhökmranlıq edirdi.  Vəziyyətdən istifadə edənMəhəmməd Dəvati Qaraqoyunlu Qara Məhəmmədişəhəri tutmağa çağırdı. Həmin ilin may ayının 25-də Qaraqoyunlu qoşunu Təbrizə çatdı, şəhərdə olanüsyançıları həbs edib Şəblinin ardınca getdi. OnlarHəştruddakı vuruşmada qələbə çaldılar. Şəbliöldürüldü. Lakin Qaraqoyunlularla Ağqoyunlulararasındavuruşma başlandığı üçün Qara Məhəmmədindəstəsi Təbrizdən çıxmalı oldu. Onlar şəhəri QaraBəstama və Əmir Caliqə tapşırdılar. tezlikləQaraqoyunlu əmirləri də şəhəri tərk etdilər və Təbrizşeyx Adilin sərəncamına keçdi. O, Əlincə qalasınınkurvalı Cövhəri Təbrizə dəvət etdi. Cövhərin Təbrizitutub Arrana qoşun göndərməsindən narazı qalmışXalxal hakimi Mahmud ona qarşı qoşun yeritdi vəTəbrizə yürüş edib şəhəri ələ keçirdi.

Təbriz 5 ay müddətində Mahmud Xalxalinin başçılıqetdiyi əmirlər qrupunun (şeyx Hacı, Satılmış MəlikNizaməddin, Xalıq və b.) ixtiyarında oldu. Bundansonra isə şəhər Əlincə qalasından Altunun hücumunaməruz qaldı. Altun Mahmud Xalxalinin bir neçəəmirini tutub Əlincə qalasına göndərdi, özü isə Təbrizədaxil oldu. Lakin 1391-ci ildə Mahmud Xalxaliyenidən Sultaniyyədən Təbrizə yürüş etdi, Altun iləqanlı vuruşmalar apardı və qalib gələrək Təbrizdəhakimiyyəti ələ aldı. O, 6 aydan sonra Əmir MəlikNizaməddini şəhərdə qoyub Xalxala qayıtdı. Vəziyyətdən istifadə edən Qara Yusif Xoydan Təbrizəgəldi, şəhəri tutdu və bir neçə gündən sonra əmirləriniburada qoyub geri qayıtdı. Az sonra Əmir Altun birdaha Əlincə qalasından Təbrizə hücum etdi, şəhəri ələkeçirdi. O da öz nümayəndələrini şəhərdə qoyub geriyə– Əlincəyə qayıtdı. Bu vaxt Mahmud Xalxali Təbrizəyürüş edərək, Altun ilə 12 günlük vuruşmadan sonraqələbə çaldı və şəhərə daxil oldu. Lakin o, bu dəfə dəTəbrizdə möhkəmlənə bilmədi.

1392-ci ildə Alatağ yaylağından Təbrizə irəliləyənQara Yusif şəhəri tutdu, Mahmud Xalxala çəkildi. Təbriz bir neçə gündən sonra Əmir Bəstam və onunmüttəfiqlərinin (qardaşı Mənsur və Xalıqın) əlinəkeçdi. Qara Yusif şəhərdən çıxmalı oldu.Bu zaman Marağada da feodal çəkişmələri gedirdi. Ruyendejqalasında Əmir Məhəmməd Dəvatini həbsə almışYadigarşah Marağada hökmranlığa başladı və bir neçəgündən sonra Təbrizə yürüş etdi. Lakin şəhəri tutmaqona müyəssər olmadı.

Təbriz Bəstam Cakir və onun müttəfiqlərininixtiyarında çox qalmadı. Qara Yusif şəhərə yürüş ediboranı tutdu və


bir aya yaxın şəhərdə qaldıqdan sonra Əmir Satılmışıcanişin təyin edib şəhərdən çıxdı. Bu xəbəri almışYadigarşah bir daha Marağadan Təbrizə yürüş etdi. Bir neçə gün əvvəl baş vermiş vuruşmalarda tərəflərdənheç biri qələbə qazana bilmədi. Bu əsnada Teymurunqoşunları Azərbaycan sərhədlərində göründü. Qaraqoyunlular Təbrizi tərk
edib öz vilayətlərinə tərəf çəkildilər. Yadigar şah isəMarağaya getdi. Teymurun qoşunu 1392-ci ildəTəbrizə daxil oldu.

Cəlairi sultanı Əhmədin Azərbaycanda yeganəistinadgahı Əlincə qalası idi. Cəlairilərin xəzinəsiqalada saxlanılırdı. Qala Sultan Əhmədin oğlu Sultan Tahirin başçılığı ilə Əmir Altun və qalabəyi XacəCövhər tərəfindən müdafiə olunurdu.

Burada Cəlairilərin 300-dən artıq əsgəri var idi.Azərbaycanı zəbt etmiş Teymur Sultan Əhmədətabe olmaq barədə məktub yazdı, lakin rədd cavabıaldı. Buna görə də o, Bağdada hücuma keçdi, oranıqarət etdikdən sonra geri qayıdıb Əlincəyə qoşungöndərdi. Qalanın müdafiəçiləri mərdliklədöyüşürdülər. Teymur qalanınmühasirəsini daha da gücləndirdi və bütün giriş yollarını nəzarət altına aldı. Əmir Teymur Gürcüstana yürüş etdi, oranı viran qoyduvə 1393-cü ildə Şəki vilayətinə soxuldu. Şəki hakimiSeydi Əli düşmənə müqavimət göstərə bilmədiyi üçünqaçdı.

Teymur buradan Muğana qayıtdı və Mahmudabaddaqışladı. 1395-ci ilin baharında Teymur Dərbəndikeçərək Qızıl Orda üzərinə hücum etdi. Şirvanşahİbrahimin və Marağa hakimi Əmir Yadigarıniştirak etdiyi bu yürüşdən 1396-cı ilin baharında qələbəilə qayıtmış Teymur şimal sərhədlərinin qorunmasıməqsədilə Dərbəndin müdafiə istehkamlarını daha da möhkəmləndirdi. Şirvanşahİbrahim Şirvanın hakimikimi tanındı və o da şimal sərhəddinin müdafiəsi iləməşğul oldu.

Əlincə qalası istisna olunmaqla, bütün Azərbaycanızəbt etmiş Teymur oğlu Miranşahı DərbənddənBağdada, Həmədandan Ruma qədər olan böyük birəraziyə hakim təyin etdi və Səmərqəndə qayıdaraqHindistan səfərinə getdi.Teymur Hindistan səfərindəolarkən Azərbaycanın, eləcə də Cənubi Qafqazın birçox yerli feodalları müstəqillik uğrunda mübarizəapararaq Teymurilərə itaət etməkdən boyun qaçırdılar. Əlincə qalasının müdafiəçiləri ilə birləşmiş Şəki vəGürcüstan hakimləri Teymurilərlə vuruşdular və həttabir çox hallarda onlara qalib gəldilər.

Miranşahın yeritdiyi mənfur siyasət bir çox feodallarınvə xalq kütlələrinin narazılığına səbəb olurdu. Azərbaycanda və Cənubi Qafqazda baş verənhadisələrdən xəbərdar olmuş və Miranşahın vəziyyətinizamlamaqda acizliyini hiss etmiş Teymur Hindistansəfərindən qayıtdıqdan sonra (1399-cu ilin sentyabrayında) Azərbaycana yürüş etdi. Bu yürüş tarixdə ”Yeddiillik müharibə” adlanır.

Azərbaycana gəlmiş Teymur Qarabağdan Gürcüstanagetdi və Kür çayının sahillərində məskən saldı. Bu zaman Cənubi Qafqazın bir sıra vilayət hakimləri onunhüzuruna gedib itaət edəcəklərini bildirdilər. Həminhakimlərlə Teymurarasındakı münasibətlərinyaxşılaşdırılmasında ŞirvanĢah İbrahimin böyük roluoldu. Seydi Əli öldüyü üçün Şəki vilayətinə hakimlikedən oğlu Seydi Əhməd,həmçinin gürcü çarı Georgi Şirvanşah İbrahimin vasitəçiliyi ilə Teymurun yanınagedib, onunla ittifaqa girdilər.

Teymurun bu yürüşü zamanı uzun müddət cəsarətləmüdafiə olunan Əlincəqalası da tabe edildi. Qalada başvermiş feodal çəkişmələri onun süqutu üçün əsas səbəboldu.

Teymur bir müddətdən sonra Səmərqəndə qayıtdı və1405-ci ildə vəfat etdi. Azərbaycan bu dövrdəMiranşahın oğlu Mirzə Ömərin ixtiyarında, Şirvan isəİbrahimin hakimiyyəti altında idi.

Toxtamışın Azərbaycana yürüşü

Çəkişmələr səbəbi ilə Azərbaycan ərazisi Cəlairilərinnüfuz dairəsindən çıxdı. Müxtəlif zamanlardacanişinlərin sərəncamında oldu. Sultan Əhmədhakimiyyəti bərpa etmək istəsə də nail ola bilmədi.

Cəlairilər dövlətinin zəifləməsi Sultan ƏhmədinTəbrizdə olmaması və Teymurun Səmərqəndəqayıtmasından istifadə edən Toxtamış 1386-cı ilinqışında 90 minlik qoşunla Dərbənd keçidindəndənAzərbaycana hücum etdi. Şirvanşah I İbrahiminşəhərin müdafiəsini təşkil etmək cəhdi heç bir nəticəvermədi. Qoşun hissələri Dərbəndi və Şirvanı keçibTəbrizə yaxınlaşdı.Təbrizlilər şəhərin müdafiəsinəqalxdılar. Toxtamış şəhər hakimi Əmir Vəli ilədanışıqlara başladı və 250 tümən qızıl almaq şərti iləgeri qayıtmağa razılıq verdilər. Şəhər ordusu razılığaəsasən silahı yerə qoydu. Lakin Toxtamış əhdini pozdu, 1382-ci ildə Moskva altında olduğu kimi hiyləgərlikləqoşununu şəhərə yeritdi. Toxtamışın 100 minlik qoşunilə 8 gün şəhəri qarət etdilər.

Toxtamış Təbrizdən Marağaya keçdi və şəhəridağıdaraq yenidən Təbrizə qayıtdı. Qoşunun bir hissəsiMərəndə və oradan Naxçıvana yollandı. Şəhəri qarətetdikdən sonra Qarabağa girib o biri dəstələrləbirləşərək Qızıl Ordaya getdi. Özü ilə 200 min əsirapardı.

Toxtamışın Azərbaycanda törətdiyi talanlar ölkənixarabalığa çevirdi. Yerli əhalinin inadlı mübarizəsi vəTeymurun qoşunlarının Qızıl Ordu malikanələrinəhücumu Toxtamışın geri çəkilməsinə səbəb oldu. Qaynaqlar Teymurun hücumu ərəfəsindəki vəziyyətibelə şərh edirlər: “Bu dövrdə İranda ölkənin hərtərəfinə fərman verə biləcək bir şəxs yox idi, həmfikiradam tapmaq olmazdı, adamlar bir-birinə etibaretmirdilər”.



 
 
Yüklə 18,26 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin