Kurs iŞİ Fənn: Mülki hüquq Fakültə:İqtisadiyyat və hüquq İxtisas: Hüquqşünaslıq


Ümumi mülkiyyət hüququnun növləri



Yüklə 87,9 Kb.
səhifə9/10
tarix23.04.2023
ölçüsü87,9 Kb.
#101766
1   2   3   4   5   6   7   8   9   10
Ümumi mülkiyyət hüququnun anlayışı

6. Ümumi mülkiyyət hüququnun növləri
Mülki Məcəllə ümumi mülkiyyətin iki növünü fərqləndirir: paylı ümumi mülkiyyət; birgə ümumi mülkiyyət. MM-in 213-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payını müəyyənləşdirməklə (paylı mülkiyyət) və ya belə payları müəyyənləşdirmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Ümumi mülkiyyətin bu növlərinə müvafiq olaraq ümumi mülkiyyət hüququnun iki növü vardır: paylı ümumi mülkiyyət hüququ; birgə ümumi mülkiyyət hüququ. Belə bölgü Almaniya qanunvericiliyində də nəzərdə tutulur: Niteigentum nach Bruchteilen (paylı mülkiyyət); Gesamthandeigentum (birgə mülkiyyət)1. Yaponiya mülki qanunvericiliyi belə bölgü tanımır. Paylı ümumi mülkiyyət odur ki, iştirakçılardan (həmmülkiyyətçilərdən) hər birinin bu mülkiyyətdəki payı dəqiq olaraq müəyyən edilir. Başqa sözlə desək, bu növ mülkiyyətdə iştirakçılardan hər birinə müəyyən pay məxsus olur. Özü də bu paylar həm bərabər, həm də qeyri-bərabər (məsələn, iki şəxsin satın aldıqları minik avtomobilində 30 % vətəndaşların birinin, 70 %-i isə digərinin payını ifadə edir və ya bu paylar yarıbayarı, yəni 50 %-in 50%-ə nisbətində) də ola bilər. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaradılmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir (MM-in 213-cü maddəsinin 3-cü bəndi). Bu, onu ifadə edir ki, mülki qanunvericilikdə paylı mülkiyyətin prezumpsiyası (ehtimalı) müəyyən edilir. Buna əsasən, əgər ümumi mülkiyyət yaranarsa, belə halda yalnız paylı mülkiyyətin əmələ gəlməsindən söhbət gedə bilər. Daha doğrusu, əksi sübut olunana kimi, ümumi mülkiyyət paylı mülkiyyət hesab edilir. Birgə ümumi mülkiyyət odur ki, bu mülkiyyətin hər bir iştirakçısının ümumi əmlakdakı payı əvvəlcədən dəqiq olaraq müəyyən edilmir. Belə mülkiyyətdə pay iki halda dəqiq olaraq müəyyən edilir: iştirakçılar arasında ümumi əmlak bölündükdə; iştirakçılardan birinin payı ayrıldıqda. Buna görə çox vaxt birgə mülkiyyət paysız mülkiyyət də adlandırılır.
Birgə ümumi mülkiyyət yalnız qanunda nəzərdə tutulduğu halda əmələ gəlir (MM-in 213-cü maddəsinin 3-cü bəndi). Bu növ mülkiyyətə ərlə arvadın nikah dövründə qazandıqları əmlakı misal göstərmək olar (MM-in 225-ci maddəsi). Paylı ümumi mülkiyyətin bir növü kimi kəndli (fermer) təsərrüfatının əmlakı fərqləndirilirdi1 12. Bu, yalnız o vaxt mümkün olurdu ki, qanunvericilikdə və ya kəndli (fermer) təsərrüfatı üzvlərinin bağladığı müqavilədə başqa hal nəzərdə tutulmasın. Qanun birgə ümumi mülkiyyətin paylı ümumi mülkiyyət növünə çevrilməsinin mümkünlüyünü istisna etmir. Belə ki, birgə ümumi mülkiyyətin iştirakçıları razılaşma əsasında ümumi əmlak üzərində paylı mülkiyyət rejiminə keçə bilərlər. Razılıq əldə edilmədikdə, məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər (MM-in 213-cü maddəsinin 5- ci bəndi).
Ümumi mülkiyyətin birgə və ya paylı mülkiyyət növündə olması iştirakçıların subyekt tərkibindən asılıdır. Belə ki, vətəndaşların subyekt kimi çıxış etdiyi ümumi mülkiyyət həm paylı, həm də birgə mülkiyyət növündə ola bilər. Dövlətin və bələdiyyələrin, habelə hüquqi şəxslərin iştirakçısı olduğu ümumi mülkiyyət münasibətlərinə gəldikdə isə bu münasibətlər yalnız paylı mülkiyyət növündə ola bilər. Ümumi paylı mülkiyyət münasibətləri vətəndaşlar və hüquqi şəxslər, vətəndaşlar və dövlət, hüquqi şəxslər və dövlət arasında yaranır. Sovet mülki qanunvericiliyinə görə paylı ümumi mülkiyyət münasibətlərində bir tərəfdən vətəndaşların, digər tərəfdən isə dövlət və təşkilatların iştirak etməsinə yol verilmirdi. Əgər belə mülkiyyət münasibətləri hər hansı hüquqi fakt əsasında (məsələn, vərəsəlik qaydasında) yaranardısa, bu münasibətlərə 1964-cü il MM-in 117-ci maddəsində nəzərdə tutulan qaydada xitam verilirdi. Qüvvədə olan MM belə məhdudiyyətləri aradan qaldırmışdır. Qanunla paylı ümumi mülkiyyət münasibətləri iştirakçılarının tərkibi məhdudlaşdırılmır, yəni bu münasibətlərdə dövlət və hüquqi şəxslər də çıxış edə bilər. Ümumi birgə mülkiyyət münaşibətlərinə gəldikdə isə, dövlət və hüquqi şəxslərin, bələdiyyələrin belə münasibətlərdə subyekt kimi iştirakı istisna edilir. Belə subyekt tərkibi ilə'ümumi birgə mülkiyyət münasibətlərinin yaranması, ümumiyyətlə, mümkün deyil.


Yüklə 87,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin