AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL NAZİRLİYİ
BAKI DÖVLƏT UNİVERSİTETİ
Fakültə: Biologiya
Kafedra: Biofizika və Biokimya
İxtisas: Biologiya
II kurs 129A qrup tələbəsi Qurbanova Əsmər Mürsəl qızının
“Fermentativ reaksiyaların kinetikası”
mövzusunda
KURS İŞİ
Təhvil verildi:_____________
Müdafiə tarixi:____________
Qiymət:___________________
Kafedra müdiri_____________________________f-r.e.d. prof. Rövşən Xəlilov
Elmi rəhbər____________________________ dos: N. F. Abdullayeva
B AKI 2021
MÜNDƏRİCAT
Giriş...........................................................................................................................3
Fəsil 1. Fermentlərin kimyəvi tərkibi........................................................................4
Fəsil 2. Mixaelis-Menten tənliyi..............................................................................10
Yekun......................................................................................................................18
Ədəbiyyat siyahısı...................................................................................................19
Giriş
Fermentlər (enzimlər)- biokatalitik aktivliyə malik olan yüksək spesifik zülal tərkibli üzvi maddələrdir. Fermentləri adlandırmaq üçün onun təsir etdiyi substratı adına uyğunlaşdıraraq sonuna “aza” şəkilçisi əlavə olunur. Məsələn: proteaza, lipaza, invertaza, tirozinaza və s. Əvvəllər isə fermentlər sistemsiz olaraq pepsin, tripsin və s. formalarda adlandırılmışdır. Bütün canlı orqanizmlərdə fermentlər çox olmağına baxmayaraq, hazırda onlardan 3000-dən artığı müəyyən olunmuşdur. Hələlik isə 350-yə yaxın ferment təmiz halda kristallik formada əldə olunmuşdur. Qida məhsullarında hələlik müəyyən edilməmiş fermentlər də az deyildir. Qida məhsullarında müəyyən edilmiş yeni fermentlərin kimyəvi təbiətinin bioloji rolunu öyrənmək qida sənayesində vacib məsələlərdəndir.Fermentlərin hamısı spesifik xüsusiyyətə malikdir. Belə ki, hər bir ferment yalnız bir maddənin çevrilməsini kataliz edir.
Fermentlər – zülal təbiətli üzvi katalizatorlardır. Canlı orqanizmlərdə gedən bütün biokimyəvi proseslərdə iştirak edir və həmin prosesləri sürətləndirirlər. Hazırda 1000-dən çox ferment məlumdur. Bunlardan 100-ə qədəri kristallik şəkildə alınmışdır. Başqa sözlə, fermentativ reaksiyalar canlı orqanizmin fəaliyyətinin molekulyar əsasını təşkil edir. Fermentlər zülal təbiətli bioloji katalizatordur. «Ferment» sözü latınca «fermentum» sözündən götürülüb, mənaca «qıcqırma» deməkdir. İlk fermenti 1814–cü ildə rus alimi K.S.Kirxhov müəyyən etmişdir. O, arpadan alınan ekstraktın köməyilə nişastanı şəkərə çevirmişdir. Hal-hazırda 3000 ferment aşkar edilmişdir. Onlardan 300-ü kristallik şəkildədir. Fermentlərin adi katalizatorlardan fərqli olaraq, reaksiyanı 36-37°C-də aparır. Fermentlər kimyəvi təbiətinə görə 2 qrupa bölünür: birkomponentli fermentlər yalnız zülallardan, ikikomponentli fermentlər isə zülallardan və qeyri-zülal hissədən (vitaminlər,nukleotidlər, minerallı maddələr və s.) ibarətdir.Fermentlərin quruluşu, təsnifatı və xassələrindən bəhs edən elm sahəsi enzimologiya və ya fermentologiya adlanır (2).
Dostları ilə paylaş: |