Kurs: IV ixtisas: Təsviri Incəsənət



Yüklə 16,92 Kb.
tarix16.12.2022
ölçüsü16,92 Kb.
#75738

Müəllim: Dos. Qafarzadə Rima
Tələbə: Fatma Qurbanova
Kurs: IV
İxtisas: Təsviri Incəsənət
Mövzu: Dinin cəmiyyət həyatında və bizim həyatımızda rolu

Dinin cəmiyyət həyatında və bizim həyatımızda rolu



“Din və dövlət” münasibəti ideologiya (inam) və hakimiyyətin müvazinəti üzərində qurulmuş idarəetmə sisteminin möhkəmliyinin mühüm elementidir. Bu çətin həll edilə bilən məsələ bütün bəşəriyyəti narahat edir və dünya vətəndaşlarının taleyinə təsir göstərə bilir. Başqa sözlə, bu problem, əsas etibarilə, insan əqidələri və onun konkret əməlləri arasındakı əlaqə süzgəcindən keçir.
Bir çox insanlar demokratik cəmiyyətdə dinin və əqidənin rolu arasında fərq qoymamaqla səhvə yol verirlər. Çox vaxt insanlar bu iki məfhumun mahiyyətinə varmır və ola bilsin ki, belə yanaşma nəticəsində terrorizm, ekstremizm, din və əqidə kimi anlayışlar və eləcə də onlar arasındakı qarşılıqlı əlaqə nəinki sadə vətəndaşlar, həmçinin çoxdan bəri bu sahə ilə məşğul olan şəxslər üçün də qaranlıq qalır. İnsanlar bilməməzlikləri üzündən çox vaxt əqidə azadlığını din və etiqad azadlığı ilə səhv salırlar.
Əqidə azadlığı bir çox beynəlxalq müqavilə, konvensiya, qərar və qətnamələrdə əsas insan haqlarından biri kimi qəbul olunub və demək olar ki, o, bütün dünya dövlətlərinin, o cümlədən də Azərbaycanın Konstitusiyasında öz əksini tapıb.
Lakin biz bir faktı da nəzərə almalıyıq ki, insanın əqidəsi yalnız din ilə məhdudlaşmır. Əqidə azadlığının özü, əsas etibarilə, qanunlarla tənzimlənir və ölkə qanunvericiliyi çərçivəsində həyata keçirilir.
Tarixə bir qədər nəzər salsaq, biz əmin ola bilərik ki, insanların əqidələri, o cümlədən də dini, çox zaman onların əməlləri ilə ziddiyyət təşkil edib. Cəmiyyətdə olduğu kimi, ailədə də əqidə məsələləri çox vaxt bəzi çətinliklərin və münaqişə vəziyyətlərinin yaranması üçün ilkin amil olur.
Dəhşətli müharibələr, faciəli münaqişələr, dünya xəritəsinin dəfələrlə dəyişdirilməsi, imperiyaların qurulması və süqutu qədim zamanlardan başlayaraq ta bu günümüzədək heç də həmişə yalnız insanların hakimiyyətə can atması səbəbindən baş verməyib. Əqidələr və çox zaman dini əqidələr bu amansız və mənasız mübarizənin tərkib hissəsi olub. Tarixi faktlar göstərir ki, din naminə və ya din pərdəsi altında aparılan müharibələr zamanı I və II Dünya müharibəsində olduğundan heç də az qan tökülməyib.
Qüdsün bütpərəstlər tərəfindən dağıdılması, xristianlığın yayılması nəticəsində IV əsrin sonu – V əsrin başlanğıcında Roma imperiyasının süqutu, xaç yürüşləri, müsəlman istilaları, orta əsr inkvizisiyası, eləcə də bilavasitə dinlə bağlı digər məşhur hadisə və faktlar bir daha sübut edir ki, din kimi formalaşan əqidələr cəmiyyətdə uğur və üstünlüyü heç də həmişə sülh yolu ilə əldə etməyib və hakimiyyət naminə çox vaxt güc və silaha əl atıb.
Söhbət dinin ilahi mahiyyətindən deyil, bu mahiyyətin dərki və cəmiyyətdə din praktikasına müxtəlif yanaşmalardan gedir.
gər biz XX əsrdə və ya son 50 ildə baş vermiş hadisələri, heç olmasa, ötəri şəkildə təhlil etsək, əmin ola bilərik ki, bugünkü müharibə və münaqişələrin “ideoloji” və “siyasi” çalarlar almasında din amilinin rolu şübhəsizdir.
Son illərin hadisələri, xüsusilə də İsrail-Fələstin qarşıdurması, Olsterdə katolik və protestantların uzunmüddətli qarşıdurmaları, birinci və ikinci çeçen müharibələri və nəhayət, Azərbaycan ərazisinin 20 faizinin işğal edilməsi bütün deyilənlərə konkret məna verir.
Çoxsaylı insan qurbanları ilə müşayiət olunan bu müharibə və münaqişələr din amilinin təsirinə məruz qalır, onların bəzilərində isə din və dini təşkilatlar ideoloji dəstək rolunu oynayır. Məsələn, erməni apostol kilsəsi sözdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinin tərəfdarıdır. Lakin o, indiyə kimi bu münaqişənin Ermənistanın işğalçı siyasətinin nəticəsi olduğunu qəbul etməyib. Azərbaycanın ərazi bütövlüyünü həmişə Dağlıq Qarabağsız qələmə verməyə çalışıb. 1988-1989-cu illərdə erməni kilsəsi Qarabağ ermənilərinin separatçı ideyalarını dəstəkləyib.
Buna görə də demokratik cəmiyyətdə dinin rolunu nəzərdən keçirdikdə dünyəvi dinlərin və müqəddəs kitabların ilkin sülhsevər xarakterinə diqqət yetirmək və bununla yanaşı, dinlə məşğul olan insanların fəaliyyətinə demokratik və vətəndaş cəmiyyətinin qanunları, dini liderlərin böyük nüfuzunun olması baxımından yanaşmaq və cəmiyyətdə onların rolunu və vəzifəsini müəyyən etmək lazımdır.
Bu vəzifə, ən azından, demokratik cəmiyyətdə məlum səbəblərdən hakimiyyət tərəfindən din xadimlərinə verilən imtiyazlara uyğun reaksiya olmalıdır. Bu imtiyazlar, hətta, beynəlxalq və yerli qanunvericilik tərəfindən təmin edilən vətəndaş hüquqlarında da mövcuddur.
Bu gün cəmiyyətdə baş verən prosesləri təhlil etdikdə aydın olur ki, insan haqları və azadlıqlarının, o cümlədən onun etiqad azadlığının müdafiəsi və tam şəkildə təmin edilməsi üçün demokratik cəmiyyətin güclü hakimiyyət və effektiv idarə edilməyə ehtiyacı var. Bu qəbul olunmuş qaydaya Avropa və Amerikada demokratiyanın yaradıcıları da riayət edirdilər.
Cəmiyyət üçün vacib olan bu iki amil insanların əxlaq və əqidələri ilə bilavasitə bağlıdır.
Qanun əxlaq və mənəviyyatı müdafiə etməlidir. Tarix göstərir ki, hakimiyyət dinlə müqayisədə dəyişkən xarakterə malikdir və o, daimi deyil, əxlaq və mənəviyyatdan məhrum olmuş istənilən hakimiyyət ölkə vətəndaşlarının tam əksəriyyəti üçün öz mahiyyətini itirir. Əxlaq isə ənənəvi olaraq dini dəyərlər hesabına qidalanır. Beləliklə, dövlət və dinin bir-birinə ehtiyacı var, onlar bir-birinə lazımdırlar. Lakin bu, yalnız muxtar birgə mövcudluq şəraitində baş verməlidir. Tarix bunun əksini sübut edən inandırıcı amil və ya uğurlu təcrübəyə malik deyil. Burada ən başlıca məsələ həll olunur. Siyasətin əxlaq və mənəviyyatdan məhrum olmaması, onun dünyəvi dinlərin həqiqi mahiyyətini saxlamağa imkan yaratması və dinin cəmiyyətdə sosial münasibətlərin tənzimləyicisi rolunu oynamaqda dövlətə mane olmaması təmin edilməlidir. 
İnsanların əsas problemlərindən biri də asudə vaxtı necə keçirmək məsələsidir. Bu barədə çoxlu sayda təsnifat və nəzəriyyələr var. Keçmişdən bu günə qədər bu məsələ humanitar deyil, texniki elmlərin tədqiqat sahəsi olub. Biz bu gün bu anlayışın ictimai yönündən bəhs edəcəyik. Zaman anlayışı dinlə əlaqəlidir. İslama əsasən zaman bir hadisədir. Bu səbəblə Quranın xülasəsi sayılan Əsr sürəsi, əsrə and içərək başlayır və əsri, çağı yəni vaxtı yaxşı qiymətləndirməyənlərin axrının yaxşı olmayacağını bildirir. Bu yanaşma sosial həyatda ictimai qaydaların əhəmiyyətini vurğulayır. Peyğəmbər də bu barədə “ İnsanların çoxunun aldandığı 2 nemət var. Bunlar sağlıq və boş zamandır.” deyərək vaxtı boş keçirməyin zərərli olduğunu deyib.
İslama əsasən müsəlmanın əsas vəzifələrindən biri zamanı yaxşı və sərfəli keçirmək, mənalı yaşamaqdır. İslam ibadətlərinə və peyğəmbərin həyatına nəzər yetirsək İslam cəmiyyətində zaman anlayışının əhəmiyyətli olduğunu görərik. İslam dinində əməllər vaxtı zamanı planlamağın vacib olduğu bildirilir. Gündə 5 dəfə namaz, Oruc, Həcc, Qurban və Zəkat – bunların hamısı zamanla və ictimai həyatla əlaqəli vəzifələrdir. Bu o deməkdir ki, zaman ibadətlərdə əsas amildir və insanların iş sistemini də təsiri var.
İnsan həyatında əhəmiyyəti olan zaman anlayışından “boş vaxt” anlayışı yaranıb. Keçmişdən bu günə insanlar bəzən qəsdən vaxtlarını boş keçirir, bəzən də fiziki ehtiyaclarına və iş həyatına ayırdığı vaxtın qalanını müəyyən işlərə sərf edir. Günümüzdə insanlar boş vaxtlarını kitab oxumaqla, mağazaları gəzməklə, televizora baxmaqla, idmanla və ya müxtəlif sənətlərlə məşğul olmaqla və insanlarla söhbət etməklə keçirir. Çox vaxt insan bu işlərin faydalı olub-olmadığını dərk etmir.
İnkişaf edən dünyamızda iş saatlarının qısalması, maaşları artması və texnologiyanın inkişafı ilə insanların daha çox boş vaxtı olur. Bu elə insanlara daha çox boş vaxt qazandırmaq üçündür. Planlı və ya plansız hər yaşdan və zümrədən olan insan boş vaxtını dəyərləndirmək istəyir. Beləliklə insanların necə əylənəcəyi, istirahəti, vaxtı səmərəli keçirməyi cəmiyyət üçün faydalı olmaq baxımından ictimai məsələdir. Buna görə boş vaxt anlayışı cəmiyyətin və fərdin inkişafı baxımından əhəmiyyətlidir.
Zaman anlayışı sosial baxımdan 3 yerə bölünür :
Bunlardan biri yaşamaq üçün - yatmağa, yeməyə və həyat üçün vacib olan digər işlərə ayrılan zamandır.
İkinci, işləmək üçün ayrılan zamandır.
Üçüncü isə istirahətə,əyləncəyə sərf olunan zamandır.
Boş vaxtın dəyərləndirilməsi yaşa, məkana, insanlara görə fərqlənir. Boş vaxtın səmərəli keçirilməsi fərd və cəmiyyət üçün əhəmiyyətlidir. Xüsusilə kiçik uşaqların vaxtını yeni şeylər öyrənərək keçirməyi onların fiziki vəziyyətinə, şəxsiyyət kimi formalaşmasına, gələcəyinə, öyrəndiklərini uğurlu işlərə çevirməyə kömək edir.
Yetkin insanlar da boş vaxtlarını ailəyə, dinə, iqtisadi və təhsil işlərinə ayıraraq fayda qazana bilərlər. Zaman cəmiyyət üçün “ictimailəşmək” baxımından faydalıdır. İnsanlar boş vaxtını düzgün dəyərləndirəndə cəmiyyətə zərərli hallar da azalır.
Mövzunun yekununda onu deyə bilərik ki, boş vaxtın dəyərləndirilməsində dini ibadətlərin də də rolu var. Bayramlar, dinə aid işlər adət halına çevrilərək boş vaxtın dəyərləndirilməsi üçün ən yaxşı yollardan biridir. Mərasimlərdə iştirak etmək adəti bütün cəmiyyətlərdə var. Dini və milli bayramlarda, festivallarda insanlar toplaşır və vaxtlarını biryerdə keçirir. Boş zamanda qohum-əqrəbanı ziyarət etmək insanlar arasında münasibətləri gücləndirir. Bunun eyni zamanda insanın digər insanlarla qaynaşmasına faydası var. Dini mərasimlərdə insanların sosial statusu unudulur, hər təbəqədən insanlar bir-birinə yaxınlaşır. Belə hallar təbəqə fərqini də aradan qaldırır. Bilmək lazımdır ki, İslam dini vaxtı lazımsız yerə keçirməyi qadağan edib.
İSTİNADLAR
1. 525.az
2. anl.az
3. scwra.gov.az
Yüklə 16,92 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin