Kurs: L Qrup: 202807B



Yüklə 90,71 Kb.
səhifə4/5
tarix02.01.2022
ölçüsü90,71 Kb.
#41863
1   2   3   4   5
kamil

Kəndin sosiologiyası

Kənd tarixən təşəkkül tapan, daxilən diferensial olan nisbi müstəqil sosial-ərazi sistemidir. O, maddi-əşyavi mühitin, təbii-coğrafi şəraitin, insanların spesifik sosial-məkan təşkilinin vəhdəti ilə səciyyələnir. Kənd şəhərdən sosial-iqtisadi inkişafına, insanların rifahının səviyyəsinə, məişətinin təşkilinə görə məlum geriliyi ilə fərqlənir. Bu, müvafiq surətdə əhalinin sosial strukturunda və həyat tərzində müəyyən iz buraxır. Kənd üçün şəhərlə müqayisədə əmək fəaliyyəti növlərinin azsaylılığı, nisbətən yüksək sosial və peşə yekcinsliyi səciyyəvidir. Nisbi sabit xüsusiyyətlərə malik olan kənd özünün əsas komponentləri baxımından şəhərə uyğundur. O, şəhərlə birlikdə tarixən cəmiyyətin sosial və ərazi (məkan) strukturunun bütövlüyünü formalaşdırır.

Sosiologiya kənddəki proseslərə ciddi əhəmiyyət verir; bu elmi maraq zəminində onun xüsusi sahəsi - kəndin sosiologiyası təşəkkül tapmışdır. Bu sahə kənd sosial-ərazi birliyinin meydana gəlməsi, fəaliyyəti və inkişafı qanunauyğunluqlarını, onun sosial-iqtisadi təbiətini, təkraristehsal strukturunu, təbiətlə və maddi-əşyavi mühitlə əlaqəsini, həyat tərzini, tipologiyasını öyrənir. Kəndin sosiologiyasında əhalinin sosial təkraristehsalı prosesinin tədqiqi, onun şərait, məqsəd və nəticələrinə uyğun olan tədbirlər görülməsi mərkəzi problemlərdəndir. Təkcə fərdlər, kənd əhalisi təkrar istehsal olunmur, həm də onların qarşılıqlı əlaqələri, münasibətləri və digər komponentləri təkrar istehsal olunur. Kənd əhalisinin xarakter xüsusiyyəti onun kifayət qədər yüksək stabilliyidir:

adamların mütləq əksəriyyəti kənddə fasiləsiz yaşayır (belə ki, doğulduğu gündən kənddə yaşayanlar təxminən 70 faizə yaxındır). Kənd əhalisinin sosial-sinfi strukturu mürəkkəb olub, müəyyən dinamizmə malikdir; burada sosial birliklərin fasiləsiz dəyişilməsi prosesi müşahidə olunur.

Kənddə əhalinin yeni sosial kateqoriyaları (məsələn, fermerlər) formalaşmaqdadır. Araşdırmalar göstərir ki, perspektivdə onların rolu daha da artacaqdır. Lakin qeyd olunmalıdır ki, kənddə əməyin yeni, mütərəqqi formalarının tətbiqi xeyli dərəcədə ləngiyir. Ona görə də «yeni yanaşma lazımdır; onun əsasında insanın cəmiyyətdəki vəziyyəti dayanmalıdır» . Yalnız belə olduqda insanın, onun qabiliyyətlərinin, sosial fəallığının inkişafı təmin edilə bilər.

Əmək qabiliyyətli kənd sakinlərinin öz əməyinə münasibəti, ondan razı qalıb-qalmaması bu yaşayış məskəninin inkişafı baxımından çox əhəmiyyətli məsələdir. Məlum olduğu kimi, əməkdən razı qalmaq görülən işin şəxsi maraqlara, meyllərə uyğunluğundan, əmək haqqından və şəraitindən, ifadəetmənin səviyyəsindən və s. asılıdır.

Aparılmış sosioloji tədqiqatlar göstərir ki, bu sahədə ciddi problemlər mövcuddur. Daha ixtisaslı və təhsilli işçilər daha ciddi tələblər irəli sürürlər, peşə yüksəlişində daha fəaldırlar. Azixtisaslı və ixtisassız adamların əksər hissəsi də öz işlərindən razı deyildir, eyni zamanda peşə baxımından inkişafla əlaqədar problemlərə münasibətdə passivdir. İşçilərin xeyli hissəsinin qeyri-yaradıcı, icraçı əməyə istiqamətlənməsi əhəmiyyətli dərəcədə kəndin mövcud imkanları ilə şərtlənir.

Qeyd etmək lazımdır ki, son illərdə kəndin müasir texnika ilə təmin olunmasına diqqət xeyli güclənmişdir. Bu, kənd təsərrüfatı əməyində yaradıcı ünsürlərin artmasına kömək edəcəkdir. Ümumiyyətlə, kənddə işçilərin sosial irəliləyişi vacib məsələlərdən biridir. Sosiologiyada sosial irəliləyiş dedikdə sosial statusun yüksəlməsi başa düşülür. Bu yüksəlmə ictimai təkraristehsalın (inkişafın) tələbatları ilə şərtlənir, insanların şəxsi mənafeləri ilə vasitələnir. Sosial irəliləyişdə cəmiyyət (kollektiv) tərəfindən işçinin qabiliyyətlərinin, fəallığının, təşəbbüskarlığının, işgüzar keyfiyyətlərinin və s. etirafı ifadə olunur. Sosial irəliləyiş prosesi özündə bunları birləşdirir:

a) ixtisas, dərəcə, bilik cəhətdən məlum peşə hüdudlarında yüksəlmək;

b) daha yaradıcı işə keçmək;

c) vəzifədə yüksəlmək, irəli çəkilmək;

ç) fəxri adlar, mükafatlar almaq və s.

Sosial irəliləyişdə motiv böyük rol oynayır: eqoist məqsədlər, yoxsa ictimai cəhətdən əhəmiyyətli məqsədlər izlənilir? Sosial irəliləyiş təkcə konkret işçinin şəxsi uğuru deyildir; o, elə bir şəraitdir ki, işə təşəbbüskar, yaradıcı münasibət istehsalın inkişafına, kollektivin geniş sosial təkraristehsalına kömək edir.


Yüklə 90,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin