kimi sorunların həlli məhz bundadır. Başqalarını düşünməyin və başqalarının sizi düşünməsinə fikir verməyin.
1 ay sonra
Hava yavaş-yavaş qızmağa başlayır. Bahar öz yerini yaya təhvil verib artıq. Amma hələ də baharın təsirini son toxunuşlarını rahatca duya bilirəm. Və bu möhtəşəmliyi elə çox sevirəm ki. Havanın ətri belə bu fikrim üzərində qalmağa israr edir. Digər yandan həyatın təbiətin canlanması mənim yaşamamıma heç də bir təsir göstərmir. Yenə həmişəki kimi yaşamaq adlanarsa əgər davam edən bu mübarizəmdə tək tənha sadəcə zamanın ilərləməsi ilə irəli doğru gedən həyatım vardır.
Gecələr səhərə qədər oyaq qalaraq bir şeylər etmək bir şeylər yazmaq istəsəm də buna sizin də gördüyünüz kimi uzun zamanlar sonra nail ola bilirəm. Sadəcə içir-içir elə hey içirəm. Qara ciyərimin ağ ciyərimdən daha tez iflas etməsi qaçınılmaz olacaq deyəsən. İkisi də bir yarış halındadırlar kim daha tez məğlub olacaq deyə. Amma mənim üçün kimin qalib olmasının bir önəmi yoxdur. Çünki kim qalib gəlsə mən yenə də məğlub olacağam.
Səhər tezdən günəşin yavaş-yavaş mürgü vuraraq bizim tərəflərə göz qırpdığı zamanlarda mənim gözlərim həyata qarşı yorğunluğundan dolayı bağlanır. Hər şeyin tərs getməsi bundan da yan keçmir. Çünki bütün bunlar möhtəşəm bir tərslik və qarışıqlıqla bir vəhdət təşkil edirlər. Bunların qarşısını da məhz həmən situasiya içində olaraq onu yaşayaraq anlamaq olar. Necə olacağını bilmədən sadəcə və sadəcə yaşayaraq.
Bir aylıq bir müddətin ardından hələ də əlimdəki əbədiyyən həyatımda mövcud olan heçliyimdən savayı bir şeyin olmaması ilə birlikdə yaşayır və bunun sonluğunun nə ilə sonlanacağını bilmədən davam etmiş bir haldayam. Ancaq ümidim hər zaman var olduğundan məni tərk etməyənlər sinfinin ən tənbəl şagirdi olduğundan dolayı ona olan güvənim hələ də var olmaqdadır. Digər yandan artıq hər şeyin yarıda qalmasından bezməklə bərabər mümkün hər hansı bir nəticə ilə sonlanmasını gözləməkdəyəm. Gözləməkdəyəm bəli. Çünki edəcək nələrisə dəyişəcək bir şeylərdən məhrumam. Bu məhrumluq daxilimdə mənə sonsuz sayda ağrı və acılar verməsinə rəğmən mənimlə birlikdə var olmaqdadır.
İndi tək arzum sadəcə bütün bunların bitməsi və nə olacaqsa olacaq deməyimdir. Və deyəsən bunun çıxış yolunu tapmış olmalıyam. Bütün hər şeyi yenidən başlamaq ya da sonlandırmaq üçün beynimdəki dəliliklərdən qurtulmaq üçün hər şeyi bir-bir silməliyəm bunun üçün hər şeyi yenidən yaşamalı və görməliyəm. Ən azından hiss etməli və o günlərə qayıdıb anlamalıyam. Nəyin nə olduğunu necə olduğunu bilmək üçün.
32 –ci gün. Sonun başlanğıcı.
Bu gün digərlərindən fərqli olaraq gecəni gec yatmağıma rəğmən səhər tezdən oyanmış ancaq yuxu və mənəvi yorğunluğun üzərimdəki çöküntüsü ilə birlikdəyəm.
Yataqdan telefonum zəngli saatın çalması ilə durub ilk öncə soyuq bir duş aldım. Sonra yüngül bir səhər yeməyinin ardından əynimi dəyişib mənə lazım olanları idman çantasına yığmağa başladım. Yazdığım dəftər, qələm, bir cüt paltar və üç ədəd kitab. Gedəcəyim yerdə havanın soyuq ola bilmək ehtimalından dolayı bir ədəd də