Kursun məqsədi


İstisma quyularının texniki vəziyyətinin təyini



Yüklə 0,75 Mb.
səhifə37/45
tarix13.12.2023
ölçüsü0,75 Mb.
#175344
1   ...   33   34   35   36   37   38   39   40   ...   45
Kursun m qs di

İstisma quyularının texniki vəziyyətinin təyini


İstismar quyularının texniki vəziyyətinin öyrənilməsi zamanı əsas iki məsələyə diqqət yetirilir: kəmərarxası sement daşının dağılma yerlərinin və kəmərdə çürümə və ya digər mexaniki təsirdən zədələnmə yerinin təyini. Hər iki halda quyunun istismarı mümkünsüz olur. Birinci halda laylararası təcridetmə pozulur ki, nəticədə bir laydan digərinə su axımı baş verir. Bu da neft layları qarşısında açılmış süzgəcdən quyuya daxil olan mayedə suyun faizlə miqdarının artmasına səbəb olur. Belə sulaşmağa səbəb neftin özlülüyünün sudan çox olmasıdır ki, nəticədə axım dövrü su nefti qabaqlayır. İkinci halda quyuda hermetiklik pozulur. Maye süzgəcin açılmış hissəsindən yox kəmərin zədələnmiş hissəsindən quyuya axır. Hər iki halda quyuda təmir işləri aparılması lazım gəlir. Birinci halda istismar ediləcək və qarşısında sement daşı dağılmış laydan aşağıda kəmərdə süzgəc açılır və sonra bu süzgəc vasitəsilə kəmərarxasına sement məhlulu vurulur. Sement məhlulu vurulmamışdan əvvəl və sonra quyuda akustik sementölçənlə tədqiqat işi aparılır və bu iki əyri müqayisə edilərək istismara hazırlanan laylar qarşısında sementləmə işindən sonra onun keyfiyyəti qiymətləndirilir.
Şəkil 3.8-da akustik sementölçənlə istismara hazırlanan intervallarda kəmərarxası sement daşının keyfiyyətini öyrənmək üçün aparılmış tədqiqat işinin nəticəsi əyrilər şəklində verilir.

Tədqiqatın nəticəsindən məlum olmuşdur ki, əvvəlcədən QGT kompleksi ilə kollektor kimi qeyd edilən və neft doyumlu laylar yerləşən 1150-1280 m intervalın 1164-1221 m intervalında sement həlqəsinin dağılması baş vermişdir. Ona ğörədə bu intervalın istismara buraxılması səmərəsiz olardı. Alınan qeyri-müəyyənliyi aradan qaldırmaq üçün 1220-1226 m intervalda yerləşən kollektor qarşısında süzgəc açılması məlum olmuş və sonra bu süzgəcdən istifadə edilərək kəmərarxasına sement məhlulu vurulmuşdur. Sement məhlulu vurulmamışdan əvvəl 1228-1230 m intervalda paker qoyulmuşdur. Sementləmə işi başa çatdıqdan sonra quyuda olan paker və çöküntu şəklində qalmış sement hissə qazılmışdır və quyu bir neçə saat yuyulduqdan sonra akustik sementölçmə işi təkrar yerinə yetirilmişdir. Əvvəl və sonra yazılmış əyrilərin müqaisəsindən məlum olmuşdur ki, sement həlqəsi dağılmış interval çox keyfiyyətli şəkildə sementlənmişdir.





Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin