Kursun məqsədi



Yüklə 0,75 Mb.
səhifə39/45
tarix13.12.2023
ölçüsü0,75 Mb.
#175344
1   ...   35   36   37   38   39   40   41   42   ...   45
Kursun m qs di

partlayıcı maddələr (PM) adlanır.
Partlayış çevrilməsindən alınan yüksək temperatura və təzyiqə malik qazabənzər məhsullar ətraf mühitə güclü zərbə dalğası ilə təsir edir. PM-nin çevrilməsi zamanı onun təsirinin gücü saniyədə bir neçə min metr sürətlə ətrafa yayılır. Çox kiçik zaman kəsiyində müəyyən həcm PM-nin qazabənzər məhsula çevrilməsi nəticəsində çox böyük təzyiq əmələ gəlir. Özlüyündə bu təzyiq möhkəm maneələri dağıtmaq gücünə malik olur. Məlumat üçün 1 kq partlayıcı maddənin (PM) gücü milyonlarla at qüvvəsinə (a.q.) ekvivalentdir.
Partlayış işlərinin tətbiqi partlayıcı maddələrin kimyəvi çevrilməsi zamanı alınan təzyiqin zərbə təsirinin istifadəsinə əsaslandığından, partlayış işləri nəzəri əsaslardan və partlayıcı maddələrin fiziki-kimyəvi xüsusiyyətlərinin öyrənilməsindən ibarətdir. Partlayıcı maddələrin kimyəvi çevrilməsi qaz şəkilli məhsulların və istilik enerjisinin ayrılması ilə müşahidə edilir. Partlayış çevrilməsinin 2 növü var:

  1. yanma;

  2. partlama.

Partlayış çevrilməsi olan yanma prossesi oksigen olmadan baş vermir. Mühitdə oksigen olduqda çevrilmənin sürəti saniyədə bir neçə m-ə yaxın olur, yəni yanmanın sürəti kiçik olduğuna görə yaranan qaz şəkilli məhsulların həcmi də sürətlə deyil, tədricən artır. Bu səbəbdən də yaranan təzyiq kiçik qiymətlərlə ölçülür və onun mühitə təsiri çox az olur, lakin buna baxmayaraq müəyyən qədər mühitə təsir edir ki, bu xüsusiyyət tullama (fuqas) təsiri adlanır. Yanmanı səciyyələndirən sxem aşağıdakı kimi verilə bilər (şəkil 1.1).

Şəkil.1.1. Yanma zamanı yaranan təzyiqin sxemi.


Absis oxunda çevrilmənin müddəti, ordinat oxunda isə alınan təzyiq qeyd edilərsə, qurduğumuz qrafikdə zaman müddətindən asılı olaraq təzyiqin yavaş-yavaş artması, mühitlə təsirdən sonra isə sürətin azalması baş verir. Qeyd edək ki, partlama zamanı da oksigen atomları tələb olunur və by saniyənin 1/1000 hissəsi ərzində baş verir. Orta hesabla 1l partlayıcı maddə çevrildikdə 1000 l-ə yaxın qaz şəkilli məhsul alınır. Çevrilmə zamanı əksər partlayıcı maddələr (PM) 3000 40000 C temperatur yaradır (cədvəl 1.1).

Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin