Kursun məqsədi


Quyularda pakerlərin qoyulması



Yüklə 0,75 Mb.
səhifə45/45
tarix13.12.2023
ölçüsü0,75 Mb.
#175344
1   ...   37   38   39   40   41   42   43   44   45
Kursun m qs di

Quyularda pakerlərin qoyulması


Partlayıcı pakerlər quyularda layları bir-birindən ayırmaq və süni quyu dibi yaratmaq üçündür. Kəmərin arxasında yerləşdirilən partlayıcı paker (PV-5) sementləmə zamanı qoruyucu kəmərlə quyu divarları arasında maye və qaz axınını dayandırır. Quyuda süni quyu dibi yaratmaq üçün VP, VPŞ, PVÇ, PVR-48, PVR2-48 tipli pakerlərdən istifadə olunur. Qoruyucu kəmər ilə NKB arasında maye və qaz axınını dayandırmaq üçün PV-2 tipli pakerlər işlədilir.


İstismar quyularında bir istismar obyektdən digərinə keçid zamanı onları bir-birindən təcrid etmək lazımdır. Adətən, quyularda sənaye əhəmiyyətli hesab edilən layların istismarı aşağıdan yuxarıya doğru yerinə yetirilir.
Horizont çoxsaylı böyük qalınlıqlı laylardan ibarət olduqda bütün layları deyil, aşağıdan müəyyən saya malik laylar qarşısında süzgəc açılır. Məlumdur ki, müəyyən dövr istismardan sonra bu laylardan hasil edilən mayenin 90%-dən çox bəzən 100%-ni su təşkil edir. Digər laylar neft verməsinə baxmayaraq ayrılan məhsulun əsas həcmi su olur. Buna səbəb neftin özlülüyünün sudan çox olmasıdır ki, suyun sürəti böyük olduğuna görə nefti qabaqlayır. Bu zaman qeyd edilən layı təcrid etmək üçün laydan yuxarı hissədə paker qoyulmalıdır. Paker aşağıdakı quruluşda olur (şəkil 4.21).
Pakerin iş prinsipi belədir: quyu diametrindən asılı olaraq pakerlər seçilir. Dərinlikdən asılı olaraq isə dərinlik, təzyiq və onlara uyğun barıtın miqdarı qrafik əsasında seçilir. Pakerin həcmi böyüyərək genişlənir və kəmərə sıxılır. Kabel başlıqla birlikdə pakerdən ayrılır və o yuxarı qaldırılır. Sonra pakerin yuxarı hissəsinə bir neçə metr hündürlükdə sement vurulur. Beləliklə, aşağıda yatan laylar təcrid edilir.

Şək. 4.21. 1 - düralüminiumdan hazırlanmış paker ( silindrik qab); 2 - kabel başlığı; 3 - naqil; 4 - közərmə teli; 5 - barıt.

Layların və süzgəcin təmizlənməsi




İstismar quyularında açılmış süzgəclər uzun müddət istismar olunduqdan sonra süzgəcin deşikləri parafinlə və ya süxuru təşkil edən skelet materialların gəlməsi nəticəsində tutulur. Nəticədə layın məhsuldarlıq əmsalı aşağı düşür. Eləcə də, layda maye axını zamanı (quyuya doğru) məsamələr bağlanır. Bu xüsusiyyət nəticəsində quyunun məhsuldarlıq əmsalı ya azalır, ya da sıfıra bərabər olur. Çox zaman süzgəc qarşısında parafini əritmək üçün quyuya xüsusi qızdırıcılar buraxılır. Bu qızdırıcılar yalnız müəyyən dərinliyə qədər təsir edirlər. Ancaq bu skeleti təşkil edən maddənin hissəciklərinə heç bir təsir etmir. Bu zaman silindrik formalı preslənmiş PM-lərin müəyyən kütləsi quyuya buraxılır. Süzgəcdən 50-100 m yuxarıda dayandırılır. Quyu ağzına qədər maye (su) ilə doldurulur. Quyu ağzı bağlanılır və PM partladılır. Partlayışdan çox böyük həcmdə qaz yaranır. Qaz quyu içərisində mayeni böyük təzyiq altında sıxışdırmağa başlayır. Nəticədə maye süzgəcdən keçərək layda yayılır. Yayılma radiusu layın keçiriciliyinden və götürülən PM-lərin kütləsindən asılıdır. Müəyyən müddətdən sonra quyu içərisində təzyiqlə laydakı təzyiq arasında fərq yaranır. Nəticədə, laya daxil olmuş maye geri qayıdır, yəni süzgəc və lay hər iki istiqamətdə yuyulub təmizlənir. Təmizlənmiş layın debiti bərpa olunur
Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin