İslam dinində əxlaqi təlimin mahiyyəti
İslam dini barış dini hesab olunur. Dilimizin mövqeyi belədir: “Bədən həbs edilə bilər, amma ruh
azaddır”.
Dünyanın bir çox dərin təfəkkür, zəka sahibləri, hətta xristian dininə mənsub mütəfəkkirlər islamın
xristian dinindən daha mütərəqqi olduğu qənaətinə gəlmişdilər.
İslam dini elmin bir çox sahələrini – fəlsəfə, siyasət, hüquq, məntiq və s. birləşdirir. İslam dininin
özüllərinin, xüsusiyyəti də “Qurani – Kərim” və peyğəmbərimiz həzrəti Məhəmmədin
hədislərinin zəngin tərbiyəedici imkanları vardır. O, həyatda yaxşı işlər görməyi, xoş əməllər
etməyi tələb edirdi.
Bu bir həqiqətdir ki, əməli saleh adamların oturuşu – duruşu da yaxşı olur, onlar pis əməllərə meyl
etmirlər. Nəticədə ailədə, iş yerində, cəmiyyətdə nüfuz qazanırlar.
Quranda ailənin dağılmasına pis hal kimi baxılır. Nikahın pozulması xatirinə kişilərə öz fikrindən
daşınmaq tövsiyə olunur.
Quran insanların hərəkətini vəziyyətə, konkret şəraitə görə qiymətləndirməyi və bunlara müvafiq
tədbir görməyi tövsiyə edir. Belə ki, borc almış şəxsi darıxdırmaq məsləhət bilinmir.
Məhəmməd Peyğəmbərin hədislərinin tərbiyəedici imkanları da genişdir. Həzrəti Məhəmməd
əleyhissalam, hər şeydən əvvəl beşikdən qəbrədək elm öyrənməyi tövsiyə edirdi. Alimlər
cəmiyyətimizin hazırkı mərhələsində həmin fikri müdafiə edirlər. Peyğəmbər elmə yiyələnməyi
istər kişi, istərsə də qadın üçün vacib sayırdı. Özü də Peyğəmbər avam, savadsız və cahil
mollaların dediyinin əksinə olaraq elmi ibadətdən üstün tutur və deyirdi: Bir saat elm öyrənmək
60 illik ibadətdən xeyirlidir. Peyğəmbər təhsilə kiçik yaşlardan başlamağı düzgün hesab edir,
uşaqlıqdan öyrənilən elmi daş üstündə yazıya, müəyyən yaş həddinə çatdıqdan sonra öyrənilən
isə su üstündə yazıya bənzədirdi. Bunu belə anlamaq olar ki, daş üstündə yazı pozulmazdır, su
üzərində isə tez bir zamanda çəkilib gedir.
İnsanın təşəkkül tapıb formalaşmasından danışarkən peyğəmbər tərbiyəyə birinci dərəcəli
əhəmiyyət verirdi. “Heç bir ata öz övladına gözəl tərbiyədən qiymətli hədiyyə verə bilməz” O,
valideynlərə və böyüklərə hörmət etməyi yüksək qiymətləndirirdi.
Bütün bunlarla yanaşı, gənclərə vaxtında ailə qurmaq, böyüyün – kiçiyin yerini bilmək, xüsusilə
qız uşaqlarının tərbiyəsi qayğısına qalmaq tövsiyə edirdi.
Hədislərdə həyalı və namuslu olmaq mühüm mənəvi keyfiyyət kimi irəli sürülür. Bunun səbəbi
isə belə aydınlaşdırılır: Həyalı və namuslu olun ki, qadınlarınız da həyalı olsun.
Buradan belə nəticə çıxır ki, bəzən qadının həyatda, məişətdə özünü necə aparması kişidən çox
asılıdır.
Məhəmməd peyğəmbər gəncləri qocalara hörmət bəsləməyə, onların öyüd – nəsihətlərini eşitməyə
çağırırdı. Həqiqətən, böyüklərin məsləhəti ilə iş görmək adamı xoşbəxtliyə çağırar.
Savab işdən söz açılarkən ehtiram və qohumlara mərhəmət göstərilməsi, şər əməl kimi zülm və
qohumluq tellərinin qırılması xatırladılır. Peyğəmbər qohumluğu yaxın adamlar arasında sevgi
və uzun ömür sayırdı.
Hədislərdə insanları incidən onları əzab - əziyyət və iztirab çəkməyə vadar edən şəxslər pislənir
və belələrinin əvvəl – axır öz cəzalarına çatacaqları göstərilir. Peyğəmbər fikri – zikri sərvət
toplamaq olan şəxsləri tənqid atəşinə tutur, onları ağılsız hesab edir. Ölüm haqdır. İnsan
dünyadan köçəndə özü ilə heç nə aparmır.
Məhəmməd peyğmbər tamahkar, gözü onun – bunun əlində olan, tənbəl və yatağan, arsız və düşük
şəxsləri lənətlə damğalayırdı. Bunun əsası vardı. Axı belə bir adamdan xeyirdən çox ziyan dəyər.
Onlar ailənin də, cəmiyyətin də boynunda yükdür. Ona görə də peyğəmbər mənəviyyatı məhv
edən mühitdən narahatlıqla söz açırdı.
Həzrəti Məhəmməd insanlarda vətənpərvərlik hissini yüksək qiymətləndirirdi. Həm də vətənə
sevgini sözdə deyil, əməldə görürdü.
Hədislərdə qonşuluq münasibətlərinə də toxunulur, qonşunun xeyir – şərindən vaxtında xəbər
tutmağın, qonşu ilə mehriban dolanmağın zəruriliyindən söz açırdı.
Peyğəmbər həsəd, paxıllıq haqqında dediyi sözlərdə maraq doğurur. “Od ağacı yandırıb yediyi
kimi, həsəd də yaxşılığı yeyər”.
Həzrəti Məhəmməd mərhəmət və yaxşılıq haqqında söz açarkən məzlumlara əl tutmağın
vacibliyini göstərir. Qeyd edir ki, Allahın ən çox sevdiyi ev yetimə hörmət bəslənilən evdir.
Həmçinin belə bir ideya irəli sürülür ki, mərhəmət edənə Allah da mərhəmət edər.
Peyğəmbərimiz mənəviyyat, davranış, rəftar və ədəb qaydalarına xüsusi diqqət yetirirdi.
O, insanlara tədbirli olmağı, bir iş görmək istəyəndə həmin işin nəticəsini düşünməyi məsləhət
bilirdi. O, vətənpərvərliyi xüsusilə yüksək qiymətləndirirdi.
Məlum olduğu kimi, şəxsiyyətin təşəkkül tapıb formalaşmasında irsiyyətin, tərbiyənin və sosial
mühitin rolu böyükdür. Alimlər neçə əsrlərdir ki, bu üç amildən birinə üstünlük verirlər. Bu
məsələyə Həzrəti Əli də öz münasibətini bildirmişdir. O, hər üç amilin rolunu yüksək
qiymətləndirirdi. Əsrlər keçmiş, bəşəriyyətin tarixində köklü dəyişikliklər olmuşdur. Əxlaq
inkişaf etmiş, forma və məzmunca dəyişmişdir. Hər dövrün öz hökmü vardır. Təlim – tərbiyəyə
də yeni nəzərlərlə baxılır. Lakin ötən əsrlərdə Məhəmməd peyğəmbərin, Həzrəti Əlinin tərbiyəvi
fikirlərinin önəmi heç də azalmamışdır.
Dostları ilə paylaş: