Nizami Gəncəvinin əxlaqi görüşləri
N.Gəncəvi Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi ən böyük töhfə, ən qiymətli
sərvətdir., xalqımızın milli iftixarıdır. O, dünya miqyaslı şair və mütəfəkkir alim kimi bütün
dövrlərdə zirvələr fəth etmiş və etməkdədir.
Nizami insan şəxsiyyəti ilə bağlı çox önəmli və dəyərli konsepsiya yaratmış, həmin konsepsiya
əsasında bədii təfəkkürün sonsuz imkanlarından bəhrələnərək poemalarda fəlsəfi, pedaqoji və
psixoloji fikrin bənzərsiz nümunələrini əks etdirmişdir.
Nizami öz şəxsiyyəti və yaratdığı heyrətamiz qəhrəmanlarının nümunəsi də bir tərbiyə məktəbidir
ki, oxucunu əxlaqi cəhətdən saflaşmağa, mənəvi baxımdan kamilləşməyə sövq edir. O, insanı
dünyanın əşrəfi kimi ucaldaraq, onun hərtərəfli yetişməsini, nəcib və ən gözəl keyfiyyətləri
özündə cəmləşdirməsini, onun mədəni davranışvərdişlərinə, rəftar tərzinə yiyələnməsini
arzulayırdı. Əsərləri, hikmətli, müdrik fikirləri ilə tanışlıq insanlarda tərbiyələnmək, mənəvi
saflaşmaq tələbatları yaradır. Nizaminin təlim və təhsilə, tərbiyənin tərkib hissələrinin
məzmununa daxil olan məsələlərə aid çoxlu qiymətli fikirləri vardır. Onun əxlaqi qörüşləri
xüsusilə önəmlidir.
Nizaminin əxlaqi görüşlərində vətənpərvərlik, vətən sevgisi xüsusilə yer tutur. O, tərbiyənin
məqsədini vətəndaşların fəaliyyətinə, həqiqətə, ədalətə, eyni zamanda gözəlliyə xidmət
göstərməsində görürdü. O, şəxsiyyətin inkişaf prosesinin xarici mühitdən asılılığını qəbul edir,
uşağın inkişafı ilə onun tərbiyəsinin yanaşı, vəhdətdə getdiyi qənaətinə gəirdi. Hərtərəfli inkişaf
etmiş insanın tərbiyə olunmasını vacib bilirdi. O, ətraf mühitlə insanlar arasındakı münasibətlər
barədə düzgün anlayışların yaradılmasını məsləhət görürdü.
Atalarımızın belə müdrik kəlamı var: “Qane olmaq – xoşbəxt olmaq deməkdir”. Nizami də
insanların var – dövlətə həris olmasına qarşı çıxır, azla qənaətlənməyi tövsiyə edirdi”.
Nizami ədalətli olmağı mühüm əxlaqi keyfiyyət sayır, birisinin digərinə münasibətində ədalətin,
insafın tələblərini gözləməyi vacib bilirdi. O, insanların xeyirxah işlər görmək arzusunu təqdir
edir, dünyada yaxşılığı hər şeydən üstün sayırdı.
Şairin əxlaqi görüşlərində əməyə məhəbbət, zəhmətə bağlılıq, əməksevərlik xüsusi yer tutur. O,
insanları boş – bekar dayanmamağa, bir işin qulpundan yapışmağa çağırır. İnsan hansı yaşda
olmasından asılı olmayaraqhansısa iş görməyə qadirdir. Məhdud imkanı, gücü daxilində də
dolanışığını təmin edə bilər.
Əməyə yüksək qiymət verən Nizami onun axırının insanın rahatlığı ilə nəticələnəcəyinə möhkəm
əmindir və bu qənaətə gəlir ki, ərənlər şöhrətə zəhmətlə ucalıbdır.
Böyük şair tamahkarlığı, acgözlüyü, yaxşı hal hesab etmir, bildiridi ki, həyatda çox yeyənlər çox
yaşamır, ağıllı adamlar, nəfsinə hakim olanlar uzun ömür sürür, hətta dünyadan köçəndən sonra
da ömürləri davam edir.
Nizaminin əxlaqi görüşlərində yoldaşlıq və dostluq münasibətləri geniş yer tutur. Dahi şair
yoldaşlıq və dostluğu ümumbəşəri keyfiyyət kimi nəzərdən keçirir və insan mənəviyyatının
inkişafında onun oynadığı rolu göstərir.
O, insanın həyatında, onun inkişafında həm irsiyyətin, həm də sosial mühitin roluna yüksək qiymət
verir. Nizami eyni zamanda irsiyyətin rolunun şişirdilməsi ilə razılaşmırdı: “Çox iti zehinlər
yatan oldular, Axırda saxsı qab satan oldular”
Onun yaradıcılığında böyüyə hörmət əhəmiyyətli yer tutur. O, ağsaqqalların, yaşlı adamların ağıllı
məsləhətlərinə qulaq asmağı, onlardan faydalanmağı məqsəduyğun bilirdi.
Nizami insanda insanlığı yüksək qiymətləndirirdi. “İnsanlıq anlayışını o, geniş şəkildə nəzərdən
keçirir, insanlıqda ən yüksək keyfiyyətlərin məcmusunu görürdü. İnsanlıq simasını itirən şəxsləri
bədbəxt hesab edirdi.
Şair əsarətə, başqasının haqqının tapdalanmasına pis baxırdı. Adam incitməyi, zor tətbiq etməyin
əleyhinə idi. Öz şerləri ilə insanları başa salmağa çalışırdı ki, belə hərəkətlər xoşagələn deyil,
əksinə, təzyiqə məruz qalanda nifrət, kin yaradır, onun şəxsiyyətini alçaldır. Odur ki, Nizami bu
kimi adət və vərdişlərdən uzaq durmağı tövsiyə edir və anladırdı ki, kobud hərəkətin, zülmün
sonu yoxdur.
Dostları ilə paylaş: