Məktəblərə və gənclər klublarına gedin, onlara öz işiniz barəsində danışın, onları dinləyin. Onlar jurnalisylər üçün yaxşı material ola bilərlər, maraqlı və yeni hekayətlər danışa bilərlər, çünki onlar hər bir şeyi böyüklərdən daha fərqli görürlər və ətrafda olan hadisələr onlara müxtəlif formada təsir edir. Məsələn, təhsil, oynamaq, təhqir olunmaq və sair. Cəmiyyəti daha çox təmsil edən uşaq qrupları ilə söhbət edin.
Uşaq məsələləri iə məşğul olan Nazirlikləlrin və ya Uşaq Ombudsmanının (əgər varsa) fəaliyyəti ilə maraqlanın. Uşaqlar onların fəaliyyətindən razıdırlarmı? Uşaqlarla məşğul olan QHT-lərlə əlaqə saxlayın – onlar da sizin uşaqlarla əlaqənizi yarada bilər və maraqlı əhvalatlar əldə edə bilərsiniz. Amma bir məqamı yadda saxlamaq lazımdır ki, hər bir təşkilatın öz proqramı var.
Başqa bir məqamı da yadda saxlamağa dəyər ki, uşaqlar KİV vasitəsilə təmsil olunduqları formadan razı deyillər:1
zarafat hədəfi olmaq, sirk heyvanı kimi təsvir edilmək və ya hər şeyə biganə kimi “göstərilmək”
böyüklərin onları “yaxşı bir əşya” kimi əzizləmələri
uşaqlar hər hansı bir mövzu haqda bildikləri halda, böyüklərin izahı və ya onların sözlərini kəsmələri