Uşaqların yaşadığı və təhsil aldığı müəssislərdə hansı təkmilləşdirmə işləri aparılmışdır? Burada istiqamət kiçik yaşayış məntəqələrinə yönəlibmi? Işçilər necə hazırlanırlar və fəaliyyət necə yoxlanılır? Cismani cəza qadağan edilibmi və bu qadağan tətbiq edilirmi? Evlərdə uşaqların təhqir edilməsi necə yoxlanılır və qarşısı necə alınır? Uşaqların təhlükəsiz formada şikayət etmək və müdafiə olunmaq mexanizmi mövcuddurmu? Araşdırmalar aparmaq üçün keyfiyyətli sistem varmı və ona əmə edilirmi?
Ictimai qayğıdan neçə nəfər uşaq istifadə edir və nə üçün? Neçə nəfər uşaq qəyyumluğa, təlim-tərbiyə müəssisənə götürülüb və ya neşə nəfər uşaq qaçıb? Ictimai qayğı yaşını keçəndən sonra onların aqibəti necə olur (işlə təmin olunmaq, yaşamaq yolları və sair)? Rezidensiyada yaşamış uşaqlarla söhbətlər aparın. Onlar indi haradadırlar? Onların təcrübələri həyatlarına necə təsir edir? Vəziyyəti yaxşılaşdırmaq üçün onlar nə fikirləşirlər?
Ölkə daxilində qəyyumluğa və ya təlim-tərbiyə müəssisinə götürmək üçün hansı tədbirlər görülmüşdür? Uşaqların fikir və qərarları nəzərə alınıbmı? Əlil uşaqlarla sağlam uşaqlar haqqında məlumatlar bir-birindən tamamilə fərqlənir və inandırıcı deyil. KİV professionallarının müdaxiləsi vəziyyətin yaxşılaşmasına kömək edı bilər.
Uşaqların başqa ölkələrə köçürülməsi nizamlanırmı və ya yoxlanılırmı? Uşaqlara hansı imkan və ya seçim verilir? Onlar təhqir olunmaqdan və istismardan özlərini necə qoruyurlar? Evlərini tərk etmiş uşaqlarla söhbət aparın və onların fikirlərini öyrənin. Uşaqlarını qəyyumluğa vermiş valideynlərlə söhbətlər aparın, çalışın, onlar öz həyatları haqda danışsınlar. Öz qərarlarına görə onlar peşmançılıq hissi keçirirlərmi? Onlar aldadılmışlarmı? Valideynlərin uşaqlarla danışmaq imkanları varmı?