Uşağın mənsubiyyəti
-
Uşağın mənsubiyyətini məqalənizdə hansı formada əks etdirmisiniz? Uşaqlarla və onların valideynləri ilə yazının tərtibatı haqqında razılaşmısınızmı?
-
Uşaqlar və ya onların valideynləri haqqında məqalələr yazarkən onların mənsubiyyət məsələlərində, məsələn, din, adət-ənənə və sair işlərdə ədalətli olmusunuzmu?
-
Azlıqlar haqqında siyasi mövzuda məqalələr yazarkən, hər bir tərəfin nəzər-nöqtəsini nəzərə almısınızmı? Xüsusilə də uşaqların həyatına təsir edən hallarda. Uşaqlar haqqında yazılan məqalələr problematik məsələlərin aşkar edilməsinə kömək edə bilər.
-
Yazılarınız diskriminasiyaya rəvac verir, yoxsa, müxtəlif etnik, dini qruplar arasında anlaşmanı yüksəldir? Uşaqların sağlamlığı və təhlükəsizliyi məqalənizin ana xəttini təşkil edirmi? Bu, rasional və tarazlaşdırılmış formada təqdim edilibmi?
-
Azlıqlardan olan uşaqlar haqqında onların öz dillərində məqalə yazarkən hansı cəhdləri etmisiniz ki, yazı anlaşılan dildə olsun?
Məsələn: tərcümələr/literlər/ana dilində olan yazılar
Mətn Maddələr 12, 13, 14, 15, 17, 29, 30, 31 Maddələr 12, 13, 14, 15, 17, 29, 30, 31 Yoxlama vərəqi
Dostları ilə paylaş: |