Ölkənizdə uşaq sağlamlığı barəsində olan hesabat və statistik məlumatları diqqət mərkəzində saxlayın, məsələn: doğum vaxtı ölüm faizi; 5 yaşından aşağı ölüm halları; qarşısı alınması mümkün olan uşaq xəstəlikləri, məsələn: vərəm və difteriya. Tanınmış expertlərdən məlumatlar toplayın. Statistikada diskriminasiya hallarını nəzərdən keçirin.
Uşaq epidemiyası hallarını və onun səbələrini araşdırın. Buraya ətraf mühit və dövlətin səhiyyə xidmətini də əlavə edin. Kütləvi immunizasiya tədbirləri həyata keçirilirmi? Dövlət uşaq səhiyyəsi xidmətini necə həyata keçirir? Bu sahəyə sərf edilən maliyyə qoyuluşu ilə digər sahələri müqayisə edin.
Mamaçılıq və pediatriya xidmətlərinə diqqət yetirin. Doğum prosesində ölüm halı yüksəkdirmi? Xəstəxana xidməti uşaqlara necə münasibət göstərir? Uşaqlara daha mütərəqqi xidmətlərin mövcudluğunu araşdırın, məsələn, leykemiya üçün beyin köçürməsi və sair. Zəruri cərrahiyyə əməliyyatları üçün uzun növbə siyahıları mövcuddurmu?
QİÇS/VİÇ-ə yoluxan uşaqlar necə müalicə olunurlar və harada yerləşdirilirlər? Hansı dəstək sistemi mövcuddur? Səhiyyə xidmətinin keyfiyyətini və uşaqların öz qayğılarına qalmaları haqqında məlumatları araşdırın.
Uşaqların yaşadıqları, öyrəndikləri və oynadıqları mühiti araşdırın. Sağlam həyat haqqında hansı təkmilləşdirmə tədbirləri aparılır (məktəblərdə, diet, narkotik maddələrin törətdiyi fəsadlar, havanın çirklənməsi, yolların təhlükəsizliyi, seksual davranış, siqaret çəkmə halları, idman və sair)