Silahlı münaqişələr uşaqların həyatına, şəxsi inkişafına, psixi və psixoloji sağlamlığına birbaşa təhlükə törədir, dolayısı ilə isə uşaqlara edilən xidmətə və onların ailələrinə mənfi təsir edir. Uşaqların əziyyət çəkdikləri problemlərdən (məs: məktəblərin uzun müddətə bağlanması) və onların bu vəziyyətə necə uyğunlaşmaqlarından yazın və onları müdafiə etmək üçün yollar axtarın.
Insan əleyhinə quraşdırılmış minalar nəticəsində çoxlu sayda uşaqlar ya həlak olmuş, ya da şikəst olmuşlar. Minaların istehsalı və quraşdırılması ilə bağlı məlumatları yoxlayın. Minaların təmizlənməsi və minalara düşənlər haqqında hansı tədbirlər görülür?
Konflikt yatırılandan sonra hansı tədbirlər görülür – yaralıların müalicəsi, ailələrin köçürülməsi, uşaqların uşaq evlərinə qoyulması və məktəblə təmin olunması buna aid ola bilər. Resurslar uşaqlar arasında ədalətlə bölünürmü? Insan amilinə siyasi prizmadan nəzər salın – qaçqın və yetimxanada olan uşaqlarla söhbətlər aparın; onlar nə fikirləşirlər və gələcəyi necə görürlər? Köçürülmə strategiyaları və sanksiyalar uşaqlara necə təsir edir?
Hökumətiniz uşaqları müdafiə etmək üçün ordunu, polisi və fövqəladə hallar xidmətini necə təlimləndirir? Münaqişə yaranan zaman düşmən uşaqları haqqında hansı fikirlər formalaşır?
Müharibə dövründə uşaqların qorunması istiqamətində hökumətinizin vəzifələrini araşdırın (Uşaq Hüquqları Konvensiyası, 4cü Cenevrə Konvensiyası və onun Protokolları, 1997-ci il Keyp Taun Prinsipləri və bu yaxınlarda 18 yaşına çatmamış gənclərin işə götürülməsinin qarşısının alınması sahəsində edilən cəhdlər)