Kütləvi İnformasiya Vasitələri (KİV) və Uşaq Hüquqları



Yüklə 248,38 Kb.
səhifə5/52
tarix28.12.2021
ölçüsü248,38 Kb.
#13173
1   2   3   4   5   6   7   8   9   ...   52
Əlil uşaqlar

  • Əlil uşaqların hüquqi və sosial statuslarını araşdırın. Onların hüquqlarını tənzimləyən qanunlar mövcuddurmu və ya fiziki çatışmamazlıqlara görə başqaları ilə eynu hüquqa malikdirlərmi? Əlilliklərinə görə onlara qarşı münasibət başqalarına nisbətən fərqlidirmi? Uşaqlarla bu çatışmamazlıqların mənbəyi haqqında danışın. Onlar, təcrübələrinə əsasən, onlar haqda yaranmış bu “səhv təqdimedilmənin” araşdırılmasında sizə kömək edə bilərlər.

  • Əlil uşaqların əksəriyyəti potensiallarından kifayət qədər istifadə edə bilmirlər, çünki böyüklərin fikrinə görə onlar heç nəyə qadir deyillər. Onlara vətəndaş cəmiyyəti quruculuğunda iştirak etmək üçün şərait yaradılırmı və ya onlar buna şövq edilirmi? Xüsusi ehtiyacların, məsələn, nəqliyyat, şəhər planlaşdırılması, ictimai binaların, istirahət guşələrinin yaradılmasında onlarla məsləhətləşilirmi? Diskriminasiya hallarında hansı müvafiq tədbirlər mövcuddur?

  • Əlil uşaqların valideynləri məsləhət, maliyyə dəstəyi və praktik kömək alırlarmı? Bu sərbəstdir, yoxsa “ehtiyac əsasındadır”? Əlil uşaqlar və onların ailələri ilə işləyən təşkilatlar haqqında yazın.

  • Əlil uşaqların spesifik ehtiyacları tərtibatçılar, tikinti mühəndisləri tərəfindən nəzərə alınmadığından, onlar praktik problemlərlə üzləşirlər. Birgə tərtibat prosesi nəticəsində əldə edilən məhsullar haqqında yazın. Onların ictimai binalara, nəqliyyata əlyetərlikləri necə həll edilir?

  • Müəssisələrdə əlil uşaqlar üçün müalicə xidmətləri yaradın – xüsusilə də, uşaqların heç kəslə danışmadığı hallarda. Onlara kim xidmət edir, maliyyə ilə kim təmin edir və s. Müalicə və qayğının müsbət texnikası haqqında yazın. Uşaqlar özləri haqda nə fikirləşirlər?







Əlil uşaqlar

  • Məqaləniz əlilliyə həsr olunubmu, və ya uşağı əsl insan kimi təsvir edirmi? Uşaqları özləri haqda hekayətlər danışmağa necə cəlb edə bilərsiniz?

  • Əlilliyi təsvir etmək üçün düzgün termin seçmisinizmi? Əgər şübhəniz varsa, mütəxəssisə müraciət edin – bu, əlil uşaq da ola bilər. Uşağın görmə zəifliyi varsa, “kor” və ya buna oxşar terminlərin işlədilməsində xüsusilə ehtiyatlı olmaq gərəkdir.

  • Əgər uşağın əlilliyi haqda danışırsınızsa, bu tamamilə uyğundurmu? Uşaqdan onun əlilliyinin necə ifadə olunması haqda heç soruşmusunuzmu?

Məsələn: əgər əlil uşaqlar binaya iddia edirlərsə, o zaman onların əlilliyi nəzərə alınmamalıdır. Bu, həm də o hallara şamil edilir ki, əlillər uyğun olmayan məqsədlər üçün pul istəsinlər və ya orta səviyyəli həyat tərzi üçün iddia qaldırsınlar.

  • Sağlam uşaqla istifadə etdiyiniz terminologiyanı əlil uşaqla da istifadə etmisinizmi? Bu onları incidə bilərmi? əgər şübhəniz varsa, bunu əlil insanlarla yoxlayın.

  • Əlillər haqda neqativ və ya fiqurativ formada danışmısınızmı? Bu təhrifolunmaya gətirib çıxarmırmı?

Məsələn: ingilis dilində “kar”, “lal”, “kor” və ya “axsaq” sözlərini birbaşa istifadə edərkən, əlil insanlar inciyə bilərlər.

Mətn Maddələr 2, 22, 23, 27, 30 Maddələr 2, 22, 23,27, 30 Yoxlama vərəqi




Yüklə 248,38 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin