Kütləvi İnformasiya Vasitələri (KİV) və Uşaq Hüquqları



Yüklə 248,38 Kb.
səhifə2/4
tarix02.12.2016
ölçüsü248,38 Kb.
#608
1   2   3   4

Mətn Maddələr 7, 8, 13, 14, 16, 17, 20, 21, 23, 28, 30 Maddələr 7, 8, 13, 14, 16, 17, 20, 21, 28, 30 Yoxlama vərəqi



Uşağın mənsubiyyəti

  • Ölkənin milli qanunları və uşaqlara əhəmiyyəti haqda analitik yazılar dərc edin. Uşaqlar nə zaman milliyətləri barəsində qərar qəbul edə bilərlər? Onlar ad götürə bilərlərmi və onun mənası nədir? Onların həyatı haqda hansı qeydlər var və uşaqların onlara əlyetərlikləri varmı? Hansı hallarda onlar düzəlişlər edə və ya adlarını dəyişə bilərlər?

  • Qəyyumluq və təlim-tərbiyə sistemi sahəsində tədqiqat aparın. Bu sistem uşaqların milli, etnik və dini mənsubiyyətlərini qoruyurmu? Yetim, qaçqın və ya qəyyumluğa götürülən uşaqların hüquq və problemlərini müəyyən edərək yoxlayın. Onların öz əsil kökləri haqda məlumat əldə etmək hüquq və imkanları varmı? Uşaqların genetik və ya başqa üsullarla öz valideynlərini axtarmaq imkanları mövcuddurmu? Onlar müstəqil surətdə KİV-ə müraciət edə bilərlərmi?

  • Uşaqlar nə dərəcədə öz adətlərindən, din və dillərindən həzz ala bilirlər? Azlıqların məktəbləri dövlət tərəfindən tanınaraq təmin olunurmu? Onlar necə fəaliyyət göstərirlər və onlar üçün “fərqli” nə var? Uşaqlar məktəblərə öz seçimləri üzrə gedirlər, yoxsa icmanın təsiri ilə gedirlər? Onlar ümumi məktəblərdən azlıqlar üçün nəzərdə tutulan məktəblərə keçə bilirlərmi?

  • Təhlükədə olan uşaqların mənsubiyyətini bərpa edən mövcud qruplar haqqında yazın. Uşaqlara onların təsiri nədən ibarətdir və uşaqların özlərinin burada rolu nədir?

  • Uşaqları əcnəbi adət-ənənlərə cəlb edən xarici təşkilatların işlərini araşdırın.




Uşağın mənsubiyyəti

  • Uşağın mənsubiyyətini məqalənizdə hansı formada əks etdirmisiniz? Uşaqlarla və onların valideynləri ilə yazının tərtibatı haqqında razılaşmısınızmı?

  • Uşaqlar və ya onların valideynləri haqqında məqalələr yazarkən onların mənsubiyyət məsələlərində, məsələn, din, adət-ənənə və sair işlərdə ədalətli olmusunuzmu?

  • Azlıqlar haqqında siyasi mövzuda məqalələr yazarkən, hər bir tərəfin nəzər-nöqtəsini nəzərə almısınızmı? Xüsusilə də uşaqların həyatına təsir edən hallarda. Uşaqlar haqqında yazılan məqalələr problematik məsələlərin aşkar edilməsinə kömək edə bilər.

  • Yazılarınız diskriminasiyaya rəvac verir, yoxsa, müxtəlif etnik, dini qruplar arasında anlaşmanı yüksəldir? Uşaqların sağlamlığı və təhlükəsizliyi məqalənizin ana xəttini təşkil edirmi? Bu, rasional və tarazlaşdırılmış formada təqdim edilibmi?

  • Azlıqlardan olan uşaqlar haqqında onların öz dillərində məqalə yazarkən hansı cəhdləri etmisiniz ki, yazı anlaşılan dildə olsun?

Məsələn: tərcümələr/literlər/ana dilində olan yazılar

Mətn Maddələr 12, 13, 14, 15, 17, 29, 30, 31 Maddələr 12, 13, 14, 15, 17, 29, 30, 31 Yoxlama vərəqi



Uşaqların fikirləri və sivil hüquqları

  • Yerli və milli hökumət siyasətləri haqqında uşaqların fikir və rəylərini yazılarınızda dərc edin. Onların fikir və düşüncələrini, xüsusilə də, sosial təminat, təhsil, infrastruktur layihələr, gələcək planlar haqqında rəylərini dərc edin.

  • Uşaqların məlumatlara əlyetərlini və ya qadağanları tədqiq edin. Uşaqlar üçün nə asan ola bilər – qanunpozma halları haqda film və ya nəşrlər, yoxsa seksual materiallar? Uşaqları hansı mərhələdə ziyanlı yoldan çəkindirmək mümkündür?

  • Uşaqlar fikirlərini ifadə etməkdə öz hüquqlarından necə istifadə edirlər? Yazılar dərc etdirməkləmi, yoxsa internetlə?

  • Uşaqlar məcburi hərbi xidmətdən boyun qaçıran zaman onun başına gələnləri tədqiq edin. 18 yaşından aşağı gənc hərbi mükəlləfiyyətdən imtina edə bilərmi?

  • Uşaqların assosiasiya və ya digər qruplar yaratmaq hüquqlarını araşdırın və bu sahədə misallara müraciət edin. Uşaqların özləri haqda danışmaq imkanları olduğuna əmin olun.

  • Gənclər klubları və başqa assosiasiyalar haqqında, xüsusilə də uşaqlar tərəfindən idarə edildiyi hallarda, məqalələr həsr edin. Onlar bunu necə edirlər? Necə işləyirlər və hansı problemlərlə üzləşirlər?




Uşaqların fikirləri və sivil hüquqları

  • Sizin məqalələriniz və ya proqramlarınız uşaqlara öz fikirlərini ifadə etməyə, başqaları ilə əlaqədə olmağa və ya fikir mübadiləsi yürütməkdə kömək edirmi?

  • Məqalələriniz uşağın zəifliyindən istifadə edir, yoxsa onun başa düşə bilmədiyi məqamlara toxunur?

  • Yazılarınız/proqramlarınız təqdimatçılar, yarışlar, tədbirlər və sair vasitəsilə uşaqlar arasında adət-ənənə müxtəlifliyini təsvir edirmi?

  • Yazılarınızda/proqramlarınızda uşaqların fikir və düşüncələrini yayanlara yer verilirmi (buraya uşaq və gənclər də daxildirlər)?

  • Məqalələrinizdə təşkilatçı uşaqlara yer vermisinizmi? Buraya məktəb şuraları, küçə uşaq qrupları, həmkarlar ittifaqları, klublar və sair daxildir.

  • Uşaqların protestləri haqda yazarkən cinayətə təhrik olunmuş uşaqları risk altına salmadığınıza əminsinizmi?

  • Uşağın ictimaiyyət arasında danışmağını yazılarınıza daxil etmisinizmi?

Mətn Maddələr 9, 10, 18, 19, 20, 21, 24, 25, 26 Maddələr 9, 10, 18, 19, 20, 21, 24, 25, 26 Yoxlama vərəqi



Uşaqlar və ictimai qayğı

  • Uşaqların yaşadığı və təhsil aldığı müəssislərdə hansı təkmilləşdirmə işləri aparılmışdır? Burada istiqamət kiçik yaşayış məntəqələrinə yönəlibmi? Işçilər necə hazırlanırlar və fəaliyyət necə yoxlanılır? Cismani cəza qadağan edilibmi və bu qadağan tətbiq edilirmi? Evlərdə uşaqların təhqir edilməsi necə yoxlanılır və qarşısı necə alınır? Uşaqların təhlükəsiz formada şikayət etmək və müdafiə olunmaq mexanizmi mövcuddurmu? Araşdırmalar aparmaq üçün keyfiyyətli sistem varmı və ona əmə edilirmi?

  • Ictimai qayğıdan neçə nəfər uşaq istifadə edir və nə üçün? Neçə nəfər uşaq qəyyumluğa, təlim-tərbiyə müəssisənə götürülüb və ya neşə nəfər uşaq qaçıb? Ictimai qayğı yaşını keçəndən sonra onların aqibəti necə olur (işlə təmin olunmaq, yaşamaq yolları və sair)? Rezidensiyada yaşamış uşaqlarla söhbətlər aparın. Onlar indi haradadırlar? Onların təcrübələri həyatlarına necə təsir edir? Vəziyyəti yaxşılaşdırmaq üçün onlar nə fikirləşirlər?

  • Ölkə daxilində qəyyumluğa və ya təlim-tərbiyə müəssisinə götürmək üçün hansı tədbirlər görülmüşdür? Uşaqların fikir və qərarları nəzərə alınıbmı? Əlil uşaqlarla sağlam uşaqlar haqqında məlumatlar bir-birindən tamamilə fərqlənir və inandırıcı deyil. KİV professionallarının müdaxiləsi vəziyyətin yaxşılaşmasına kömək edı bilər.

  • Uşaqların başqa ölkələrə köçürülməsi nizamlanırmı və ya yoxlanılırmı? Uşaqlara hansı imkan və ya seçim verilir? Onlar təhqir olunmaqdan və istismardan özlərini necə qoruyurlar? Evlərini tərk etmiş uşaqlarla söhbət aparın və onların fikirlərini öyrənin. Uşaqlarını qəyyumluğa vermiş valideynlərlə söhbətlər aparın, çalışın, onlar öz həyatları haqda danışsınlar. Öz qərarlarına görə onlar peşmançılıq hissi keçirirlərmi? Onlar aldadılmışlarmı? Valideynlərin uşaqlarla danışmaq imkanları varmı?




Uşaqlar və ictimai qayğı

  • Sizin məqaləniz rezidental qayğı sisteminin necə işləməsini izah edə bilirmi? Uşaqlara və onların valideynlərinə aydındırmı ki sistemlə mübarizə aparacaq hansı hüquqlara malikdirlər?

  • Uşaqlar hansısa bir cinayət işinə qoşulubsa, bu o demək deyilmi ki, bu onların fikridir. Uşaqların ictimai qayğı müəssisənə necə və nə üçün gəlməsi barədə kifayət qədər tədqiqat aparmısınızmı?

  • Uşaqları yoldan çəkindirmək üçün, çətin uşağı xalgdan, və xalqı çətin uşaqdan qorumaq lazımdır. Məqaləriniz təhlükə qarçısında olan uşaqları müəyyən edirmi?

  • Məqalələrinizdə uşaqlar üçün olan imkanlar haqqında məlumat verilirmi? Uşaqlar haqqında yazılar dərc edilərsə, bu onları bir-birinə inteqrasiyaya kömək edər.

  • Uşaqların uşaq evlərinə verilməsi haqda hər hansı bir iş görmüsünüzmü?

  • Uşaq məsələləri ilə məşğul olan təşkilatlarla əlaqə yaratmısınızmı? Köməyə ehtiyacı olan və bunu tələb edən uşaqlara kömək etmisinizmi?

Mətn Maddələr 12, 13, 14, 17, 31 Maddələr12, 13, 14, 17, 31 Yoxlama vərəqi



Uşaqlar və KİV

  • Məktəblərə və gənclər klublarına gedin, onlara öz işiniz barəsində danışın, onları dinləyin. Onlar jurnalisylər üçün yaxşı material ola bilərlər, maraqlı və yeni hekayətlər danışa bilərlər, çünki onlar hər bir şeyi böyüklərdən daha fərqli görürlər və ətrafda olan hadisələr onlara müxtəlif formada təsir edir. Məsələn, təhsil, oynamaq, təhqir olunmaq və sair. Cəmiyyəti daha çox təmsil edən uşaq qrupları ilə söhbət edin.

  • Uşaq məsələləri iə məşğul olan Nazirlikləlrin və ya Uşaq Ombudsmanının (əgər varsa) fəaliyyəti ilə maraqlanın. Uşaqlar onların fəaliyyətindən razıdırlarmı? Uşaqlarla məşğul olan QHT-lərlə əlaqə saxlayın – onlar da sizin uşaqlarla əlaqənizi yarada bilər və maraqlı əhvalatlar əldə edə bilərsiniz. Amma bir məqamı yadda saxlamaq lazımdır ki, hər bir təşkilatın öz proqramı var.

  • Başqa bir məqamı da yadda saxlamağa dəyər ki, uşaqlar KİV vasitəsilə təmsil olunduqları formadan razı deyillər:1

  • zarafat hədəfi olmaq, sirk heyvanı kimi təsvir edilmək və ya hər şeyə biganə kimi “göstərilmək”

  • böyüklərin onları “yaxşı bir əşya” kimi əzizləmələri

  • uşaqlar hər hansı bir mövzu haqda bildikləri halda, böyüklərin izahı və ya onların sözlərini kəsmələri

  • problem” qrupları kimi qəbul edilmələri




Uşaqlar və KİV

  • KİV əməkdaşları uşaq hüquqlarına hörmət etməlidirlər və araşdırmalıdırlar ki, bu hüquqlar onları necə təmsil edir və necə fəaliyyət göstərir. Işlərinizi bu istiqamətdə qurursunuzmu?

  • Uşaqlara əvvəlcədən hazırladığınız şablon metodla yanaşırsınızmı və onlardan gözlədiyiniz cavabı istəyirsinizmi? Uşaqların dediklərini təhlil edirsinizmi? Sizin yazılarınızda onlar özlərini tanıya bilirlərmi və ya onların dedikləri böyüklərin dili ilə ifadə edilmişdir?

  • Uşaqlarla müsahibə aparan zaman aşağıdakılara əməl etmisinizmi:

  • əminsinizmi ki, uşaqlar özlərini rahat hiss edirlər və məcburiyyət qarşısında deyillər

  • onlara kifayət qədər vaxt verirsinizmi

  • adlarını çəkmək üçün onların razılığını alırsınızmı, yoxsa onun imicini yaradırsınız

  • əlaqə vasitələrinizi onlara verin ki, sonra lazım olmayan əşyaları geri qaytarmaq mümkün olsun

  • uşağın adının və ya imicinin istifadə edilməsinin riski barəsində uşaqla, valideyni və ya qəyyumu ilə müzakirə etmisinizmi

  • materialı dərc etməzdən öncə mühakimə yürütmüsünüzmü ki, əgər uşaq sizin haqqınızda belə bir şey yazarsa necə olar

  • sizin yazılarınızda müvafiq şəxslər tərəfindən onlar üçün məsləhətlər (məxfi) verilirmi, məsələn, şəxsi sağlamlıqla bağlı, fiziki və ya seksual təhqirlə bağlı, biznes istismarı və ya cinayətin digər formaları

Mətn Maddələr 12, 13, 14, 17, 31 Maddələr 12, 13, 14, 17, 31 Yoxlama vərəqi



Uşaqlar KİV-də

  • Təhsil işləri ilə məşğul olan mütəxəssislər uşaqlar arasında jurnalistlik bacarığının olmasına üstünlük verirlər, bu vasitə ilə onlar hər gün özlərini tənqid atəşinə tuta bilərlər. Bəzi ölkələrdə, gənc jurnalistlər üçün klublar mövcuddur və onlar KİV-lərə yeni jurnalistlərin seçilməsi üçün faydalı mənbədir. Uşaqlar yazmağa nə qədər erkən başlayarlarsa, bir o qədər də peşəkar olarlar jurnalistliklik texnologiyasına yiyələnərək işlərinə tətbiq edərlər.

  • Uşaqların KİV-ə cəlb olunmasında ehtiyatlı olmaq lazımdır, çünki hər kəs gördüyü işi bilməlidir

  • Əgər sizin müssisə ciddi şəkildə uşaqları KİV-ə cılb etmək fikrindədirsə, bu halda yaxşı olar ki, bir nəfər mütəxəssis məsləhətçi, müxbir və ya əlaqədar şəxs təyin edilsin və uşaqlara əsas qaydaları başa salsın. Buraya, təhlükəsiz iş təcrübəsi, monitorinq sistemi, “gənc jurnalistlərin” işlə tanış edilməsi daxil edilməlidir.

  • Əgər uşaqlar iş yerlərinə gedəcəklərsə, bunun üçün mütləq valideynlərin və ya qəyyumlarının razılığını almaq zəruridir. Bundan əlavə, onlar üçün lazımi şərait, ilk yardım, istirahət saatı, yüngül yemək, evə gedib-gəlməsi üçün təhlükəsiz nəqliyyat təşkil edilməlidir.

  • Əsas jurnalistlik qaydaları ilə tanış olandan sonra, uşaqlara mövzu seçmək imkanı vermək lazımdır.




Uşaqlar KİV-də

  • Sizin və ya təşkilatınızın, sizlə işləyən uşaqları onlara ziyan gətirə biləcək təhlükəli hallardan qorumaq üçün təlimatlar və ya monitorinq sistemi mövcuddurmu? Siz buna hər iki aspektdən – həm fiziki, həm də psixoloji cəhətdən baxırsınızmı?

  • Əminsinizmi ki, təşkilatınız uşağı kommersiya məqsədi ilə istismar etmir?

  • Uşağın nəyi etmək və ya etməmək məsələləri üzrə kifayət qədər təlim keçilirmi? Onlar KİV qaydaları ilə tanış ediliblərmi? Onlar üçün məsləhətçi təyin edilibmi?

  • Uşaqlar redaktor nəzarəti haqqında bilirlərmi? Anlaşılmazlıqları aradan götürmək və ya onların qarşısını almaq məqsədilə qaydalar və təlimatlar hazırlanıbmı?

  • Nəzarətçilər uşaqların nəyə qadir olduqlarını dəqiq bilirlərmi və növbəti addım kimi nə etməlidirlər? Beləliklə, gələcəkdə, onların gümanları yanlış çıxmasın.

  • Uşaqların çatışan və çatışmayan cəhətlərini müəyyən etmək məqsədilə hər hansı bir qiymətləndirmə sistemi mövcuddurmu? Onların nə düşündükləri haqda onlardan nə isə soruşulurmu? Nəhayət oxucuların, onlar haqqında fikirləri ilə tanışdırlarmı?

Mətn Maddələr 12, 13, 17, 28, 29 Maddələr 12, 13, 17, 28, 29 Yoxlama vərəqi



Təhsil

  • Uşaqların bərabər təhsil almaq imkanlarını araşdırın – qızlar və oğlanlar, kəndlilər və şəhərlilər, əlillər və azlıqlardan olanlar

  • Uşaqlar məktəb şuraları vasitəsilə qanun və qaydalara təsir edə bilirlərmi? Uşaqlar dərsləri özləri seçə bilirlərmi? Valideynlər təhsil proqramına və xidmətinə təsir edə bilirmi, əgər edirlərsə, necə? Məktəbin idarə edilməsində onların hansı rolu var?

  • Bir neçə məktəb növlərini müqayisə edin: məktəbəqədər, ibtidai və orta; dövlət və özəl. Uşaqlar yüksək təhsil haqqına görə məktəbdən uzaqlaşırlar

  • Müəllim/şagird tarazlığını nəzərdən keçirin. Siniflərdə neçə şagird var? Məktəbdə hansı resurslar və avadanlıqlar var? Məktəb binasının təhlükəsizliyinə baxın.

  • Təhsilə “alternativ” yanaşmalara icazə verilirmi? Əsas məktəb sistemi ilə müqayisədə metodlar, davamiyyət, nizam-intizam və nəticələr necədir?

  • Məktəb “dəcəl” uşaqların öhdəsindən necə gəlir? Cəzalar ədalətlidir, qəddar? Müəllimlər hələ də cismani cəzadan istifadə edirlərmi? Uşaqlar məktəbdən qovulduqları halda şikayət etmək hüquqları varmı? Müəllimlərə qarşı hələ də qanun pozmaları davam edirmi, varsa, səbəbi nədir?




Təhsil

  • Sizin nəşriyyatın və ya translyasiya şirkətinin təhsil şöbəsi varmı? Mütəxəssis reportajlarını, müəllimlərin yazılarını və sair kim redaktə edir? Uşaqlar və gənclər bu yazılara öz töhvələrini necə verirlər?

  • Ölkənizdə təhsil sisteminin necə işləməli olduğu haqda dəqiq məlumata maliksinizmi? Təhsil müəssisəsinə gedərək, onların cari problemləri və ya müsbət dəyişikliklər ilə yaxından tanış olmusunuzmu?

  • Məqalənizə uşaqların və müəllimlərin perspektivlərini daxil etmisinizmi? Valideynlərin, müəllimlərin və məktəb rəhbərliklərinin rəylərini öyrənmisinizmi?

  • Əminsinizmi ki, uşaqlar onların qiymətləndirilmə və yoxlanma hüquqları olduğunu bilirlər?

  • Nə etmək olar ki, uşaqlar KİV-in cəmiyyətdə rolunu başa düşsünlər? Sizin təşkilat uşaqları cəlb edəcək məqalələrə üstünlük verirmi və uşaqların bunları əldə etmək imkanı nə dərəcədədir?

  • Təşkilatınız internetdən necə istifadə edir? Uşaqların dünya üzrə veb-dən istifadəsini araşdırmısınlzmı? Müəssisəniz məqalələrin elektron variantını hazırlayırmı ki, daha çox insan istifadə edə bilsin? Uşaqların KİV-ə qoşulması üçün müsbət yollar və vasitələr işlənib hazırlanıbmı?

Mətn Maddələr 33, 37, 39, 40 Maddələr 33, 37, 39, 40 Yoxlama vərəqi



Uşaqlar və cinayət

  • Gənclər və böyüklər qanun qarşısında müxtəlif cür məsuliyyət daşıyırlarmı? Gənclər daha çox cinayət qurbanı olurlarmı? Cinayət qurbanı olan gənclər necə qəbul edilirlər? Gənc cinayətkarın hüquqları qorunurmu?

  • Uşaqlar polisləri necə qəbul edirllər? Polis uşaqlarla necə davranır, xüsusilə də şübhəli qismində saxlanılan uşaqlarla? Hakimlər, vəkillər, polislər və həbsxana nəzarətçiləri necə hazırlanmışlar və necə təyin ediliblər? Onların uşaq hüquqlarından xəbərləri varmı?

  • Məhkəmə sistemində tutulmuş uşaqlar haqqında KİV vasitəsilə məlumat yayılmasında qadağan elementlərini araşdırın – məhkəmə proseslərini, həbs edilmə və həbsdən sonrakı qayğı proseslərini araşdırın. Bunlar qanunauyğun yerinə yetirilirmi? Qanun pozmuş uşaqların adlarının hallanmasının qarşısını alan qanun mövcuddurmu?

  • Məhkəmə sisteminin əsas məqsədi uşaqları düzgün yola gətirmək, yoxsa cəzalandırmaqdır? Uşaqlara cismani cəza verilməsi halları azalıbmı? Islah-əmək koloniyalarında uşaqların vəziyyəti ilə maraqlanın. Həbs rejimi ancaq axırıncı cəza tədbiri kimi işlədililirmi? Uşaqlar üçün bərpa dövrlərindən və sinaq müddətindən istifadə edilirmi?

  • Uşaqlar arasında narkotik maddələrin istifadə edilməsi hallarını araşdırın. Nə üçün onlar narkotik maddələrə qurşanıblar? Onlar narkotik madddələri asanlıqla əldə edirlərmi? Onlar buna görə cəzalanırlar, yoxsa sağaldılırlar. Onlara narkotik maddənin törətdiyi fəsadlar haqqında məlumat verilirmi




Uşaqlar və cinayət

  • Uşaqlar tərəfindən qanun pozuntusunun kökləri mütləq böyüklərin onlara qarşı olan münasibətindən bəhrələnir. Siz məqalələrinizdə bildirirsinizmi ki, həmin qanun pozan gənclər də, başqaları kimi insan hüquqlarəna malikdirlər.

  • Gənc qanun pozanların lazımsız yerə adlarının çəkilməsinin qarşısını almısınızmı? Bağışlanılmaz adı onun üçün artıq riskə səbəb ola bilər. Bu onların bərpa olunmaları imkanlarını da azaldar, və həm də hüquqlarının pozulmasına gətirib çıxarar.

  • Ittiham olunan uşaqlara ictimaiyyət və rəhbərlik tərəfindən cavab vermək imkanının yaradılmasına əmin olmusunuzmu? Güman etmirsinizmi ki, cinayət törədən uşaqlar ancaq evsiz olduqlarından bu yola gediblər?

  • Uşaqların həbsi hallarını izləyərək bunu yazılarınızda göstərmisinizmi? Onlar təhlükəsizdirlərmi? Əgər onlar qəyyumluqdadırlarsa, onlar üçün hansı şərait yaradılmışdır? Onlar uşaqlarla, yoxsa böyüklərlə birlikdə həbs edilmişlərmi? Onların hüquq məsləhətxanalarına əlyetərlikləri varmı? Onlara böyüklərdən şox inanılır, yoxsa az?

  • Narkotik maddələrdən istifadə haqqında yazılarınız elmi faktlara əsaslanırmı? Saxta və ya yalan məlumatlar narkotik maddələrdən istifadə və ya daşınmasının qarşısını almaqda kömək etmir. Uşaqları narkotik maddələrlə təmin edənlərin işləri üzrə təhqiqat aparmısınızmı? Bir çox insanlar KİV-lərə əsas məlumat mənbəyi kimi baxırlar – uşaqlar və onların valideynləri üçün faydalı ola bilən məlumatlar, məsələn, narkotik maddələrin törətdiyi fəsadlar və ondan müalicə yolları haqqında yazmısınızmı?

Mətn Maddələr 34, 35, 36 Maddələr 34, 35, 36 Yoxlama vərəqi



Cinsi sui-istifadə və uşaqların istismarı

  • Seks məlumatlılığı və uşaqların cəlb olunduğu seksual fəaliyyət haqqında qanunlar barəsində yazılar dərc edin. Uşaqların seksual fəaliyyətinə razılıq verməmələri üçün yaş məhdudiyyəti varmı?

  • Cinsi sui-istifadə və uşaqların istismarı və qadağan hallarını təhqiq edin. Ailə daxilində olan cinsi sui-istifadəyə aid başqa ölkələrdə baş verən faktlardan misal gətirin. Bu məlumatların düzgünlüyünə əminsinizmi? Bütün uşaqlar (əlil və nəzarətdə olan uşaqlar da daxil olmaqla) ailələrində, məktəblərində və ya təhsil müəssisələrində baş verən cinsi sui-istifadə hallarını təhlükəsiz olaraq açıqlaya bilərlərmi? Polislərə, sosial işçilərə, müəllimlərə və səhiyyə işçilərinə belə hallarla işləmək üçün lazımi təlimatlar verilibmi? Məxfilik, müdafiə və məsləhətlər necə təmin edilir?

  • Uşaq pornoqrafiyalarının istehsalı, yayılması və saxlanması qanun pozuntusu sayılırmı? Uşaqlardan sui-istifadə və fahişəlik hallarının qarşısını almaq üçün görülən tədbirləri, uşaqların pornoqrafiyadan, telefon “seks xətlərindən” və İnternet pornoqrafiyasından müdafiəsi hallarını təhqiq edin.

  • Belə şikayətlər əsasında yaranan hüquqi prosedur qaydalardan yazın. Uşaq şahidlərin müdafiəsi necə təmin olunur? Onlarla cinayətkar kimi davranırlarmı və ya istintaq prosesində onlar ziyan çəkirlər? Sizin ölkənin vətəndaşları başqa ölkələrdə uşaq istismarına görə ittiham edilə bilərlərmi?

  • Cinsi sui-istifadə və uşaqların istismarı hallarının istintaqı, həm uşaqlar, həm də jurnalistlər üçün lazımi və peşəkar səviyyədə təhlükəsiz keçirilməlidir. Kommersiya məqsədi ilə uşaqların istismarı hallarının istintaqı ən yüksək səviyyədə təhlükəsiz həyata keçirilməlidir.




Cinsi sui-istifadə və uşaqların istismarı

  • Cinsi sui-istifadə və ya uşaqların seksual istismarı haqqında yazılarınız kifayət qədər düzgündürmü? Onun “şok yaradan” təsiri həddən artıq şişirdilməmişdir ki, - hətta o cinayət xarakterli fəaliyyət kimi müşahidə olunarsa belə.

  • Cinsi sui-istifadəyə və ya istismara məruz qalan uşağı qurban kimi, cinayətkar kimi, yoxsa hüquqlara və toxunulmazlığa malik bir insan varlığı kimi təsvir etmisinizmi? Uşaqlara özləri haqda danışmağa imkan verilməsi məqsədəuyğun idimi? Uşağın kimliyini onun şəkli və ya verilən izahlar vasitəsilə təyin etmisinizmi? Məqaləniz əziyyət çəkən uşağı tapmağa imkan yaradan məlumatlar verirmi?

  • Uşaq şəklini çəkməyə razılıq veribmi? Ona məsuliyyət daşıyan yaşlı adam var idimi? Yaratdığınız surətlər cinsi sui-istifadəyə cəlb edilən uşaqları, yoxsa özləri könüllü surətdə bu işə maraq göstərən uşaqları əks etdirir? Uşaqların düzgün olmayan surətlərinin yaradılmasına qarşı hansı tədbirlər görülür?

  • Əminsinizmi ki, yazdığınız əhvalatlar “seks turizminin”, pornoqrafiyanın və ya uşaq istismarının başqa növlərinin yayılmasına xidmət etmir? Əminsinizmi ki, bu yazı seks xidmətində material kontekstində istifadə edilməyəcək?

  • Uşaqlar haqqında dərc edilən yazıların hansı təsiri gözlənilir? Onların müdafiə sistemi yaradılıbmı? Başqa sui-istifadə və istismarı hallarını toplamaq üçün məxfi kömək xətləri mövcuddurmu? Belə məlumatları çatdıran insanlar üçün hansı dəstək növləri var?

Yüklə 248,38 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin