Kütləvi İnformasiya Vasitələri (KİV) və Uşaq Hüquqları



Yüklə 248.38 Kb.
səhifə1/4
tarix02.12.2016
ölçüsü248.38 Kb.
  1   2   3   4
Kütləvi İnformasiya Vasitələri (KİV) və Uşaq Hüquqları

KİV professionalları üçün praktik tanışlıq kitabçası

PressWise tərəfindən UNİCEF üçün hazırlanmışdır

1999

Kütləvi İnformasiya Vasitələri (KİV) və Uşaq Hüquqları

MÜNDƏRICAT

Səhifə

0 KİV mütəxəssisləri və uşaq hüquqları

0 Əlil uşaqlar

0 Uşaqlar və diskriminasiya

0 Uşaqlar və ailə

0 Uşaq əməyi

0 Uşaqlar və silahlı münaqişə

0 Uşaqların sağlamlığı və qayğı

0 Uşaqların mənsubiyyəti

0 Uşaqların fikirləri və sivil hüquqları

0 Uşaqlar və ictimai qayğı

0 Uşaqlar və KİV

0 Uşaqlar KİV-də

0 Təhsil

0 Uşaqlar və cinayət

0 Cinsi sui-istifadə və uşaqların istismarı

0 Dövlətin vəzifələri

ƏLAVƏLƏR

0 1. Uşaq Hüquqları Konvensiyası

0 2. Beynəlxalq Jurnalistlər Federasiyası

Təlimatlar

0 3. Ümumdünya Səhiyyə Təşkilatının Təlimatları

0 4. Faydalı beynəlxalq əlaqələr

Bu kitabçada, KİV professionalları, uşaq hüquqları və uşaqların müdafiəsi sahəsində çalışanlar üçün fikir və ideyalar toplanmışdır
UNİCEF-in sifarişi və jurnalistlərin təcrübələri əsasında, Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Konvensiyasının on illiyi şərəfinə Böyük Britaniyada yerləşən PressWise tərəfindən hazırlanmışdır
Bu kitabçanın məqsədi, uşaqlar üzərində böyüklərin məsuliyyətinin artırılması, KİV professionallarının uşaq hüquqlarının qorunması sahəsində var güclərini əsirgəməmələrinə çağırışdır


Kütləvi İnformasiya Vasitələri (KİV) mütəxəssisləri və uşaq hüquqları

Jurnalistlər cəmiyyətin gözü, qulağı və səsidirlər. İnsan hüquqlarının çempionları kimi, onlar, hətta öz həyatları risk qarşısında qalarsa belə, diqqəti qanun pozuntusuna tərəf yönəldir, hökumət və digər əlaqədar qurumları insanların həyatında yaxşılığa doğru dəyişikliklər etməyə çağırır.

Jurnalistlər, fotoqraflar və proqram tərtibatçıları tez-tez, uşaqların özlərindən asılı olmayan hadisələr zamanı tutulmaları və ya onların böyüklər tərəfindən təhqirə və ya istismara məruz qalmaları halları ilə rastlaşırlar. Lakin, bu da vacibdir ki, KİV mütəxəssisləri “uşaq amilini” məlumatlarda həmişə şərti olaraq əks etdirsinlər. Qanunlarda və ya illik siyasətdə edilən dəyişikliklərin ən yaxşı yoxlama mexanizmi, edilən dəyişikliklər nəticəsində uşaqların əldə etdiyi xeyir və ya onlara dəyən ziyan hesab oluna bilər.

Birincisi və ən başlıcası, asılı və asanlıqla istismar və ya sui-istifadə oluna bilməsinə baxmayaraq, uşaqlara hörmət edilməlidir. KİV-lər uşaqları “günahsız məxluq” kimi təsvir etməkdənsə, uşaqlara danışmaq imkanı verməklə - onların özləri haqda, ümidləri, təhlükələri, nailiyyətləri, böyüklərin onlara qarşı münasibətləri, davranışları haqda danışmaqları ilə, ictimaiyyətə uşaq hüquqları barədə daha çox məqamları çatdıra bilərlər.

KİV-lər uşaqların hüquqlarının pozulma hallarına və cəmiyyətin onlara münasibətinə biganə qalmamalıdırlar.



UŞAQ HÜQULARI KONVENSİYASI

Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Konvensiyası, hökumət və əlaqədar qurumların, bütün uşaqların hüquqlarını müdafiə etmək sahəsində görəcəyi tədbirləri müəyyən etmişdir.

Konvensiya, 1989-cu il 20 Noyabrda Baş Assambleya tərəfindən yekdilliklə qəbul edilmiş və Somali və Amerika Birləşmiş Ştatlarından başqa, dünyanın bütün hökumətləri tərəfindən ratifikasiya olunmuşdur.

Ratifikasiyaya əsasən, hökumətlər öhdəlik götürürlər ki, uşaqlar, təhlükəsiz və təminatlı şəraitdə, böyüyə və inkişaf edə, yüksək keyfiyyətli təhsil və səhiyyə xidməti ala və yaxşı həyat şəraitində yaşaya bilər.

Bu o deməkdir ki, hökumətlər, uşaqları diskriminasiyadan, seksual və kommersiya istismarı və qanun pozuntusundan qorumağa, yetim uşaqlara və gənc qaçqınlara xüsusi qayğı göstərməyə razılaşırlar.

Bu, həm də uşaqların aşağıdakı hüquqlarını təsbit edir:



  • Fikrini ifadə etmək, xüsusilə də onlara təsir edən qərarlar haqqında öz fikirlərini bildirmək;

  • Fikir azadlığı, söz azadlığı, vicdan və din azadlığı;

  • Şəxsi həyat və oynamaq hüququ;

  • Öz klub və təşkilatlarını yaratmaq hüququ;

  • Məlumata əlyetərlilik – xüsusilə də, dövlət və KİV tərəfindən verilən məlumatlara;

  • Ideya və məlumatların onlara məlum edilməsi.

Konvensiya, hökumətlər tərəfindən uşaqların həyat səviyyəsinin yaxşılaşması istiqamətində görülən tədbirləri ölçmək məqsədi ilə, meyarlar müəyyün etmişdir.

Beş ildən bir, hökumətlər BMT-nin Uşaq Hüquqları Komitəsinə hesabat verməlidir.

Komitə, təkmilləşdirmək üçün təklifləri verməzdən öncə, əldə edilən nəticələri nəzərdən keçirir, hökumət nümayəndələri ilə görüşür və qeyri-hökumət təşkilatlarının (QHT) rəyini öyrənir.

KİV-in VƏZİFƏLƏRİ

Konvensiya ilə bağlı fəaliyyətləri, nailiyyət və uğursuzluqları araşdırmaq üçün, KİV-lərə yaxşı mühit yaradılmışdır.

Bu kitabça, jurnalistlərə uşaqlarla bağlı məlumatları, xəbərləri daima gündəmdə saxlamağa kömək etmək məqsədilə, Konvensiyanın Maddələrinə aid olan mövzuları müəyyən edir. Həm də, bu kitabça, uşaq məslələrinin və onların hüquqlarının qorunması məsələsinin jurnalistlərin iş prosesinə nə dərəcədə sirayət etməsini yoxlamaq məqsədi daşıyır.

Mətn Maddələr 2, 3, 6, 12, 23 Maddələr 2, 3, 6, 12, 23 Yoxlama vərəqi



Əlil uşaqlar

  • Əlil uşaqların hüquqi və sosial statuslarını araşdırın. Onların hüquqlarını tənzimləyən qanunlar mövcuddurmu və ya fiziki çatışmamazlıqlara görə başqaları ilə eynu hüquqa malikdirlərmi? Əlilliklərinə görə onlara qarşı münasibət başqalarına nisbətən fərqlidirmi? Uşaqlarla bu çatışmamazlıqların mənbəyi haqqında danışın. Onlar, təcrübələrinə əsasən, onlar haqda yaranmış bu “səhv təqdimedilmənin” araşdırılmasında sizə kömək edə bilərlər.

  • Əlil uşaqların əksəriyyəti potensiallarından kifayət qədər istifadə edə bilmirlər, çünki böyüklərin fikrinə görə onlar heç nəyə qadir deyillər. Onlara vətəndaş cəmiyyəti quruculuğunda iştirak etmək üçün şərait yaradılırmı və ya onlar buna şövq edilirmi? Xüsusi ehtiyacların, məsələn, nəqliyyat, şəhər planlaşdırılması, ictimai binaların, istirahət guşələrinin yaradılmasında onlarla məsləhətləşilirmi? Diskriminasiya hallarında hansı müvafiq tədbirlər mövcuddur?

  • Əlil uşaqların valideynləri məsləhət, maliyyə dəstəyi və praktik kömək alırlarmı? Bu sərbəstdir, yoxsa “ehtiyac əsasındadır”? Əlil uşaqlar və onların ailələri ilə işləyən təşkilatlar haqqında yazın.

  • Əlil uşaqların spesifik ehtiyacları tərtibatçılar, tikinti mühəndisləri tərəfindən nəzərə alınmadığından, onlar praktik problemlərlə üzləşirlər. Birgə tərtibat prosesi nəticəsində əldə edilən məhsullar haqqında yazın. Onların ictimai binalara, nəqliyyata əlyetərlikləri necə həll edilir?

  • Müəssisələrdə əlil uşaqlar üçün müalicə xidmətləri yaradın – xüsusilə də, uşaqların heç kəslə danışmadığı hallarda. Onlara kim xidmət edir, maliyyə ilə kim təmin edir və s. Müalicə və qayğının müsbət texnikası haqqında yazın. Uşaqlar özləri haqda nə fikirləşirlər?







Əlil uşaqlar

  • Məqaləniz əlilliyə həsr olunubmu, və ya uşağı əsl insan kimi təsvir edirmi? Uşaqları özləri haqda hekayətlər danışmağa necə cəlb edə bilərsiniz?

  • Əlilliyi təsvir etmək üçün düzgün termin seçmisinizmi? Əgər şübhəniz varsa, mütəxəssisə müraciət edin – bu, əlil uşaq da ola bilər. Uşağın görmə zəifliyi varsa, “kor” və ya buna oxşar terminlərin işlədilməsində xüsusilə ehtiyatlı olmaq gərəkdir.

  • Əgər uşağın əlilliyi haqda danışırsınızsa, bu tamamilə uyğundurmu? Uşaqdan onun əlilliyinin necə ifadə olunması haqda heç soruşmusunuzmu?

Məsələn: əgər əlil uşaqlar binaya iddia edirlərsə, o zaman onların əlilliyi nəzərə alınmamalıdır. Bu, həm də o hallara şamil edilir ki, əlillər uyğun olmayan məqsədlər üçün pul istəsinlər və ya orta səviyyəli həyat tərzi üçün iddia qaldırsınlar.

  • Sağlam uşaqla istifadə etdiyiniz terminologiyanı əlil uşaqla da istifadə etmisinizmi? Bu onları incidə bilərmi? əgər şübhəniz varsa, bunu əlil insanlarla yoxlayın.

  • Əlillər haqda neqativ və ya fiqurativ formada danışmısınızmı? Bu təhrifolunmaya gətirib çıxarmırmı?

Məsələn: ingilis dilində “kar”, “lal”, “kor” və ya “axsaq” sözlərini birbaşa istifadə edərkən, əlil insanlar inciyə bilərlər.

Mətn Maddələr 2, 22, 23, 27, 30 Maddələr 2, 22, 23,27, 30 Yoxlama vərəqi



Uşaqlar və diskriminasiya

  • Əlillik sizin ölkənizdə endemikdirmi? Nəticələri və effektləri istifadə edin, xüsusilə də uşaqlarla. Diskriminasiya nəticəsində əziyyət çəkən uşaqlara ictimaiyyət qarşısında diskriminasiyanın ona necə təsir etdiyi haqda danışın.

  • Uşaqlar haqda məlumat toplayıb nəşr edən təşkilatlar mövcuddurmu? Toplanmış materiallar qızlar və oğlanlar, varlı və kasıb, kəndli və şəhərli, sağlam və əlil, etnik qruplar və s. arasinda olan diskriminasiyanı əks etdirirmi?

  • Qızlar və gənc qadınlar arasında və ya qaçqınlar, qeyri-millətlər və mühacirlər arasında bərabərlik tanınırmı? Milli azlıqlardan olan uşaqlar üçün səhiyyə, təhsil və ya iş imkanlarının yaradılması xidmətləri necə aparılır?

  • Diskriminasiyanın aradan qaldırılmasına həsr edilən prioritet proqramları araşdırın. Onlar necə monitor edilir və kim tərəfindən aparılır? Diskriminasiyanın ləğvi siyasəti ilə məşğul olan hökumət və qeyri-hökumət təşkilatlarının gördükləri işlər haqda yazın.

  • Diskriminasiya hallarına qarşı hökumət qanunvericiliyi haqqında, görülən tədbirlər barəsində yazın.

  • Dövlətin müxtəlif çatışmamazlıqlardan əziyyət çəkən uşaqlara qayğısından yazın. Məsələn, kasıbçılıq şəraitində yaşayan və ya QİÇS-yoluxmuş uşaqlar haqda və onların həyatında edilən müsbət dəyişikliklərdən yazın.




Uşaqlar və diskriminasiya

  • Jurnalizm əsasən spesifik olmalıdır – lakin bəzən dəlil-sübutu olmayan ümumiləşmələr də ola bilər. Belə hallarla rastlaşmısınızmı və ya bəzi ərazilərdə əsas cinayətlərin uşaqlar tərəfindən törədilməsi halları tələbi ilə üzləşmisinizmi? Belə tələblər nadir hallarda düzgün olur və azlıqlara qarşı diskriminasiyanı qızışdırır.

  • Uşağın irqi, etnik mənşəyi, dini və ya əlilliyi haqda yazarkən, bu doğrudan da məqalənizə uyğun idimi?

  • Etnik azlıqlar haqqında, qızlar, gənc qadınlar və sair haqda istifadə etdiyiniz terminologiya əminsinizmi ki, onları təhqir etmir?

  • Uşaqların keçmişi, adət-ənənəsi, dini və sair haqqında gümanlar etmisinizmi? Çap etməzdən öncə faktları yoxlayın.

  • Bəzi rasist və ya milliyətçi qruplar tərəfindən verilən məlumatları bir daha yoxlamısınızmı?

  • QİÇS/VİÇ-ə yoluxan uşaqların diaqnozlarını həkimlərlə dəqiqləşdirmisinizmi? Sensasiya yaratmaq xatirinə olan məqalələrdən uzaqlaşmaq lazımdır.

Mətn Maddələr 5, 9, 10, 11, 18 Maddələr 5, 9, 10, 11, 18 Yoxlama vərəqi



Uşaqlar və ailə

  • “ailə” sizin ölkədə necə izah edilir? Onlar genişləndirilmiş ailələrdir, yoxsa kiçik ailələrdir? Ailələr haqda olan qanunlar uşaqlar üçün ədalətlidirmi? Məhkəmələrdə uşaqların sosial həyatına təsir edən qərarlarda uşaqların söz demək hüququ varmı?

  • Tək valideynlər tərəfindən saxlanan uşaqların yaşamaq strategiyaları da təsirli hal sayılır. Onlar da uşaqlara qayğı sahəsində sosial siyasətin effektivliyinin yaxşı barometridir. Heç bir riskə məruz qalmadan qeyri-adi ailə vəziyyətində olan uşaqlar haqqında yazmaq yollarını tapmaq lazımdır. Vəziyyəti dəyişməyə çalışan qruplar haqqında yazın.

  • Yetkinliyə çatmayanların hamiləliyi və valideynliyi haqqında yazın. Onlar bunun öhdəsindən necə gəlirlər? Onların ailələri və dostları necə reaksiya verirlər? Uşaqlarına onların yaşının necə təsir edəcəyi haqda nə fikirləşirlər?

  • Valideynlər həbs ediləndən əvvəl uşaqlara necə təsir edir? Həbsdə olan analar öz körpələrini saxlaya bilərlərmi? Uşaqlara olan təsirlər və vəziyyəti yaxşılaşdırmağa çalışan tədbirlər barəsində yazın.

  • Ölkəyə gəlmək və ya ölkədən getmək istəyən ailələrin müraciətləri haqqında hökumət hansı tədbirləri görür? Ailələrin ayrilma şəraiti yaranan zaman, onları birlikdə saxlamağa çalışan vəziyyətlər və ya məmurlar haqqında yazın. Uşaqların keçirdikləri hissləri və təcrübələri soruşun.




Uşaqlar və ailə

  • Sizin məqaləniz yeni hökumət qanunlarının ailələrə necə təsirinin insanların daha yaxşı başa düşməsinə kömək edirmi? Sizin verdiyiniz məlumatlar insanlara qayğıya və müdafiəyə ehtiyacı olan uşaqlara kömək etməyə və ya hökumət, qeyri-hökumət orqanlarından yardım əldə etməyə şərait yaradırmı?

  • Sizin məqalə ailə qanunu sisteminin necə işlədiyini izah etməyə kömək edirmi?

Məsələn: boşanma prosesi haqqında yazarkən, uşaq cəlb olunduğu halda, uşağın hansı hüquqlara malik olduğuna, aliment kəsilməsi və ya uşağın kiminlə qalması məsələsinə xüsusi diqqət yetirirsinizmi?

  • Sizin məqaləniz faktlara əsaslanırmı və düzgünlüyünə əminsinizmi? Ad çəkmək və ya uşaqlara pis təsir edə biləcək hallardan qaçmısınızmı? Məşhur boşanmalar haqqında yazarkən, bunun uşaqlara təsirini də əhatə etmisinizmi? Siz bu məsələni cəlb edilən valideynlər və vəkillərlə müzakirə etmisinizmi?

  • Uşaq evlərində, internatlarda və başqa uşaqlara qayğı mərkəzlərində yerləşdirilmiş uşaqların identifikasiyası məsələləri ilə maraqlanmısınızmı, onların valideynləri ilə görüşmək hüquqları varmı? Mümkün hallarda, uşaqlara suallar vermisinizmi və onların fikirlərini nəzərə almısınızmı?

  • Uşaqların öz fikirlərini sərbəst ifadə edə bilmədikləri yerlərdə müvafiq prosedur qaydalara uyğun olaraq onları söhbətə cəlb edə bilmisinizmi? Rəhbərlik tərəfindən onların özlərini ifadə etmək hüquqlarına hörmət edilirmi?

Mətn Maddələr 6, 19, 24, 27, 28, 31, 32, 34, 35, 36 Maddələr 6, 19, 24, 24, 27, 28, 31, 32, 34, 35, 36 Yoxlama vərəqi



Uşaq əməyi

  • Dövlətin uşaq əməyinin qorunması sahəsində həyata keçirdiyi məlumat kampaniyaları, təhsil, təlim, qaydalar, iş yerlərinin yoxlanılması və sair cəhdləri haqqında yazılar dərc edin. Hökumətininz uşaq əməyi haqqında Beynəlxalq Əmək Təşkilatının 29 (1930) və ya 138 (1973) saylı Konvensiyalarını təsdiq edibmi? Hökumətinizin əməyin müxtəlif formalarda istismarının azaldılmasını tələb edən 1999-cu il İyun ayında razılaşdırılmış yeni Konvensiyaya mövqeyi necədir?

  • Əsas mağazalarda malların mənbəyini yoxlayın. Mağazalar bilirlərmi ki, onlar harada və necə hazırlanmışdır. Müştərilərin də fikrini öyrənin.

  • Uşaq əməyindən gizli istifadə edən fabrikləri, uşaq faihşəliyini, qızların ev işlərini görmək üçün məktəbdən yayınma hallarını axtarın. Işləyən uşaqlarla söhbət edin – amma kimliyini məxfi saxlayın. Onlar hansı saatlarda işləyirlər? Onlar öz istəkləri ilə işləyirlərmi? Istədikləri vaxt işdən gedə bilərlərmi? Hökumət rəsmiləri onların iş şəraitini yoxlayırlarmı? Həmkarlar ittifaqları nə edirlər?

  • Uşaqların hüququ, fikirlərini ifadə etmək, təsəvvürlərindən istifadə etmək, istedadlarını tətbiq etmək başqaları ilə ünsiyyətdə olmaqdır. Doğrudanmı yoxsulluq şəraitinidə yaşayan və ya ailədən, dostlarından ayrılmış uşaq azaddır və həyatından həzz alır?

  • Uşaqların istedadından və mədəni fəaliyyətlərindən istifadə onları ruhlandırır. Uşaqların təhlükəli oyuncaqla törətdiyi hadisə də “yaxşı surət” kimi ictimaiyyətdə təsəvvür yaradır. Bu mövzularda yazmaq lazımdır.




Uşaq əməyi

  • Işləmək üçün rəsmi yaş məhdudiyyəti haqda fikirləşmisinizmi? Əgər uşaqlar dərsdən uzaqlaşdırılaraq işləməyə cəlb olunursa, bunun uzun müddətli nəticələri haqda fikirləşmisinizmi?

  • Iş sahiblərinin uşaqları şərti pozduqlarına görə cərimə etmələri hallarından yazmısınızmı? Işləyən uşaqlar arasında bədbəxt hadisələr haqqında statistik məlumatlara maliksinizmi?

  • Işləyən uşaqların fikirlərini məqalələrinizə daxil etmisinizmi?

  • ən çox yayılmış uşaq işlərinə - küçə alverçiləri, maşın və ayaqqabı silənlər və sairlərə fikir vermisinizmi? Onların necə işləmələrinə və nə qədər qazandıqlarına diqqət yetirmisinizmi? Məqalələrinizdə işləyən uşaqların sifətlərində olan qorxunu təsvir etmisinizmi?

  • QHT-lərdən uşaq əməyinin istismarı haqda məlumatlar əldə etmisinizmi? Onlar sizə bu işdə çox kömək edə bilərlər.

  • Məqalələrinizdə yaxşı və pis ərazilərdə oynayan uşaqların fərqləri haqda yazmısınızmı? Uşaqların oynadıqları ərazidə təsadüfən əzilməsi hallarına toxunmusunuzmu?

Mətn Maddələr 6, 22, 37,38 Maddələr 6, 22, 37, 38 Yoxlama vərəqi



Uşaqlar və silahlı münaqişə

  • Silahlı münaqişələr uşaqların həyatına, şəxsi inkişafına, psixi və psixoloji sağlamlığına birbaşa təhlükə törədir, dolayısı ilə isə uşaqlara edilən xidmətə və onların ailələrinə mənfi təsir edir. Uşaqların əziyyət çəkdikləri problemlərdən (məs: məktəblərin uzun müddətə bağlanması) və onların bu vəziyyətə necə uyğunlaşmaqlarından yazın və onları müdafiə etmək üçün yollar axtarın.

  • Insan əleyhinə quraşdırılmış minalar nəticəsində çoxlu sayda uşaqlar ya həlak olmuş, ya da şikəst olmuşlar. Minaların istehsalı və quraşdırılması ilə bağlı məlumatları yoxlayın. Minaların təmizlənməsi və minalara düşənlər haqqında hansı tədbirlər görülür?

  • Konflikt yatırılandan sonra hansı tədbirlər görülür – yaralıların müalicəsi, ailələrin köçürülməsi, uşaqların uşaq evlərinə qoyulması və məktəblə təmin olunması buna aid ola bilər. Resurslar uşaqlar arasında ədalətlə bölünürmü? Insan amilinə siyasi prizmadan nəzər salın – qaçqın və yetimxanada olan uşaqlarla söhbətlər aparın; onlar nə fikirləşirlər və gələcəyi necə görürlər? Köçürülmə strategiyaları və sanksiyalar uşaqlara necə təsir edir?

  • Hökumətiniz uşaqları müdafiə etmək üçün ordunu, polisi və fövqəladə hallar xidmətini necə təlimləndirir? Münaqişə yaranan zaman düşmən uşaqları haqqında hansı fikirlər formalaşır?

  • Müharibə dövründə uşaqların qorunması istiqamətində hökumətinizin vəzifələrini araşdırın (Uşaq Hüquqları Konvensiyası, 4 Cenevrə Konvensiyası və onun Protokolları, 1997-ci il Keyp Taun Prinsipləri və bu yaxınlarda 18 yaşına çatmamış gənclərin işə götürülməsinin qarşısının alınması sahəsində edilən cəhdlər)




Uşaqlar və silahlı münaqişə

  • Müharibədən sonrakı dövrdə ölkənizdə uşaqların qorunması sahəsində görülən işlərdən yazmısınızmı, məsələn, buraya xəstəxanalar, uşaq evləri, məktəblər və məsləhətxanalar aid edilə bilər.

  • Siz müharibə dövründə məlumatların toplanması və qovluqlaşdırılmasında mümkün qədər obyektiv və səliqəli olmusunuzmu? Yaxud, Siz ilk atəş açılan zaman şayiə faktorunun hissəsinə çevrilmisiniz?

  • Sizin yazılarınız (məqalələriniz) birbaşa “əsgər uşaqlar” haqqında idimi? Yoxlamısınızmı, “killer uşaq” məfhumunun yaradılması uşaqları gələcəkdə təhlükə qarşısında qoymaq məqsədi daşıyır, yoxsa yox?

  • Məqaləniz münaqişəyə cəlb edilən gəncin əsil təcrübəsini təsvir edirmi və ya əks edirmi? Uşağı oxuculara/tamaşaçılara/dinləyicilərə təqdim edərkən onun təhlükəsizliyi haqqında fikirləşmək lazımdır.

  • Xüsusilə, münaqişədə iştirak etmiş uşağın təsvirini verərkən, bunun gələcək nəticələrini nəzərə almaq lazımdır. Uşaq bunun ziyanını çəkə bilər. Müxtəlif qəddarlıqların şahidi olmuş uşaqları gizlətmək lazımdır.

  • Lazım olan hallarda və yerdə, hər bir şəxsi layiq olduğu formada təsvir edin; həmin şəxsləri müəyyən edin və onun anonimlilik arzusuna hörmət edin. Uşaqların hücuma məruz qalmasının qarşısını alın.

Mətn Maddələr 6, 24, 26,27 Maddələr 6, 24, 26, 27 Yoxlama vərəqi



Uşaqların sağlamlığı və qayğı

  • Ölkənizdə uşaq sağlamlığı barəsində olan hesabat və statistik məlumatları diqqət mərkəzində saxlayın, məsələn: doğum vaxtı ölüm faizi; 5 yaşından aşağı ölüm halları; qarşısı alınması mümkün olan uşaq xəstəlikləri, məsələn: vərəm və difteriya. Tanınmış expertlərdən məlumatlar toplayın. Statistikada diskriminasiya hallarını nəzərdən keçirin.

  • Uşaq epidemiyası hallarını və onun səbələrini araşdırın. Buraya ətraf mühit və dövlətin səhiyyə xidmətini də əlavə edin. Kütləvi immunizasiya tədbirləri həyata keçirilirmi? Dövlət uşaq səhiyyəsi xidmətini necə həyata keçirir? Bu sahəyə sərf edilən maliyyə qoyuluşu ilə digər sahələri müqayisə edin.

  • Mamaçılıq və pediatriya xidmətlərinə diqqət yetirin. Doğum prosesində ölüm halı yüksəkdirmi? Xəstəxana xidməti uşaqlara necə münasibət göstərir? Uşaqlara daha mütərəqqi xidmətlərin mövcudluğunu araşdırın, məsələn, leykemiya üçün beyin köçürməsi və sair. Zəruri cərrahiyyə əməliyyatları üçün uzun növbə siyahıları mövcuddurmu?

  • QİÇS/VİÇ-ə yoluxan uşaqlar necə müalicə olunurlar və harada yerləşdirilirlər? Hansı dəstək sistemi mövcuddur? Səhiyyə xidmətinin keyfiyyətini və uşaqların öz qayğılarına qalmaları haqqında məlumatları araşdırın.

  • Uşaqların yaşadıqları, öyrəndikləri və oynadıqları mühiti araşdırın. Sağlam həyat haqqında hansı təkmilləşdirmə tədbirləri aparılır (məktəblərdə, diet, narkotik maddələrin törətdiyi fəsadlar, havanın çirklənməsi, yolların təhlükəsizliyi, seksual davranış, siqaret çəkmə halları, idman və sair)




Uşaqların sağlamlığı və qayğı

  • Məqalənizi diqqətlə araşdırmısınızmı və düzgünlüyünə əminsinizmi? “Qorxuducu xəstəlik” məfhumu daha çox zərər gətirir. Bəzən yayılan şayiələr tibb mütəxəssislərinə və kütləvi informasiya vasitələrinə qarşı inamsızlıq yaradır.

  • Ümumdünya Səhiyyə Təşkilatının səhiyyə mövzusunda yazan jurnalistlər üçün tövsiyyələrindən istifadə edirsinizmi? (Əlavə 3)

  • Sizin məqalələriniz insanlara uşaq xəstəliklərini, preventiv (qarşısını almaq) tədbirlərin həyata keçirilməsini və müalicə proseslərini başa düşməkdə kömək edirmi? Məlumat mənbələrini və tibbi şərtlər haqqında yenilikləri müəyyən etmisinizmi?

  • Rəhbərlikdən kifayət qədər və inandırıcı məlumat toplamısınızmı? Məqalələriniz uşaq sağlamlığı haqqında yeniliklərin insanlara çatdırılmasında kömək edirmi?

  • Uşaqlara QİÇS/VİÇ-dən qorunma hallarını izah edərkən, onlara təhlükəsiz seks, iynələrin şərikli işlədilməməsi və digər preventiv tədbirlər haqqında məlumat verirsinizmi?

  • Yazdığınız məqalələr təhlükəli xəstəlikləri (QİÇS/VİÇ) əhatə edirmi? Tarazlaşmış və yaxşı məlumatlı yazılar, rəhbərliyi mümkün müalicə vasitələrinin tətbiqinə sövq edər.
  1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə