Kütləvi İnformasiya Vasitələri (KİV) və Uşaq Hüquqları



Yüklə 248.38 Kb.
səhifə3/4
tarix02.12.2016
ölçüsü248.38 Kb.
1   2   3   4

Mətn Maddələr 4, 42, 54 Maddələr 4, 42, 54 Yoxlama vərəqi

Dövlətin vəzifələri

  • Uşaq Hüquqları Konvensiyasının həyata keçirilməsi sahəsində hökumətiniz hansı işləri yerinə yetirmişdir? Onun yayılması prinsiplərinin tələblərinə əməl edilirmi? Bu sahədə hesabatların verilməsində cədvəldən geri qalma halları varmı? Əgər varsa, səbəb nədir? Ictimai məsləhətləşmələr olurmu?

  • Uşaq Hüquqları üzrə Komitənin cavablarına ictimai rəy verilirmi? Nəticədə hansı tədbirlər planlaşdırılır? Növbəti hesabat nə zaman olmalıdır? Ərazinizə məsul nümayəndədən müsahibə götürün.

  • Ölkənizdə Konvensiyanın icrasına məsul şəxsdən müsahibə götürün. Proqress (yəni irəliləyişin olmaması) barəsində müzakirələr aparın. Uşaqların cavab verəcəyi suallar tapın. Uşaqlara müsbət təsir edəcək rəsmi öhdəliklərlə və ya uşaqların spesifik problemləri ilə tanış olun.

  • Qeyri-hökumət təşkilatlarının (QHT) uşaqların həyatının yaxşılaşmasına yönələn tədbirlərində hökumət necə iştirak edir? Ölkənisdəki QHT-lər Uşaq Hüquqları Konvensiyasına müraciət ediblərmi? Onların topladıqları məlumatlar nə dərəcədə düzgündür və hökumətin tələblərinə şübhə yaratmır ki?

  • Uşaqların həyatlarının yaxşılaşmasına yönələn tədbirlər haqqında yazın. Uşaqlar bunu necə təsəvvür edirlər?




Dövlətin vəzifələri

  • Yazdığınız əhvalatlar, həm sizin ölkədə, həm də başqa ölkələrdə uşaq hüquqları sahəsində ictimai məlumatlılığın artmasına və uşaq hüquqlarının müdafiəsi sahəsində hökumətin qanunlarının təkmilləşməsinə kömək edirmi?

  • Jurnalistlər əslində beynəlxalq qanunların yerlərdə həyata keşməsini tələb edən carçılar kimi qiymətləndirirlər. Sizin nəşriyyat və ya proqram tərəfindən Konvensiyanın ictimaiyyət və siyasətçilər arasında yayılması istiqamətində tədbirlər həyata keçirilirmi?

  • Ölkənizdə uşaqların üzləşdikləri problemləri öyrənmək məqsədilə ekspertlərlə, uşaq hüquqları sahəsində çalışan insanlarla və uşaqların özləri ilə söhbətlər aparmısınızmı?

  • Yerli və mərkəzi hökumət tərəfindən uşaqlarla bağlı xidmətlərin və uşaq hüquqlarının müdafiəsi sahəsində çatışmamazlıqların izahını əldə edə bilmisinizmi?

  • Ən başlıcası isə, uşaqların hökumət və ictimaiyyət tərəfindən eşidilməsi üçün imkan yaratmısınızmı?

  • QHT-lərin tələblərini yoxlamısınızmı və onların uğur və çatışmamazlıqlarını ictimaiyyətə çatdırmısınızmı?

  • QHT-lərlə KİV-lərin birgə fəaliyyəti barəsində fikirləşmisinizmi, məsələn, cəmiyyətin maraqlı təbəqləri üçün məlumat və məsləhət məlumatlarının buraxılması sahəsində əməkdaşlıq etmək buna misal ola bilər.



Əlavə 1 Jurnalist tərəfindən Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Konvensiyasının icmalı

Preambula, Birləşmiş Millətlər Təşkilatının uyğun insan hüquqları üzrə saziş və tələblərinin müvafiq maddələrinin əsas prinsiplərini – sülh, toxunulmazlıq, səbrlilik, bərabərlik, həmrəylik prinsiplərini bəyan edir. O, uşaqların, xüsusi qayğı və müdafiəyə ehtiyacı olduğunu, ilkin qayğı üçün xüsusi yerlərə, təhlükəsiz valideyin məsuliyyətinə ehtiyacı olduğunu təsdiq edir; uşaqlara doğulandan əvvəl və sonra hüquqi və digər müdafiə formalarına ehtiyacın olduğunu, uşağın doğulduğu cəmiyyətin milli dəyərlərinə hörmətin zəruriliyinə və uşaqların təhlükəsizliyini təmin etməkdə beynəlxalq əməkdaşlığın rolunun zəruriliyinə ehtiyacın olduğunu vurğulayır.



  1. Kim uşaq adlanır – Hər bir insan 18 yaşına çatanadək bu Konvensiyanın məqsədləri üçün uşaq sayılır, bir şərtlə ki, uşaq barəsində tətbiq edilə bilən qanuna görə o, yetkinlik yaşına daha əvvəl çatmamış olsun.

  2. Qeyri-diskriminasiya – İştirakçı dövlətlər onların yurisdiksiyası daxilində olan hər bir uşaq üçün bu Konvensiyada nəzərdə tutulan bütün hüquqlara hörmət bəsləyir və onları təmin edir, hər hansı başqa hallardan asılı olmayaraq, heç bir ayrı-seçkiliyə yol vermirlər.

  3. Uşağın ən ümdə maraqları – uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Dövlət uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər.

  4. Hüquqların icrası – iştirakçı dövlətlər bu Konvensiyada tanınan hüquqların həyata keçirilməsi üçün bütün lazımi qanunvericilik tədbirlərini, inzibati və digər tədbirləri görürlər.

  5. Valideyn məsləhəti və uşağın inkişaf imkanları – iştirakçı dövlətlər valideynlərin və yerli adətdə nəzərdə tutulduğu kimi, müvafiq hallarda genişləndirilmiş ailə və ya icma üzvlərinin, qəyyumların, yaxud qanuna görə uşaq üçün məsuliyyət daşıyan digər şəxslərin bu Konvensiyada tanınan hüquqlarının onlar tərəfindən həyata keçirilməsində uşağı lazımınca idarə və ona rəhbərlik etməkdə olan qabiliyyətinə müvafiq surətdə yerinə yetirmək məsuliyyətinə, hüquqlarına və vəzifələrinə hörmət bəsləyirlər.

  6. Yaşamaq və inkişaf etmək – Hər bir uşaq yaşamaq üçün ayrılmaz hüquqa malikdir və dövlət uşağın sağ qalmaq və sağlam inkişaf etmək imkanını maksimum mümkün dərəcədə təmin edir.

  7. Ad və milliyət – uşaq doğulduqdan sonra dərhal qeydə alınır və doğulduğu andan ad və vətəndaşlıq almaq hüququna, habelə, mümkün olduğu dərəcədə, öz valideynlərini tanımaq və onlardan qayğı görmək hüququna malikdir.

  8. Mənsubiyyətin saxlanması – dövlət, qeyri-qanuni müdaxiləyə yol vermədən, qanunda nəzərdə tutulduğu kimi, vətəndaşlıq, ad və ailə əlaqələri daxil olmaqla uşağın öz fərdiliyini saxlamaq hüququna hörmət bəsləməyi öhdələrinə götürürlər. Əgər uşaq fərdiliyinin bütün ünsürlərinin bir qismindən və ya hamısından məhrum olursa, onda iştirakçı dövlətlər dövlətlər onun fərdiliyinin tezliklə bərpa edilməsi üçün ona lazımi köməyi və müdafiəni təmin edirlər.

  9. Valideynlərdən ayrılma – uşaqların valideynləri ilə yaşamaq hüquqları var; valideynlərdən ayrılan zaman valideynlərin biri və ya hər ikisi ilə əlaqə saxlamaq hüququ var; dövlət, valideynlərinin biri və ya hər ikisi ilə ayrılmış uşağın hər iki valideynlə müntəzəm əsasda şəxsi münasibətlər saxlamaq hüququna hörmət bəsləyir, bir şərtlə ki, bu münasibət və əlaqələr uşağın ən yaxşı maraqlarına zidd olmasın.

  10. Ailənin yenidən qovuşması – uşağın və ya valideynlərinin ailənin qovuşması məqsədilə Konvensiyada iştirak edən dövlətə gəlmək, yaxud oradan getmək barədə ərizələrinə iştirakçı dövlətlər tərəfindən müsbət, humanist və operativ tərzdə baxılmalıdır.

  11. Qeyri-qanuni transfer və geri qayıtmama – dövlət uşağın bir yerdən başqa yerə qanunsuz aparılmasına və xaricdən geri qaytarılmasına qarşı mübarizə aparılması üçün tədbirlər görür.

  12. Uşağın fikri – dövlət öz baxışlarını ifadə etməyi bacaran uşağın, özü ilə bağlı bütün məsələlər üzrə bu baxışları sərbəst ifadə etmək hüququnu təmin edirlər, özü də uşağın bu baxışlarına, onun yaşı və yetkinliyinə müvafiq olaraq lazımi diqqət yetirilir. Bu məqsədlə, xüsusilə də uşağa aidiyyatı olan istənilən məhkəmə və ya inzibati istintaqın gedişində ya birbaşa, ya da onun nümayəndələri və yaxud müvafiq orqanlar vasitəsilə, milli qanunvericilikdə nəzərdə tutulan prosessual normalar çərçivəsində uşağın dinlənilməsinə imkan yaradılır.

  13. İfadə etmək azadlığı – uşaq öz fikrini ifadə etmək hüququna malikdir; bu hüquqa hər cür informasiyaları və ideyaları, sərhədlərindən asılı olmayaraq, şifahi, yazılı və ya çap edilmiş formada, incəsənət əsərləri formasında, yaxud uşağın istədiyi digər vasitələrin köməyi ilə axtarmaq, almaq və vermək azadlığı daxildir. Bu hüququn həyata keçirilməsində digər şəxslərin hüquq və nüfuzlarına hörmət edilməlidir.

  14. Fikir, vicdan və din azadlığı – Uşağın müvafiq valideyn məsləhəti və milli qanun çərçivəsində, fikir, vicdan və din azadlığı var.

  15. Assosiasiya azadlığı – Qanunu pozmamaq şərti ilə, uşaq, başqaları ilə görüşmək, assosiasiyalar yaratmaq hüququna malikdir.

  16. Məxfiliyin qorunması – Heç bir uşağın şəxsi həyatı, ailə həyatı, mənzilinin toxunulmazlığı və ya yazışma sirri hüququnun həyata keçirilməsi özbaşınalıqla və ya qanunsuz surətdə müdaxilə obyekti, yaxud onun şərəf və nüfuzuna qanunsuz qəsd edilmək obyekti ola bilməz.

  17. Lazımi məlumata əlyetərlilik – dövlət, kütləvi informasiya vasitələrinin mühüm rol oynadığını qəbul edir və təmin edirlər ki, uşaq müxtəlif milli və ya beynəlxalq mənbələrdən informasiya və materiallar, xüsusən uşağın sosial, mənəvi və əxlaqi rifahına, habelə sağlam fiziki və psixi inkişafına köməyə yönəldilmiş informasiya və materialları ala bilsin.

  18. Valideynlərin vəzifələri – dövlət, uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birlikdə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin qəbul edilməsini təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər.

  19. Uşaqların təhqir və sui-istifadədən müdafiəsi – Dövlət, uşaqları valideynləri və ya onların qayğısına qalmağa məsuliyyət daşıyan digər şəxslər tərəfindən hər hansı formada fisiki və ya mənəvi sui-istifadələrdən, qanun pozuntusundan müdafiə etməlidir və bu sahədə proqramlar həyata keçirməlidir.

  20. Ailəsiz uşaqların müdafiəsi – Dövlət, ailə mühitindən məhrum olmuş uşaqlar üçün xüsusi müdafiə tətbiq etməli, onların keçmiş adət-ənənələrini nəzərə alaraq, alternativ ailə qayğı ilə təmin etməli və ya xüsusi qayğı müəssisəsində yerləşdirməlidir.

  21. Övladlığa götürmə – Övladlığa götürmə sistemini qəbul edən və yaxud bu sistemin həyata keçirilməsinə icazə verən dövlətlər uşağın ən yaxşı maraqlarının ilk növbədə nəzərə alınmasını təmin edirlər.

  22. Qaçqın uşaqları – qaçqın uşaqları və ya qaçqın statusu almaq istəyənlər üçün xüsusi müdafiə sistemi tətbiq edilməli və dövlət, bu istiqamətdə iş aparan təşkilatlarla əməkdaşlıq etməlidir.

  23. Əlil uşaqlar – dövlət təsdiq edir ki, əqli və ya fiziki cəhətdən qüsurlu olan uşaq, onun ləyaqətini təmin edən, onun özünə inamını artıran və cəmiyyətin həyatında fəal iştirakını asanlaşdıran şəraitdə dəyərli və ləyaqətli həyat sürməlidir.

  24. Səhiyyə və səhiyyə xidmətləri – uşaqların ən yüksək səviyyəli səhiyyə xidmətinə, tibbi qayğıya, tibbi maarifləndirməyə və uşaq ölümünün azaldılmasına hüquqları var. Dövlət, ziyanlı ənənvi müalicə üsullarının qarşısını almağa borcludur. Bu hüquqların yerinə yetirilməsinə əmin olmaq məqsədilə beynəlxalq əməkdaşlıq təsdiq edilmişdir.

  25. Yerləşmənin dövri nəzərdən keçirilməsi – iştirakçı dövlətlər uşağa baxılması, onun müdafiəsi və ya fiziki, yaxud psixiki müalicəsi məqsədilə səlahiyyətli orqanlar tərəfindən qəyyumluğa verilmiş uşağın keçdiyi müalicənin və onun haqqında belə qəyyumluqla bağlı bütün digər şəraitin vaxtaşırı qiymətləndirilməsi barədə uşağın hüququnu təsdiq edirlər.

  26. Sosial müdafiə - uşaqların sosial müdafiədən faydalanmaq hüquqları var.

  27. Yaşamaq standartı – Uşaqların müvafiq yaşamaq standartından bəhrələnmək hüququ var. Bu, valideynlərin birbaşa vəzifəsidir. Dövlət, valideynlər tərəfindən bu vəzifələrin yerinə yetirilməsinə əmin olmalıdır. Dövlət, lazım gələrsə, valideyn və ya qəyyum olmadığı halda əlavə kömək etməlidir.

  28. Təhsil – uşaqların təhsil almaq hüququ var və dövlət, ən azı ibtidai təhsili pulsuz və məcburi etməlidir. Məktəb nizam-intizamının idarəedilməsi, uşağın insani toxunulmazlığını əks etdirməlidir.

  29. Təhsilin məqsədi – dövlət əmin olmalıdır ki, təhsil uşağın şəxsiyyətini və istedadını inkişaf etdirir, uşaqları gələcək həyata hazırlayır, onu insan hüquqlarına, milli adət-ənənələrə milli dəyərlərə hörmət ruhunda tərbiyə edir.

  30. Milli azlıqlar və ya yerli uşaqlar – milli azlıqlar və ya yerli uşaqların öz dillərində danışmaq və dinlərinə əməl etmək hüquqları var.

  31. İstirahət, yaradıcılıq və mədəni fəaliyyət – uşaqlar, istirahət etmək, oynamaq, mədəni-kütləvi tədbirlərdə iştirak etmək hüququna malikdirlər.

  32. Uşaq əməyi – dövlət, uşaqları onların səhhətinə, təhsilinə və ya inkişafına təhlükə yaradan işlərdən qorumalıdır. Minimum işləmək yaşı və şərtləri təyin edilməlidir.

  33. Narkotik maddələrdən istifadə - uşağın narkotik və psixotropik maddələrin istifadəsindən və bu maddələrin istehsalı və paylanmasına cəlb olunmaqdan qorunmaq hüququ var.

  34. Seksual istismar – uşaqlar fahişəlik və pornoqrafiyaya cəlb olunmaq da daxil olmaqla, seksual istismar və sui-istifadədən qorunmaq hüququna malikdirlər.

  35. Uşaqların oğurlanması və satışı – dövlət uşaq oğurluğunun və satışının qarşısını almaq üçün bütün səylərini səfərbər etməlidir.

  36. İstismarın digər formaları – uşaq, istismarın 32, 33, 34 və 35-ci maddələrdə qeyd edilməyən bütün digər formalarından müdafiə olunmaq hüququna malikdir.

  37. Azadlıqdan məhrum edilmə - azadlıqdan məhrum etmə, qəddar münasibət və ya cəza, kapital cəza və həbs. Həbs və ya qadağanların digər formaları, ancaq axırıncı və qısamüddətli tədbir olmalıdır. Uşaqlar, müvafiq münasibət/davranış, yaşlılardan ayrı saxlanma, valideynləri ilə əlaqə, hüquqi və digər yardımlara əlyetərlik hüququna malikdirlər.

  38. Silahlı münaqişələrdövlətlər, uşaqlara aid olan humanitar qanunlara hörmətlə yanaşmalıdırlar. 15 yaşından kiçik heç bir uşaq hərbi əməliyyatda birbaşa iştirak etməməlidir və ya hərbi qüvvələrə cəlb olunmamalıdır və silahlı münaqişədən zərər çəkən bütün uşaqlar müdafiə olunmalı və qayğı göstərilməlidirlər.

  39. Reabilitativ qayğı – dövlətlər, silahlı münaqişə, azadlıqdan məhrum etmə, qəddar münasibət və ya isitismar nəticəsində zərər çəkmiş uşaqların sağalması üçün lazımi tədbirlər görməlidirlər.

  40. Azyaşlı məhkəməsinin idarəedilməsi – qanun pozuntusunda ittiham olunan uşaq, insan hüquqlarına riayət, qanunun bütün aspektlərinə hörmət, onun müdafiəsini təmin etmək məqsədilə hüquqi yardım hüququna malikdir. Mümkün və uyğun olan hallarda, institusional yerləşmələrə yol verilməməlidir.

  41. Mövcud standartlara hörmət – Konvensiyadan yüksəkdə olan milli qanundakı standart, ən yüksək standart kimi qəbul edilir.

    1. Konvensiyanın yayılması və icrası – dövlət Konvensiyanı yaşlılar və uşaqlar arasında geniş yaymalıdır.

Dövlət 10 nəfər ekspertdən ibarət Uşaq Hüquqları Komitəsini seçir. Bu Komitə, ratifikasiya olandan iki il sonra, hər beş ildən bir, tərəflərdən, Konvensiyaya təqdim etmək üçün hesabatları toplayır.

Bu hesabatlar geniş ictimaiyyətə çatdırılmalıdır.

Komitə, uşaq hüquqlarına aid olan spesifik məsələlərlə bağlı tədbirlərin keçirilməsini təklif edə bilər, və Dövlət Partiyasına, həmçinin BMT-nin Baş Assambleyasına məlum qiymətləndirmələr həyata keçirə bilər.

Konvensiyanın icrasına nail olmaq və beynəlxalq əməkdaşlıq üçün, Beynəlxalq Əmək Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, UNESCO və UNİCEF, Komitənin iclaslarda iştirakına icazə verməlidirlər.

Onlar lazımi məlumatı Komitəyə təqdim etməli və məsləhətçi statusuna malik, BMT-nin digər tanınmış qurumları ilə birlikdə, Konvensiyanın müvafiq qaydada icrasına məsləhət verməlidir.

1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə