Kvant elektronikasının əsasları



Yüklə 0,9 Mb.
səhifə1/28
tarix02.01.2022
ölçüsü0,9 Mb.
#41795
  1   2   3   4   5   6   7   8   9   ...   28
Kvant elektronikasının əsasları-son


Kvant elektronikasının əsasları

Müasir fizikanın nisbətən cavan və ən sürətlə inkişaf edən sahələrindən biri kvant elektronikasıdır. Bu sahənin əsasını kvant sistemlərinin məcburi şüalanması ideyası təşkil edir. Kvant elektronikasının ən böyük nailiyyəti lazerlərin yaradılmasıdır.

1917-ci ildə A.Eynşteyn elektromaqnit dalğalarının kvant sistemləri ilə qarşılıqlı təsirini araşdıraraq göstərmişdir ki, bu qarşılıqlı təsirdə üç proses-spontan (özbaşına) şüalanma, məcburi şüalanma və udulma baş verir.

Bütün kvant güclendiricilərinin və generatorlarının iş prinsipinin əsasını qeyri-tarazlıq halında olan sistemdə məcburi şüalanma vasitəsilə elektromaqnit rəqslərinin güclənməsi təşkil edir. Lakin praktikada bu ideyanı həyata keçirtmək о qədər də asan olmamışdır. İlk mazer 1954-cü, lazer isə 1960-cı ildə yaradılmışdır. Mazer və lazer sözləri çox yaxın menalı olub, birincisi mikrodalğaların, ikincisi isə işığın məcbııri şüalanma vasitəsilə gücləndirilməsi mənasını verir. Lazer sözü ingilisce light amplification by stimulated emission of radiation sözlərinin baş hərflərinden (laser) əmələ gəlmişdir.

Hal-hazırda mövcud olan lazerlər spektrin çox geniş diapazonunu (infraqırmızıdan rentgen şüalanmasına qədər) əhatə edir. Lazerlər elm və texnikada çox geniş tətbiq olunur. Lazerlərin kəşfindən sonra optika keyfıyyətcə yeni səviyyəyə qalxmışdır. Məlum olmuşdur ki, lazer şüalanması maddənin optik xarakteristikalarının qeyri-xətti şəkildə dəyişdirir. Güclü koherent şüalanmanın maddələrlə qarşılıqlı təsirinin nəticəsində çoxlu sayda yeni qeyri-optik effektlər müşahidə olunmuşdur.


Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin