L – NİTQİn nöVLƏRİ VƏ formalari



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə14/24
tarix24.03.2022
ölçüsü0,89 Mb.
#54119
1   ...   10   11   12   13   14   15   16   17   ...   24
Nitq-mədəniyyəti-üzrə-II-kurs-tələbələri-üçün-Ziba-Səfərova-tərəfindən-hazırlanan-elektron-mühazirələr

 

 

 

 

 

 

 

 

             


 

X   


Rəsmi-əməli üslub və bu üslubun əsas xüsusiyyətləri 

   


Rəsmi-əməli və ya rəsmii-işgüzar üslub

— 

rəsmi və işgüzar sənədlərin dilidir. Bu 



üslubda fikir müəyyən qəlibə düşmüs (standart) formalarda və olduqca yığcam 

şəkildə verilir. Üslubun əsas səciyyəvi xüsusiyyəti də elə budur. Rəsmi — işgüzar 

üslub hamı üçün eynidir — standartdır. Burada obrazlı ifadələrə, fərdi nitq 

xüsusiyyətlərinə rast gəlinmir. Milli rəsmi-əməli üslub başqa funksional üslublara 

nisbətən gec formalaşıbdır. 

Bu üslubun 

lüğət tərkibi yığcam, sintaksisi məhduddur. Rəsmi-işgüzar üslubda bir 

sıra arxaik sözlər və köhnəlmiş sintaktik qəliblər uzun müddət qorunub saxlanılır. 

Rəsmi- əməli üslub iki yerə ayrılır 

1.R


əsmi sənədlərin dili, 

İşgüzar sənədlərin dili.  



 

    


Dövlət, hökumət təşkilatlarının tərtib etdiyi və rəsmi qaydada təsdiq olunan 

sənədlər (məsələn, 

prezident fərmanları, hökumət sərəncamları, nazirlərin 

əmrləri, konstitusiya 

və s.) rəsmi sənədlər sayılır. 

Rəsmi sənədlər mütəxəssislər tərəfindən hazırlanır, yerlərdə müzakirə edilir, 

sonra isə təsdiqlənir. 

Rəsmi sənədlərin əsas xüsusiyyətləri bunlardır: 

— 

dilin maksimum mükəmməlliyi; 



— 

fikrin tam aydınlığı; 

— 

fıkrin (sözlərin) birmənalılığı; 



— 

fikrin hüquqi cəhətdən əsaslılığı (əsaslandırılması); 

— dil 

yığcamlığı. 



    

Rəsmi sənədin əsas şərti (həcmindən asılı olmayaraq) dil yığcamlığıdır. Rəsmi 

sənədlər millətin dövlətçilik mədəniyyətini əks etdirir. Buna görə də həmin 

sənədlərin mükəmməl tərtibinə xüsusi diqqət yetirilir. 

İşgüzar sənədlər isə ayrı-ayrı vətəndaşlara aid olur.  

Ərizə, tərcüməyi-hal, akt, xasiyyətnamə, elan, reklam

 

və s. işgüzar sənədlərdir. 



İşgüzar sənədlər hamı üçün eyni olan standart formalarda hazırlanır.Belə 

sənədlər xüsusi dövlət əhəmiyyəti daşımır. 

Rəsmi — işgüzar üslubun şifahi forması olmur. 

   


Əməli yazılar öz məzmununa görə aşagıdakı qruplara ayrılır: 

1.Bilavasitə yazışma məqsədi daşıyan 

yazılar:teleqram,anket,.təliqə,ərizə,məruzə,yazılı məlumatlar. 

2.Müəyyən faktı təsdiq etmək üçün istifadə edilən 

yazılar:vəsiqə,arayış,vəkalətnamə və.s. 

3.Müəyyən hadisə və faktları əks etdirən kagızlar:akt,protokol,müqavilə və.s. 




 

4.İclas,müşavirə,yıgıncaq,konfrans,qurultay və.s tərəfindən qəbul olunmuş 

qərarları əks etdirən əməli yazılar:protokol,stenoqrafik hesabat v.s. 

 

İşgüzar sənədlər hamı üçün  standart formada hazırlanır.



 

İşgüzar sənədlər həcmcə kiçik olur. 

    

İşgüzar sənədlərin müəyyən hissəsini hər bir şəxs özü hazırlamağı bacarmalı, 



bununla bağlı müəyyən formaları, standartları  mənimsəməlidir. Bəzən işgüzar 

sənədlərin hazır formaları olur ki, hər hansısa bir məsələ ilə bağlı göstəricilər həmin 

hazır formalara yazılır. Bunun üçün də sənədin dili konkret, ifadəli, aydın olmalı, 

sənəddə imla xətaları, qüsurlu cümlələr olmamalıdır. 

    

Rəsmi və işgüzar sənədlərin dilində şablonlar  əsas yer tutur. Bəzən rəsmi 



sənədlərdə -bəyan onların atlarda, manifestlərdə obrazlılıq da olur. Cülələri ciddi 

sintaktik ölçülərlə müəyyənləşən bu üslubda söz sırasının pozulması halları da baş 

verir. Bu üsluba bəzən nida və sual cümlələrində də geniş yer verilir. Belə cümlələr 

diqqətin daha da cəmlənməsinə xidmət edir. 

    

Məktublar da rəsmi yazışma dilində yaranır. Bunun üçün məktub da sənəd dili 



nümunəsi hesab olunur. Məktublar məzmunca fərqlənir: 

1. 


Siyası xadimlərin, dövlət başçılarının  bir-birinə məktublarında sənəd dili 

ölçüsü tam  

gözlənilir və  burada onların maraqları ümumi şəkildə öz əksini 

tapır; 


2.  Qeyri -

rəsmi şəxslərin, qohumların, ailə üzvlərinin məktublarında  başlanğıc və 

sonluqda rəsmi üsluba məxsus söz və ifadələr özünü göstərir. 

    


Bütün məktublar salamlaşma ilə başlayır, sağollaşma ilə qurtarır və bu da şablon 

deməkdir. Məktub rəsmi üslubun ən sərbəst formasıdır. 




Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin