X
Rəsmi-əməli üslub və bu üslubun əsas xüsusiyyətləri
Rəsmi-əməli və ya rəsmii-işgüzar üslub
—
rəsmi və işgüzar sənədlərin dilidir. Bu
üslubda fikir müəyyən qəlibə düşmüs (standart) formalarda və olduqca yığcam
şəkildə verilir. Üslubun əsas səciyyəvi xüsusiyyəti də elə budur. Rəsmi — işgüzar
üslub hamı üçün eynidir — standartdır. Burada obrazlı ifadələrə, fərdi nitq
xüsusiyyətlərinə rast gəlinmir. Milli rəsmi-əməli üslub başqa funksional üslublara
nisbətən gec formalaşıbdır.
Bu üslubun
lüğət tərkibi yığcam, sintaksisi məhduddur. Rəsmi-işgüzar üslubda bir
sıra arxaik sözlər və köhnəlmiş sintaktik qəliblər uzun müddət qorunub saxlanılır.
Rəsmi- əməli üslub iki yerə ayrılır
1.R
əsmi sənədlərin dili,
2
İşgüzar sənədlərin dili.
Dövlət, hökumət təşkilatlarının tərtib etdiyi və rəsmi qaydada təsdiq olunan
sənədlər (məsələn,
prezident fərmanları, hökumət sərəncamları, nazirlərin
əmrləri, konstitusiya
və s.) rəsmi sənədlər sayılır.
Rəsmi sənədlər mütəxəssislər tərəfindən hazırlanır, yerlərdə müzakirə edilir,
sonra isə təsdiqlənir.
Rəsmi sənədlərin əsas xüsusiyyətləri bunlardır:
—
dilin maksimum mükəmməlliyi;
—
fikrin tam aydınlığı;
—
fıkrin (sözlərin) birmənalılığı;
—
fikrin hüquqi cəhətdən əsaslılığı (əsaslandırılması);
— dil
yığcamlığı.
Rəsmi sənədin əsas şərti (həcmindən asılı olmayaraq) dil yığcamlığıdır. Rəsmi
sənədlər millətin dövlətçilik mədəniyyətini əks etdirir. Buna görə də həmin
sənədlərin mükəmməl tərtibinə xüsusi diqqət yetirilir.
İşgüzar sənədlər isə ayrı-ayrı vətəndaşlara aid olur.
Ərizə, tərcüməyi-hal, akt, xasiyyətnamə, elan, reklam
və s. işgüzar sənədlərdir.
İşgüzar sənədlər hamı üçün eyni olan standart formalarda hazırlanır.Belə
sənədlər xüsusi dövlət əhəmiyyəti daşımır.
Rəsmi — işgüzar üslubun şifahi forması olmur.
Əməli yazılar öz məzmununa görə aşagıdakı qruplara ayrılır:
1.Bilavasitə yazışma məqsədi daşıyan
yazılar:teleqram,anket,.təliqə,ərizə,məruzə,yazılı məlumatlar.
2.Müəyyən faktı təsdiq etmək üçün istifadə edilən
yazılar:vəsiqə,arayış,vəkalətnamə və.s.
3.Müəyyən hadisə və faktları əks etdirən kagızlar:akt,protokol,müqavilə və.s.
4.İclas,müşavirə,yıgıncaq,konfrans,qurultay və.s tərəfindən qəbul olunmuş
qərarları əks etdirən əməli yazılar:protokol,stenoqrafik hesabat v.s.
İşgüzar sənədlər hamı üçün standart formada hazırlanır.
İşgüzar sənədlər həcmcə kiçik olur.
İşgüzar sənədlərin müəyyən hissəsini hər bir şəxs özü hazırlamağı bacarmalı,
bununla bağlı müəyyən formaları, standartları mənimsəməlidir. Bəzən işgüzar
sənədlərin hazır formaları olur ki, hər hansısa bir məsələ ilə bağlı göstəricilər həmin
hazır formalara yazılır. Bunun üçün də sənədin dili konkret, ifadəli, aydın olmalı,
sənəddə imla xətaları, qüsurlu cümlələr olmamalıdır.
Rəsmi və işgüzar sənədlərin dilində şablonlar əsas yer tutur. Bəzən rəsmi
sənədlərdə -bəyan onların atlarda, manifestlərdə obrazlılıq da olur. Cülələri ciddi
sintaktik ölçülərlə müəyyənləşən bu üslubda söz sırasının pozulması halları da baş
verir. Bu üsluba bəzən nida və sual cümlələrində də geniş yer verilir. Belə cümlələr
diqqətin daha da cəmlənməsinə xidmət edir.
Məktublar da rəsmi yazışma dilində yaranır. Bunun üçün məktub da sənəd dili
nümunəsi hesab olunur. Məktublar məzmunca fərqlənir:
1.
Siyası xadimlərin, dövlət başçılarının bir-birinə məktublarında sənəd dili
ölçüsü tam
gözlənilir və burada onların maraqları ümumi şəkildə öz əksini
tapır;
2. Qeyri -
rəsmi şəxslərin, qohumların, ailə üzvlərinin məktublarında başlanğıc və
sonluqda rəsmi üsluba məxsus söz və ifadələr özünü göstərir.
Bütün məktublar salamlaşma ilə başlayır, sağollaşma ilə qurtarır və bu da şablon
deməkdir. Məktub rəsmi üslubun ən sərbəst formasıdır.
Dostları ilə paylaş: