L – NİTQİn nöVLƏRİ VƏ formalari



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə13/24
tarix24.03.2022
ölçüsü0,89 Mb.
#54119
1   ...   9   10   11   12   13   14   15   16   ...   24
Nitq-mədəniyyəti-üzrə-II-kurs-tələbələri-üçün-Ziba-Səfərova-tərəfindən-hazırlanan-elektron-mühazirələr

 

 

 

 

 

 

 

 

 

 

 

   

lX – 

Publisistik üslub . İctimai- publisistik üslub  

Əgər bədii üslub milli – bədii təfəkkürü elmi üslub elmi təfəkkürü ifadəsidirsə 

publisistik üslub da milli – ictimai t

əfəkkürü əhatə edən nitq formasıdır

 


 

Publisistika

 - 


Latın sözü olub, “ictimai” deməkdir. 

Publisistika termini 19-

cu əsrdə yaranmış və uzun müddət 

sosial 


ədəbiyyat

 

mənasında işlənmişdir. Hal-hazırda 



jurnalistikanın

 

hər janrı 



publisistika adlanır. Publisistikanın məqsədi həyatı əks etdirmək, tədqiq etmək, onun 

haqqında kütləni düşündürərək inandıracaq formada danışmaqdır. Bundan ötrü hər 

cümlənin sonunda nida qoymaqla hər şey bitmir. Stil nə qədər fərdi olsa da, material 

nə qədər düzgün qurulsa da müəllifin publisistik mövqeyi, şəxsi peşəkarlıq olmadan 

uğur mümkün deyil. 

Publisistik 

yazılar yazan, publisistika ilə məşğul olan şəxsə publisist deyilir. 

Publisistik üslubun xüsusiyyətləri: 

1. 

Mətbuatda formalaşır. 



2. 

Müxtəlif qəzetlərin və jurnalların dilidir. 

3. 

Müxtəlif mövqe və maraqları əks etdirir. 



4. 

Müxtəlif emosiyaları əks etdirir. 

5. 

Həm şifahi, həm də yazılı olur. 



6. 

Anlaşılıqlı olur. 

7. 

Ümumxalq dilinə yaxındır. 



8. 

Aydınlığı ilə seçilir. 

Ədəbi dilin ictimai-publisistik üslubu.

 İctimai və siyasi məsələlərin geniş xalq 

kütləsinin anlayacağı şəkildə izah edilməsi ictimai-publisistik üslub adlanır. Bu 

üsluba eyni zamanda kütləvi üslub, kütləvi dil də deyilir. Buraya təbliğat, 

təşviqat məzmunlu, adi məlumat xarakterli və tənqidi daxildir. İctimai-

publisistik üslubun əmələ gəlməsində mətbuatın xüsusi rolu vardır. Buna 

görə də bu üslubu çox zaman mətbuat üslubu da adlandırırlar. Lakin qeyd 

etməliyik ki, qəzet və jurnallardakı məqalələrin hamısı publisistik üslubda 

yazılmır; orada müxtəlif üslubda yazılan materiallar olur. Elə buna görə də 

bütün məqalələri mətbuat üslubu adı altında başa düşmək düzgün deyildir: 

mətbuat üslubu başqa anlayışdır. Bunun özü iki yerə bölünür: 

 a) qəzet üslubu b) jurnal üslubu. Bunların isə fərqli cəhətləri vardır. Bu 

fərqlər hər şeydən əvvəl ondadır ki, qəzetdə mənası gec başa düşülən 

sözlərə, tərkiblərə yer verilmir. Ancaq jurnalda yeni terminlər, tərkiblər, 

qısaltmalar və sairə çox işlədilir. Azərbaycan ədəbi dilinin ictimai-

publisistik

 

məqalələrin, yazılı məruzələrin, qəzet xülasələrinin və s.dili



 

daxildir.

 

Azərbaycan ədəbi dilinin ictimai-publisistik  üslubu əsasən XIX əsrdə milli 



mətbuatın meydana çıxdığı dövrdən formalaşmağa başlamışdır. İctimai-

publisistik üslubun janrlara görə müxtəlif qolları ol-

i

masına baxmayaraq, 




 

bunların hamısının ümumi və digər üslublardan fərqli xüsusiyyətləri vardır. 

İctimai publisistik üslubun səciyyəvi cəhətləri aşağıdakılardan ibarətdir:  

1)Sözün istehza ilə işlədilməsi;  

2)Sarkazmlar yaradılması;  

3)Frazeoloji vahidlərdən geniş istifadə olunması;  

4)Bədii ədəbiyyatdan sitatlar verilməsi;  

5)İfşa və tənqid üçün ən kəskin sözlər işlədilməsi. 

 İctimai-publisistik üslub, ümumiyyətlə, aydın üslubdur. Burada xalq danışıq 

ünsürləri yox olur. Məsələn, ―Kirpi’’ jurnalındakı məqalələrin əksəriyyətində 

istənilən qədər xalq ifadə və tərkibləri, adi danışıq dilinə məxsus cümlələr və 

s. vardır. İctimai-publisistik üslubda yazılan oçerklər bunu bədii üsluba, xülasə 

və tənqidi məqalələr elmi üsluba, bəzi materiallar isə rəsmi üsluba 

yaxınlaşdırılır

.  

Azərbaycanda ilk mətbuatın əsası 19-cu əsrdə 1875-ci ildə H.b.Zərdabi 



tərərfindən yaradılan 

“Əkinçi”


qəzeti ilə qoyulmuşdur.

 


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin