Laborant ixtsası üzrə test sualları nümunələri Bölmə Kliniki laborator müayinə üsulları. 1 Laborant nəyi bacarmalıdır?


) Bakteriyaların sporlu formalarının məhv edilməsi hansı aparatda aparılır?



Yüklə 1,61 Mb.
səhifə17/26
tarix14.01.2017
ölçüsü1,61 Mb.
#5127
1   ...   13   14   15   16   17   18   19   20   ...   26

605) Bakteriyaların sporlu formalarının məhv edilməsi hansı aparatda aparılır?
A) Termostatda

B) Avtoklavda 1,5 atmosfer təzyiqində

C) Paster peçində

D) Zeyts süzgəcində

E) Kox aparatında

Avtoklavı ilk dəfə 1884-cü ildə Heydenreyx tətbiq etmişdir. Bu üsul doymuş buxarın hidrolizedici təsirinə əsaslanmışdır. Bir sıra qidalı mühitləri, sarğı materiallarını və ağları 1 atm təzyiqdə 15-20 dəqiqə müddətində zərərsizləşdirirlər.


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 57-59
606) Seroloji reaksiya nədir?
A) Bakteriofaqın təsiri ilə bakteriyanın lizisi

B) Faqositoz

C) Antigenlə anticismin qarşılıqlı təsiri

D) Bakteriya hüceyrəsində cinsi mübadilə

E) Selektiv mühitdə mikroorqanizmin böyüməsi

Seroloji müayinə üsulu immun zərdabla uyğun antigenin spesifik qarşılıqlı təsirinə əsaslanır. Belə qarşılıqlı təsirlərin formaları müxtəlifdir. Yəni xarici görünüşcə reaksiya mikrobların bir-birinə yapışması, çökməsi, əriməsi və s. şəkillərdə aşkara çıxarılır. İmmunitet reaksiyalarından həm diaqnostik məqsədlə, həm də zərdab və vaksin hazırlanmasında geniş istifadə olunur.


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 132
607) Komplementin birləşmə reaksiyasında müsbət nəticə hansıdır?
A) Çətir şəklində çökmə

B) Düymə şəklində çökmə

C) Eritrositlərin çökməsi (hemolizin dayanması)

D) İki mayenin sərhədində halqa

E) Laka oxşar qan (hemoliz)

Komplementin birləşmə reaksiyası 1901-ci ildə Belçika alimləri Borde və Janqu tərəfindən işlənmişdir. Bu alimlərin fikrincə infeksiya və immunizasiya prosesində insan və heyvanların qanında xüsusi anticisimlər əmələ gəlir ki, bu, müvafiq antigenlərdə qarışdırıldıqda onunla birləşib komplement adlnan maddəni adsorbsiya edir.


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı .1998. Səh. 153-154
608) Mikroorqanizmlərin antibiotiklərə həssaslığını təyin etmək üçün hansı üsul tətbiq edilir?
A) Appelman

B) Seroloji

C) Driqalski

D) Kağız disklər

E) Qratsiya
Antibiotiklərlə aparılan müalicənin effektliyi xəstəlik törədən mikrobun tətbiq edilən antibiotikə qarşı həssaslıq dərəcəsindən asılıdır. Buna görə də müalicəyə başlamazdan əvvəl mikrobun hansı antibiotikə həssas olması təyin edilir. Müvafiq antibiotik hopdurulmuş filtr kağızından olan standart disklər xüsusi laboratoriyalarda hazırlanır.
Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 104-107
609) Aqqlütinasiya reaksiyasında müsbət nəticə hansıdır?
A) Çöküntünün düymə şəklində alınması

B) Eritrositlərin çökməsi

C) Bulanıq halqanın alınması

D) Laka oxşar qan

E) Çöküntünün əmələ gəlməsi

Ən tipik aqqlutinasiya sınaq şüşələrində çöküntünün əmələ gəlməsidir. Bu zaman çöküntünün üzərində olan maye tam şəffaf olur. Bu reaksiyanın qoyuluşunda aqqlütininli zərdab, mikrob emulsiyası, bir də fizioloji məhlul iştirak edir.


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı .1998. Səh. 132-133
610) Bu xüsusiyyətlərdən hansı antigenə məxsusdur?
A) Daxil olduğu orqanizm üçün yad olmaq

B) Spesifiklik

C) Virulentlik

D) Toksigenlik

E) Patogenlik

Antigen daxil olduğu orqanizm üçün yad, yəni o, başqa bir növə aid olmalıdır. Antigenlər orqanizmə parenteral yolla, yəni ağızdan başqa qalan yollarla (məsələn: dəri altına, qana, qarın boşluğuna) yeridildikdə öz təsirini göstərir. Ağızdan qəbul edildikdə antigenlər həzm fermentlərinin təsiri altında sadə birləşmələrə qədər parçalanaraq antigenlik qabiliyyətini itirir.


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 123-124
611) Anticisim nədir?
A) Zülaldır

B) Lipopolisaxariddir

C) Karbohidratdır

D) Yağdır

E) Mineral maddədir

Orqanizmdə anticismlər antigen qıcıqlandırılması nəticsində hazırlanır və xəstəliyin əvvəlindən bir neçə gün sonra xəstənin qan zərdabında tapılır. Bir antigenə qarşı orqanizmdə ancaq bir cür anticisim əmələ gəlir.


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 128
612) Diferensial-diaqnostik qidalı mühitlərdən nə məqsədlə istifadə olunur?
A) Antibiotiklərin həssaslığının təyinində

B) Təmiz kulturanın alınmasında

C) Faqotipin təyinində

D) Bakteriyaların diri halda öyrənilməsində

E) Müayinə materialının göndərilməsində

Mikroorqanizmlərin proteolitik, saxarolitik, hemolitik və digər xassələrinə əsasən onun növünü təyin etmək üçün diferensial-dianostik qidalı mühitlərdən istifadə edilir. Bu mühitlər də konsistensiyasına görə bərk və maye halında olur. İndikatorlu süd, indikatorlu peptonlu su, Hissin əlvan sıra mühiti və s. maye differensial-diaqnostik mühitlərdir. Bərk mühitlərdən isə Endo, Levin, qanlı aqar, bismut-sulfit aqarı və s. göstərmək olar.


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı .1998. Səh. 71-73
613) Sınaq şüşəsində mikroblu duru materialdan maye qidalı mühitə əkin nə ilə aparılır?
A) Kolli qələmi ilə

B) Şpatellə

C) Steril pipetka ilə

D) Tamponla

E) İynə ilə

Mikrob əkmənin texnikası qidalı mühitin bərkliyindən asılıdır. Əkmə əməliyyatları bokslarda və ya gediş-gəliş az olan laboratoriyalarda aparılır. Mikroblu material duru olarsa steril pipetka ilə bir damla material götürüb duru qidalı mühitə əlavə olunur, çalxalanır. Pipetka isə dezinfeksiyaedici məhlula salınır.


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı .1998. Səh. 77
614) Çəp aqarda əkin nə ilə aparılır?
A) Pipetka ilə

B) Şpatellə

C) İynə ilə

D) İlgəklə

E) Tamponla

Bakterioloji ilgək sağ əldə tutulur, alovda közərdilir. Mikrob götürülür, sınaq şüşəsindəki aqarın çəpliyi başlanan yerdən ziqzaq xətlə çəp aqarın səthinə mikrob kulturası yayılır. Sonra ilgək közərdilir, sınaq şüşəsi termostata qoyulur.


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı .1998. Səh. 75
615) Düz aqarda əkin nə ilə aparılır?
A) İynələmə yolu ilə

B) Tamponla

C) Pipetka ilə

D) İlgəklə

E) Şpatellə

Düz aqara iynələmə yolu ilə əkmədən, əsasən anaerob bakteriyaların əkilməsi və müxtəlif bakteriyaların jelatini nə formada əritdiyini müşahidə etmək məqsədilə, bəzən də mikrobu uzun müddət saxlamaq üçündə istifadə edilir.


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı .1998. Səh. 76
616) Termostatdan nə üçün istifadə olunur?
A) Təmiz kulturanın alınmasında

B) Mikroorqanizimlərin məhv edilməsində

C) Mikroorqanizimlərin saxlanmasında

D) Sterilzasiya məqsədi ilə

E) Mikroorqanizimlərin yetişdirilməsində

Termostatdan mikrobları insan və heyvan orqanizmindən xaricdə, yəni süni qidalı mühitlərdə becərmək üçün istifadə edilir. Termostatda temperaturu sabit saxlamaq üçün istilik tənzimləyici olur. Əksər patogen mikroblar 37o C-temperaturda 1 neçə sutkada termostatda çoxalırlar

Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 75-76
617) Yaşadığı mühitdən asılı olaraq bakteriya hüceyrəsinin ölçüsünün və formasının dəyişməsinə nə deyilir?
A) Metobioz

B) Antaqonizm

C) Polimorfizm

D) Simbioz

E) Metobolizim

Bakteriyalar bir hüceyrəli orqanizmlərdir. Bakteriyaları forma və ölçülərini müxtəlif amillərinin təsiri altında dəyişə bilər. Bu hadisə polimorfizm adlanır.


Ədəbiyyat: Ф.К Черкес, Л.Б.Богоявленская, Н.А.Бельская . « Mикробиология» «Медицина» Москва. 1987. Səh. 38
618) S-formalı koloniyaların xüsusiyyətləri hansıdır?
A) Hamar, dairəvi, parlaq

B) Girintili, çıxıntılı, selikli

C) Xırda, uzun, çöp şəklində

D) Bulanıq, qabarıq

E) Xırda, ulduz şəklində

Qidalı mühit səthində eyni növlü mikrobun bir yerə yığılmış forması koloniya adlanır. S-formalı koloniyalar hamar, dairəvidir. Mikrob dissosasiyası zamanı S-forma R-formaya keçir. (Antibiotiklər, kimyəvi maddələr təsirindən və s.).


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı .1998. Səh. 81
619) Orta hərarəti sevən mikroblar necə adlanır?
A) Termofil

B) Mezofil

C) Steril

D) Psixrofil

E) Maksimal

Orta temperaturda yaşayan mikroblar mezofil bakteriyalardır. Mezofillər üçün optimal tempertur 30-370 C-dir.


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 87
620) İsti sevən mikroblar necə adlanır?
A) Minimal

B) Termofil

C) Mezofil

D) Steril

E) Psixrofil

Mikrobların normal inkişaf etmələri üçün müəyyən temperatur lazımdır. Mikrobun həyat fəaliyyəti üçün əlverişli olan temperatura optimal temperatur deyilir. Termofil bakteriyalar üçün (isti sevənlər) optimal tempertur 50-60o arasındadır.


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 87
621) Soyuq sevən mikroblar necə adlanır?
A) Optimal

B) Termofil

C) Psixrofil

D) Steril

E) Mezofil

Psixrofil bakteriyalar (soyuq-sevənlər) üçün temperatur optimumu 15-200- dir. Temperaturun azalmasına mikroblar çox həssas deyil. Əgər temperatur optimumdan yuxarı və ya aşağı müəyyən dərəcəyə qədər tərəddüd edərsə, onda mikrobun inkişaf prosesi nisbətən zəifləyir.


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 87
622) Saprofitlər xəstəlik törədirmi?
A) Zəif adamlarda xəstəlik törədir

B) Tez-tez xəstəlik törədir

C) Xəstəlik törətmir

D) Həmişə xəstəlik törədir

E) Çox az xəstəlik törədir

Mikrobların bəzi növləri canlılarla sıx əlaqəyə girərək bir-birinə, yaxud biri o birinə ola bilər ki, yardım etsinlər. Belə mikroblara saprofit (zərərsiz) adı verilmişdir. Bunlar ölü üzvi maddələrin parçalanıb qeyri üzvi hala keçməsində əsas rol oynayır.


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 92
623) Virulentlik nədir?
A) Zəif adamlarda xəstəlik törətmədir

B) İnsanda xəstəlik yaratmaq qabiliyyətidir

C) Mikrobun həssaslığıdır

D) Törədicinin yayılmasına orqanizmin müdafiə reaksiyasıdır

E) Mikrobun patogenlik dərəcəsidir
Patogen mikrobun xəstəliktörətmə qabiliyyətinin dərəcəsi virulentik adlanır.
Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 93
624) Anatoksinlər nədən hazırlanır?
A) Donor qanından

B) Antitoksik serumlardan

C) İmmunoqlobulinlərdən

D) Mikroblardan

E) Mikrob toksinindən
Bir sıra xəstəliklərdə immunitetin yaranması antitoksik xarakter daşıyır. Bu cür xəstəliklərdə immunitet yaratmaq üçün mikrobun özündən deyil, onların ekzotoksinlərindən istifadə etmək lazımdır. Fransız alimi Ramon ekzotoksin üzərinə müəyyən miqdar formalin əlavə edərək 39-40o C temperaturda 30-32 gün saxlamışdır. Nəticədə immunogen xassəsini saxlamış zərərsiz preparat-anatoksin almışdır.
Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 160
625) Bunlardan hansı immunitetin spesifik amillərinə aiddir?
A) İmmunoqlobulinlər

B) Faqositoz

C) Lizosim

D) Dəri örtüyü

E) Komplement
İmmunoqlobulin molekullarında olan H-zəncirlər 5 tipdə ola bilər. Buna görədə immunoqlubinlər 5 sinfə bölünür: İqG, İqM, İqA, İqE, İqD.
Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 130
626) Lizosim maddəsi harada müşahidə olunur?
A) Toksinlərin tərkibində

B) Tər vəzisində

C) Zərdabda

D) Leykositlərin tərkibində

E) Göz yaşında

Ağız suyu, göz yaşı, ana südü, qan, mədə-bağırsaq yolunun selikli qişalarında lizosim adlanan ferment tipli bakteriosid maddə vardır. Lizosim bir sıra patogen və saprofit mikrobları lizisə uğradır.


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 115
627) Qeyri spesifik müdafiənin hüceyrə amilinə nə aiddir?
A) Faqositoz

B) Selikli qişalar

C) İmmunoqlobulinlər

D) Dəri


E) Lizosim

Meçnikov süngərlərin bədəninə yabanı cisimlər daxil edib, onların amöbəbənzər hüceyrələr tərəfindən udulduqlarını müşahidə etmişdir. Bu prosesə faqositoz adı verilmişdir.


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 116
628) Qalın qan damlası necə fiksasiya olunur?
A) Romanovski-Gimza boyağı ilə

B) Fiksasiyasız havada tozdan qorunma

C) Sülfat turşusu ilə

D) Asetonda

E) Alov üzərində

Qalın qan damlası fiksasiyasız havada tozdan qorunma üsulu ilə qurudulur.


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı.1998. Səh. 309
629) Hansı xəstəliklərdə qeyri steril immunitet müşahidə olunur?
A) Qızılça

B) Taun


C) Qrip

D) Vəba


E) Vərəm

Steril imunitetdən fərqli olaraq bəzi xəstəliklərdə immunitet patogen mikrobun bədəndə olması ilə müşayiət edilir. Yəni mikrob orqanizmdə olduğu zaman ona qarşı immunitet yaranır. Əksinə mikrobun bədəni tərk etməsilə ona qarşı immunitet də yox olur. Bir sıra yoluxucu xəstəliklər tamamilə keçib getdikdən sonra onlara qarşı steril immunitet müşahidə olunmur və ikinci dəfə yoluxmadan həmin xəstəliyə tutulmaq olur. Bəzi xəstəliklərdə immunitet patogen mikrobun bədəndə olması ilə müşayət edilir. Mikrob bədəni tərk etdikdə ona qarşı immunitet də yox olur. Vərəm xəstəliyində olduğu kimi.


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 113-114
630) Vaksin vurmaqla immunitetin hansı növünü yaratmaq olar?
A) Süni passiv

B) Təbii qazanılmış

C) Süni fəal

D) Qeyri-steril immunitet

E) Təbii (növ)

Süni fəal immunitetin əmələ gəlməsində orqanizmin özü də iştirak edir. Belə immunitet patogen mikrobdan və ya onun toksinindən hazırlanmış vaksin ilə peyvənd edildikdən sonra yaranır.


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 112
631) Virulentliyi zəiflədilmiş mikroblardan hazırlanmış vaksinlər necə adlanır?
A) Kimyəvi

B) Ölü


C) Diri

D) Anatoksin

E) Autovaksin

Vaksinlər süni aktiv immunitet yaratmaq üçün preparatdır. Virulentliyi zəifləşdirilmiş törədicilərdən hazırlanmış vaksinlər diri vaksinlərdir.


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 159
632) Mikrobun ekzotoksinini formalin və isti ilə zərərsizləşdirməklə hansı vaksin növü alınıb?
A) Anatoksin

B) Kimyəvi

C) Diri

D) Autovaksin



E) Polivaksin

Fransız alimi Ramon toksinə müəyyən miqdar formalin əlavə edərək 39-400 temperaturda 30-32 gün saxlamışdır. Nəticədə immunogen xassəsini saxlamış zərərsiz preparat-anatoksin almışdır.


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 160
633) Stafilokoklar yaxmada necə yerləşir?
A) Qısa zəncir

B) Topa halında

C) Cüt-cüt

D) Tək-tək

E) Zəncirvari

Stafilokoklar yaxmada topa, üzüm salxımına bənzər formada yerləşir. İrindən, köhnə kulturadan hazırlanmış yaxmalarda, bəzən cüt-cüt, uzun, qısa zəncir şəklində də yerləşir.


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 171
634) Stafilokok infeksiyalarının müayinəsi üçün götürülən irin hansı mühitə əkilir?
A) Yumurta-sarısı duz aqarı

B) Leffler

C) Klauberq

D) Kozein kömür aqarı

E) Ressel mühiti

Müayinə materialı irin olduqda yumurta sarısı-duzlu aqara əkilir.


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 175
635) Düz aqarda əkin nə məqsədlə aparılır?
A) Bakteriyaların antibiotiklərə həssaslığını öyrənmək üçün

B) Morfoloji xüsusiyyətləri öyrənmək üçün

C) Təmiz mikrob əldə etmək

D) Aerob bakteriyaları əkmək üçün

E) Jelatini nə formada əritdiyini müşahidə etmək

Içərisində düz aqar və ya jelatin olan sınaq şüşəsi dibi yuxarı olmaq şərtilə sol məldə tutulur, ucu iynəşəkilli Kolle qələmi içərisində müayinə materialı olan qaba salınır, material götürülür, heç bir yerə toxundurulmadan düz aqarın dibinə qədər qidalı mühitə salınır, həmin xətlə də cəld çıxarılır.


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 76
636) Stafilokok infeksiyaları zamanı müayinə üçün nə götürülür?
A) Onurğa beyni mayesi

B) Su


C) Plevra mayesi

D) Burun-udlaqdan selik

E) İrin
Stafilokok infeksiyaları zamanı müayinə üçün irin götürülür.
Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 174
637) Kokların hansı növünü ayırmaq üçün plazmokoaqulyasiya reaksiyası qoyulur?
A) Stafilokok

B) Meninqokok

C) Pnevmokok

D) Streptokok

E) Qonokok
Əgər stafilokok patogendirsə 2 saat ərzində plazma pıxtalaşır.
Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı.1998. Səh. 173
638) Morfoloji quruluşuna görə streptokoklar nə formadadır?
A) Şara bənzərdir

B) Tetrakokdur

C) Lanset şəkilli diplokokdur

D) Paxlaya oxşar diplokokdur

E) Sarsindir
Streptokoklar dairəvi, şarabənzər formada olan mikroorqanizmlərdir.
Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 176
639) Streptokoklar yaxmada necə yerləşir?
A) Cüt-cüt

B) Topa halında

C) Qısa və uzun zəncir formasında

D) Şam alovuna bənzər

E) Üzüm salxımı formasında

Streptokoklar dairəvi və oval formada olur. Bərk qidalı mühitdə bitmiş kulturadan və irindən hazırlanmış yaxmalarda cüt-cüt və qısa zəncir, maye qidalı mühitlərdə bitmiş kulturadan hazırlanmış yaxmalarda isə uzun zəncir və ya topa şəklində düzülür.


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 176
640) Streptokok infeksiyası zamanı müayinə ücün nə götürülür?
A) Bəlğəm

B) Onurğa beyni mayesi

C) Burundan ifrazat

D) Mədənin yuyuntu suyu

E) Qan
Müayinə üçün qan götürülür, şəkərli bulyona əkilir.
Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 176
641) Streptokoklar hansı xəstəlikləri törədir?
A) Skarlatina

B) Dizenteriya

C) Süzənək

D) Meningit

E) Blennoreya

Streptokokların törətdiyi xəstəlikləri şərti olaraq irinli və irinsiz xəstəliklərə bölmək olar. Irinsiz xəstəliklərə skarlatina aiddir.


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 179
642) Streptokokları yetişdirmək üçün hansı qidalı mühit lazımdır?
A) Kazein-kömür aqarı

B) Yumurta sarısı duz aqarı

C) Klauberq mühiti

D) Qanlı aqar

E) Duzlu aqar

Qanlı aqarda streptokoklar yaxşı inkişaf edir. Buna görə 3 qrupa bölünür: , , qeyri hemolitik streptokoklar.


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 177
643) Morfoloji qurluşuna görə pnevmokoklar nə formadadır?
A) Tetrakok

B) Paxla şəkilli kok

C) Sarsin

D) Lanset şəkilli diplokok

E) Şara bənzər

Pnevmokoklar uzunsov formalı diplokoklardır. Onların bir-birinə baxan ucları girdə, əks ucları şam alovuna, yaxud lansetin ucuna bənzəyir.


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 183
644) Pnevmokoklar yaxmada necə görünür?
A) Topa halında

B) Üzüm salxımı formasında

C) Uzun zəncir formasında

D) Tək-tək

E) Lansetşəkilli diplokok formasında

Qram üsulu ilə boyanmış yaxma mikroskopiya edilir. Preparatda Qram müsbət, lansetşəkilli kapsulalı diplokoklar görünür.


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı.1998. Səh. 175
645) Pnevmokok infeksiyası zamanı müayinə üçün hansı material götürülür?
A) Qusuntu kütləsi

B) Bəlğəm

C) Sidik

D) Onurğa beyni mayesi

E) Mədənin yuyuntu suyu

Müayinə üçün bəlğəm götürülür, yaxma hazırlanır, Qram üsulu ilə boyanır, mikroskopiya edilir. Kapsulanın içərisində cüt-cüt yerləşmiş pnevmokoklar görünür.


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 177
646) Pnevmokoklar hansı xəstəlikləri törədir?
A) Skarlatina

B) Blennoreya

C) Süzənək

D) Krupoz pnevmoniya

E) Dizenteriya

Pnevmokoklar orqanizmə yuxarı tənəffüs yollarından daxil olur. Sonra onlar ağciyərə keçib krupoz pnevmoniyanın inkişafına səbəb olur.


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 185
647) Pnevmokokları yetişdirmək üçün hansı qidalı mühitlərdən istifadə olunur?
A) Duzlu aqar

B) Serumlu aqar

C) Ətli peptonlu bulyon

D) Yumurta sarısı duz aqarı

E) Ətli peptonlu aqar

Müayinə olunan material serumlu aqara əkilir. 370C temperaturda 24-48 saat müddətində pnevmokoklar kiçik, şəffaf koloniyalar əmələ gətirir.


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 184
648) Meninqokokların morfoloji quruluşu necədir?
A) Sarsindir

B) Mikrokokdur

C) Şara bənzərdir

D) Lanset şəkilli diplokoklardır

E) Paxla şəkilli, cüt-cüt yerləşən koklardır

Meninqokoklar böyrək, qəhvə dənəsi və ya paxlaşəkilli, cüt-cüt yerləşən koklardır. Onların basıq tərəfləri bir-birinə, qabarıq səthləri isə əks tərəfə çevrilmişdir.


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 187
649) Meninqokok infeksiyasında xəstəliyin mənbəyi nədir?
A) Gənələr

B) Xəstə adamlar

C) Xəstə heyvanlr

D) Birələr

E) Ağcaqanadlar

Xəstəliyin mənbəyi xəstə uşaqlar, sağlam mikrobgəzdirənlərdir.


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 189
650) Meninqokoklar yaxmada necə yerləşir?
A) Qısa zəncir halında

B) Paxlaya oxşar diplokok halında

C) Üzüm salxımı formasında

D) Tək-tək

E) Topa-topa

Preparatda hüceyrələrin (əsasən leykositlərin) daxilində Qram mənfi paxla şəkilli diplokokların görünməsi diaqnoz qoymağa imkan verir.


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 190
651) Meninqokok infeksiyası zamanı müayinə ücün hansı material götürülür?
A) Mədənin yuyuntu suyu

B) Onurğa beyni mayesi

C) Sidik

D) Bəlğəm

E) Qusuntu kütləsi

Laboratoriya müayinəsi üçün xəstədən əsasən onurğa beyni mayesi götürülür.


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı.1998. Səh. 190
652) Meninqokoklar hansı xəstəlikliyi törədir?
A) Qızıl yel

B) Skarlatina

C) Revmatizm

D) Pnevmoniya

E) Epidemik serebrospinal meningit

Meninqokoklar epidemik serebrospinal meningitin törədiciləridir.


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 189
Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin