Laborant ixtsası üzrə test sualları nümunələri Bölmə Kliniki laborator müayinə üsulları. 1 Laborant nəyi bacarmalıdır?


) Fasiləli sterilizasiya nə məqsədlə aparılır?



Yüklə 1,61 Mb.
səhifə20/26
tarix14.01.2017
ölçüsü1,61 Mb.
#5127
1   ...   16   17   18   19   20   21   22   23   ...   26

765) Fasiləli sterilizasiya nə məqsədlə aparılır?
A) Virusları məhv etmək üçün

B) Dərman maddələrini sterilizasiya etmək üçün

C) Sporları məhv etmək üçün

D) Qidalı mühitləri sterilizasiya etmək üçün

E) Rezindən hazırlanmış ləvazimatı sterilizasiya etmək üçün

Sterilizasiya olunacaq material ya Kox aparatında, ya da avtoklavda yerləşdirilir. Qaynama nəticəsində əmələ gələn buxarda, yəni 1000C material 30 dəqiqə saxlanılır. Bu 30 dəqiqə ərzində mikrobların vegetativ formaları məhv olur, spor formaları sağ qalır. Spor formaların vegetativ formaya çevrilməsi üçün materialı əlverişli şəraitdə 1 gün saxlayır, 2-ci gün yenidən 1000C-də 30 dəqiqə qızdırırlar və bu proses 3 gün təkrar olunur. Tədricən sporlar vegetativ formaya çevrilir və məhv edilir, nəticədə material tam sterilizasiya olunur.


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 59
766) Serodiaqnostika nədir?
A) Xəstənin serumunda anticismin təyini

B) Müayinə materialında antigenin təyini

C) Bakteriyanın təmiz kulturasında antigenin təyini

D) Qan qrupunu təyini

E) İmmunqlobulinlərin təyini

Seroloji müayinə üsulu immun zərdabla immun antigenin spesefik qarşılıqlı təsirinə əsaslanır. İmmunolloji reaksiyalar çox həssas və spesefik olduğundan bu müayinə üsulundan istifadə etdikdə səhvə yol verilmir. Bir sıra yoluxucu xəstəliklər zamanı, birinci həftənin sonunda, bəzən bir qədər gec xəstənin qan zərdabında spesefik immun cismlər əmələ gəlməyə başlayır.


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 132
767) Difteriyalı xəstə şəxsin əsnəyindən müayinə materialı nə ilə götürülür?
A) Taxta çubuqla

B) Alüminium çubuqla

C) Paslanmayan metal məftillə

D) Şüşə çubuqla

E) İynə ilə

Alüminium məftilin ucuna pambıq möhkəm sarılır. Sonra tamponun bir ucuna tıxac bağlanır, sınaq şüşəsinə yerləşdirilir. Paster peçində 1600C 1 saat sterilizasiya olunur. Material ac qarına və ya yeməkdən 2 saat sonra burun və əsnəyin selikli qişasının ifrazatından götürülür.


Ədəbiyyat: Ф.К. Черкес, Л.Б. Богоявленская, Н.А.Бельская Микробиология «Медицина» Москва 1987. Səh. 371
768) Laborattoriya heyvanları üzərində aparılan təcrübələri öyrənmək üçün hansı üsul tətbiq edilir?
A) Dəri allergik

B) Mikroskopik

C) Bakterioloji

D) Bioloji və ya eksperimental üsul

E) Seroloji

Bu üsulla patoloji materialdan alınmış mikrobların patogenliyi, virulentliyi və toksigenliyi öyrənilir. Bu məqsədlə alınmış mikroblar həssas eksperimental heyvanlara yoluxdurulur. Yoluxmuş heyvanlarda infeksion prosesin inkişaf dinamikası müəyyənləşdirilir. Təzə dərman preparatlarının effektliyi də eksperimental heyvanlar üzərində yoxlanılır.


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 9
769) Qanlı aqarda pnevmokok koloniyalarının xarakterik xüsusiyyətləri necədir ?
A) Hemolizsiz zona

B) Sarı piqmentli

C) Yaşıllaşmış zona

D) Selikli zona

E) Hemoliz zona

Materialı qanlı aqara və eyni zamanda şəkərli bulyona əkirlər. Pnevmokokların koloniyaları α-hemolitik yaşıllaşdıran streptokokların koloniyalarını xatırladır, yəni kiçik, zərif, yaşıllaşmış və bir qədər hemoliz olunmuş zona ilə əhatə edilmiş koloniyalar şəklində.


Ədəbiyyat: L.B.Borisovun redaktəsi ilə “Mikrobiologiyadan laboratoriya məşğələlərinə rəhbərlik”. Bakı “Maarif” nəşriyyatı 1984. Səh. 163
770) Autovaksinlər nə deməkdir?
A) Xəstədən alınan və yalnız həmin xəstənin müalicəsi üçün istifadə olunan mikrob

B) Bir sıra bakteriyaların kimyəvi parçalanma məhsulları

C) Natrium xlorid məhlulunda öldürülmüş mikrobların suspenziyası

D) Toksinə az miqdarda formalinin əlavə edilməsi

E) Virulentliyi kəskin zəiflədilmiş mikrobların ştamı

Autovaksinlər vaksinlərin xüsusi növü olub, bakterioloji laboratoriyalarda xəstələrdən alınmış mikroblardan hazırlanır. Autovaksin ancaq həmin xəstənin müalicəsi üçün tətbiq edilir. Autovaksinlərdən ən çox xroniki gedişə malik infeksiyaların (stafilokok, qonokok və s. infeksiyaların) müalicəsində istifadə edilir. .


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 166
771) Aşağıdakılardan hansı O-antigenə aiddir?
A) Termostabildir, lipopolisaxariddir

B) Karbohidratdır

C) Termostabildir, zülaldır

D) Termolabildir

E) Lipopolisaxariddir

O-antigen mikrob hüceyrəsinin hüceyrə divarı ilə əlaqədardır. Qram mənfi bakteriyalarda tapılan somatik “O” antigeni, onların endotoksinlərdən ibarətdir. Termostabildir, spirt və formalinlə işlədikdə dağılmır. .


Ədəbiyyat: Ф.К. Черкес, Л.Б. Богоявленская, Н.А.Бельская Микробиология «Медицина» Москва 1987. Səh. 190
772) Yaxmalar –izlər nədən hazırlanır?
A) Qandan

B) Qida məhsullarından

C) Nəcisdən

D) Bəlğəmdən

E) Sidiydən

Müxtəlid qida məhsullarından-ət, kolbasa və s. steril skalpellə kəsib atır, sonra həmin sahədən azacıq kəsib yağsızlaşdırılmış əşya şüşəsi üzərinə qoyur, yavaşca basır, yaxud üstündən ikinci bir əşya şüşəsi qoyurlar, toxuma əzilir. Beləliklə, hər iki əşya şüşəsi üzərində yaxma alınır.


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 20
773) Nikiforov qarışığı ilə aparılan fiksasiya hansı növə aiddir?
A) İmmunoloji

B) Bioloji

C) Bakterioloji

D) Fiziki

E) Kimyəvi

Qan yaxmaları, basma yaxmalar kimyəvi üsulla fiksasiya edilir. Nikiforov qarışığında (etil spirti ilə efirin bərabər miqdarda qarışığı) 10 dəqiqə fiksasiya edilir. Kimyəvi üsulla fiksasiya zamanı formalı elementlərin deformasiyasının qarşısı alınır.


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 21
774) Vezuvin hansı rəngli boyaqlara aiddir?
A) Qara

B) Qırmızı

C) Yaşıl

D) Sarı qəhvəyi

E) Göy

Vezuvin qələvi rənglərə aiddir. Təcrübədə ən çox qələvi rənglər işlənir, çünki mikrob hüceyrəsi tərkibcə nüvə maddələrinə daha yaxındır, ona görə də qələvi rəngləri yaxşı qəbul edir. Bunlardan üç növ rəng məhlulları hazırlanır: 1) doymuş spirtli məhlul, 2) doymuş sulu məhlul, 3) doymuş spirtli sulu məhlul


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 22
775) Qidalı mühitlərin sterilizasiyası üçün ən geniş yayılan hansı üsuldan istifadə edilir?
A) Pasterizə etmək

B) Qızdırmaq

C) Quru siti

D) Qaynatma

E) Avtoklavlaşdırma

Hazırlanmış qidalı mühitlər (məsələn: ətli peptonlu aqar) sınaq şüşələrinə, butulkalara, flakonlara qıf vasitəsilə tökülür. 1200 C temperaturda 15-20 dəqiqə müddətində avtoklavda sterilizasiya edilir.


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 67
776) Təmiz mikrob kulturasının əldə edilməsinin ən geniş yayılan üsulu hansıdır ?
A) Qratsiya

B) Kağız disklər

C) Appelman

D) Asılan damla

E) Driqalski

Bu üsulla işləmək üçün içərisində qidalı mühit olan üç steril Petri kasası götürülür. 1-ci kasaya steril pipetka və ya Kolle qələmi ilə müayinə materiallarından bir damla əlavə edilir. Sonra steril şpatellə kasaya yayılır, şpatel heç yerə toxundurulmadan 2-ci və 3-cü kasalardakı qidalı mühitə əkilir. Kasalar 18-24 saat müddətində 370 C temperaturda termostatda saxlanılır. Əkilmiş Petri kasaları termostatdan çıxarılır, bakteriyaların kultural xüsusiyyətləri nəzərdən keçirilir. Bu zaman kasalarda müxtəlif rəngdə, forma və böyüklükdə mikrob koloniyaları görünür.


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 80
777) İçərisində əkin olan Petri kasası nə üçün termostatda tərsinə çevrilib qoyulur?
A) Mikrobun yetişməsini sürətləndirmək üçün

B) Bakteriyaları diri halda öyrənmək üçün

C) Mikrobları məhv etmək üçün

D) Təmiz kultura almaq üçün

E) Kondensasiya suyunun koloniyaların üzərinə tökülməsinin qarşısını almaq üçün

İçərisində əkin aparılan Petri kasaları tərsinə çevrilərək, yəni dibi yuxarı baxmaq şərti ilə 18-24 saat müddətində 370 C temperaturda termostatda saxlanılır. Kasaları tərsinə qoymaqda məqsəd əmələ gələcək kondensasiya suyunun bitəcək koloniyalar üzərinə damcılamasının qarşısını almaqdır,həm də kasanın qapağı onun özündən böyük olduğundan ehtiyatsızlıq nəticəsində kasa düşüb sına bilər.


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 81
778) Mikrobların tinktorial xüsusiyyəti dedikdə nə nəzərdə tutulur?
A) Mikrobun identifikasiyası

B) Mikrobların rəng məhlullarına münasibəti

C) Xarici mühitə davamlılığı

D) Qaynatmağa münasibəti

E) Temperatura münasibəti

Mikrobların rəng məhlullarına münasibəti tinkttorial xüsusiyyət adlanır. Mikrobların rənglənməsi mürəkkəb fiziki-kimyəvi prosesdir. Rəng məhlulu ilə mikrob hüceyrəsinin qarşılıqlı təsiri nəticəsində duzlar əmələ gəlir ki, bu da rənglənmənin davamlı olmasını təmin edir.


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 23
779) Süzmə yolu ilə nəyi sterilizə etmək olar?
A) Meyvə şirələrini

B) Şprisləri

C) Maye halında olan qidalı mühitləri

D) Bərk qidalı mühitləri

E) Südü

Maye halında olan bir çox dərman maddələrinin, qidalı mühitlərin və s. sterilizasiyasında yüksək temperatur tətbiq etmək olmur. Yüksək temperatur həmin maddələrin keyfiyyətinin dəyişməsinə səbəb olur. Bu qrup maye halında olan maddələri xüsusi süzgəclərdən süzmə yolu ilə sterilizasiya edirlər.


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 59
780) Bu mühitlərdən hansı sadə qidalı mühitlərə aiddir ?
A) Kozein kömür aqarı

B) Levin mühiti

C) Ətli-peptonlu aqar

D) Rappoport mühiti

E) Qliserinli kartoflu aqar

Sadə qidalı mühitlərdə mikroorqanizmlərin əksəriyyəti bitdiyi üçün onlardan geniş istifadə edilir.


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 65
781) Bu mühitlərdən hansı mürəkkəb qidalı mühitlərə aiddir ?
A) Ətli peptonlu aqar

B) Qliserinli kartoflu aqar

C) Ətli-peptonlu jelatin

D) Ətli-peptonlu bulyon

E) Peptonlu aqar

Sintetik qidalı mühitlərdən başqa, bütün qidalı mühitlərin əsasını adi qidalı mühitlər təşkil edir. Hazırlanmış ətli-peptonlu bulyonun üzərinə müvafiq maddələr əlavə etməklə mürəkkəb qidalı mühitlər əldə edilir.


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 65
782) Seroloji reaksiyalar xəstəliyin neçənci günündə qoyulur?
A) Xəstəliyin 3-cü həftəsində

B) Xəstəliyin 1-2-ci günündə

C) Xəstəliyin 5-ci həftəsində

D) Xəstəliyin 1-5-ci günündə

E) Xəstəliyin 2-ci həftəsində

Bir sıra yoluxucu xəstəliklər zamanı, xəstəliyin 2-ci həftəsindən xəstənin qan zərdabında spesefik immun cisimlər əmələ gəlməyə başlayır. Əgər xəstəliyin törədicilərini sınaq şüşəsində belə qan zərdabı ilə qarışdırılıb 2 saat 370C-də, termostatda və 24 saat otaq temperaturunda saxlasaq, onda mikroblar bir-birinə yapışaraq sınaq şüşəsinin dibinə çökər.


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 132
783) Mikroorqanizlər üçün optimal pH hansıdır?
A) 9.1-10

B) 8.1-9.0

C) 7.2-7.4

D) 7.8-8.0

E) 6.8-7.8

Mühitin reaksiyası ondakı hidrogen və hidrooksid ionlarının miqdarından asılıdır. Bu ionların miqdarı bir-birinə bərabər olduqda mühitin reaksiyası neytral olur. Hidrogen ionlarının miqdarı azaldıqda, mühit qələvi olur, ona görə də, mayedə hidrogen ionları konsentrasiyasının göstəricisi simvolik olaraq pH kimi qeyd edilir.


Ədəbiyyat: Ф.К. Черкес, Л.Б. Богоявленская, Н.А.Бельская Микробиология «Медицина» Москва 1987. Səh. 95
784) Yaxmaların qurudulması harada aparılır?
A) Günəş şüası altında

B) Paster peçində

C) Kox aparatında

D) Avtoklavda

E) Otaq temperaturunda havada

Hazırlanmış yaxmalar otaq temperaturunda havada qurudulur.


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 20
785) Şüşə qabları sterilizasiyaya necə hazırlayırlar?
A) Qaynadılır, qurudulur

B) Qurudulur

C) Yuyulur, silinir

D) Yuyulur, qurudulur, kağıza bükülür

E) Silinir

Laboratoriyada işlənən qablar (Petr kasaları, kolbalar, sınaq şöşələri, Paster və dərəcələnmiş pipetkalar və s.) əvvəlcə təmiz yuyulur, qurudulur, sonra kağıza bükülür. Petr kasaları tək-tək ya da iki-iki kağıza bükülür. Sınaq şüşələri və kolbaların ağzına tıxac taxılır. Kağız bükülməmiş pipetkalar xüsusi penallara yığılır.


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 54
786) Kəskin süzənəyin diaqnozunda hansı müayinə üsulundan istifadə edilir?
A) Bioloji

B) Mikroskopik

C) Mikrobioloji

D) Seroloji

E) Allergik

Kəskin süzənək zamanı xəstəliyə diaqnoz qoymaq üçün sidik kanalından, sidik çöküntüsündən material götürülür, yaxma hazırlanır, metilen abısı və Qram üsulu ilə rənglənir. Metilen abısı ilə rənglənmiş yaxmada qonokoklar tünd göy rəngdə leykositlərin daxilində görünür, Qram üsulunda isə Qram mənfi aypara kürəcikləri görünməsi xəstəliyin süzənək olduğunu təsdiq edir.


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 180
787) Morfoloji quruluşuna görə stafilokoklar nə formadadır?
A) Lanset şəkilli diplokokdur

B) Üzüm salxımına bənzərdir

C) Tetrakokdur

D) Paxlaya oxşar diplokokdur

E) Sarsindir

Stafilakoklar kürə şəkilli bakteriyalardır. Yaxmada üzüm salxımına bənzər formada yerləşir.


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 171
788) Difteriyanın profilaktikasında immunlaşdırma üçün hansı vaksindən istifadə olunur?
A) Serumlu preparat

B) AGDT


C) BCJ

D) Elbert-Qaysk diri vaksini

E) Autovaksin

Spesifik profilaktika aktiv immunlaşdırma yolu ilə aparılır. Bu məqsədlə adsorbsiya edilmiş difteriya-göyöskürək-tetanus (AGDT) vaksinindən istifadə edilir.

Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya” Bakı.1995. Səh. 295
789) Vərəmin spesifik profilaktikasında hansı vaksındən istifadə edilir?
A) Autovaksin

B) BCJ


C) Elbert-Qaysk

D) Poliomielit vaksini

E) AGDT

1921-ci ildə fransız alimləri Kalmet və Geren tərəfindən alınmışdır. Vərəmin spesifik aktiv profilaktikası üçün dəri daxilinə yeritməklə tətbiq edilir.


Ədəbiyyat: Ф.К. Черкес, Л.Б. Богоявленская, Н.А.Бельская. «Микробиология» «Медицина» Москва. 1987. Səh. 380
790) Bakterial ilgəklər necə sterilizasiya olunur?
A) Qaynatmaqla

B) Termostatda saxlanmaqla

C) Spirt və ya qaz lampası alovunda

D) Quru isti ilə

E) Buxarla

Alovda bakterioloji iynələri, ilgəkləri, pinsetləri və digər əşyaları sterilizasiya edirlər. Sterilizasiyanın bu növü çox sürətli və əlverişlidir. Əvvəlcə ilgək alovun açağı nisbətən soyuq hissəsinə daxi edilib qızdırılır. Belə halda yoluxucu material ətrafa sıçramır. Sonra ilgək alovun hərarətinin ən yüksək hissəsində közərənə qədər qızdırılır. Ilgəyin tutulan hissəsi də alovdan keçirilir. Bu əməliyyat 5-8 saniyə ərzində başa çatır.


.
Ədəbiyyat: Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 52
791) Pipetkaların yuxarı ucuna nə üçün pambıq taxılır?
A) Pipetka steril qalsın

B) Pipetkanın içindəki material qurumasın

C) Təkrar istifadə etmək olsun

D) Material ağıza daxil olmasın

E) Pipetka sınmasın

Paster və dərəcələnmiş pipetkalar quru qızmış hava ilə sterilizasiya edilir. Pipetkalar 4-5sm enində uzun kağıza bükülür. Pipetkaların yuxarı ucuna pambıq tıxanır ki,yoluxucu material ağıza daxil olmasın.


Ədəbiyyat: Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 54
792) Romanovski – Gimza boyağının tərkibi nədən ibarətdir?
A) Metilen abısı

B) Azur, eozin və metilen abısı

C) Qliserin

D) Gensian violet

E) Spirt

Romanovski – Gimza boyağı metilen abısından, eozindən və azurdan ibarətdir. Yaxmanın üzərinə 10-20 dəqiqə müddətinə boyağın işçi məhlulunu (1ml distillə olunmuş suya 2 damcı boyaq) tökürlər. Sonra preparat su ilə yuyulur və havada qurudulur.


Ədəbiyyat: Ədəbiyyat: L.B.Borisovun redaktəsi ilə “Mikrobiologiyadan laboratoriya məşğələlərinə rəhbərlik”. 1984. “Maarif” nəşriyyatı. Səh. 42
793) Nikiforov məhlulunun tərkibi nədən ibarətdir?
A) Etil spirti ilə efirin bərabər miqdarda qarışığı

B) Əsası fuksin

C) Qliserin

D) Kalium yod

E) Distillə suyu

Nikiforov qarışığının tərkibi etil spirti ilə efirin bərabər miqdarda qarışığından ibarətdir. Kimyəvi üsulla fiksasiyada Nikiforov qarışığından istifadə olunur.


Ədəbiyyat: Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 21
794) Sinev kağızından hansı boyama üsulunda istifadə edilir?
A) Neysser

B) Ojeşko

C) Sil-Nilsen

D) Hins-Burri

E) Qram

Alim Sinev Qram üsulunu bir qədər dəyişmişdir. Yaxmanın üzərinə əvvəlcədən gensian-violet hopdurulmuş və qurudulmuş filtr kağızı qoyulur və üzərinə 2-3 damla su damızdırılır. Qalan işlər Qram üsulundakı kimi aparılır. Sinev üsulunda həm yaxma yaxşı rənglənir, həm də çöküntü olmur.


Ədəbiyyat: Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 32
795) Sinev üsulunda filtr kağızına hansı boyaq hopdurulur?
A) Spirt

B) Lüqol məhlulu

C) Pfeyffer fuksini

D) Gensian-violet

E) Metilen göyü
Filtr kağızına gensian-violet boyağı hopdurulur və qurudulur. Əvvəlcədən gensian-violet hopdurulmuş və qurudulmuş filtr kağızı qoyulur.
Ədəbiyyat: Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 32
796) Anaerob bakteriyaları hansı cihazlarda yetişdirmək olar?
A) Stasionar anaerostatda

B) Paster peçində

C) Soyuducuda

D) Avtoklavda

E) Kox aparatında

Petr kasalarına tökülmüş bərk qidalı mühitin səthində olan əkin anaerostatda becərilir. Aparatın temperaturu 370C-yə çatdırıldıqdan sonra əkin aparılmış qidalı mühit anaerostatda yerləşdirilir. Əkin 48 saat inkubasiya edilir. Anaerostatlarda ancaq bərk qidalı mühit becərilir.


Ədəbiyyat: Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 87
797) Anaerob bakteriyaları becərmək üçün anaerob şərait necə yaradılır?
A) Mühitə qan əlavə olunur

B) Qidalı mühitin daxilindən oksigen çıxarılmalıdır

C) Qidalı mühitə oksigen əlavə olunmalıdır

D) Qidalı mühitə vitaminlər əlavə olunur

E) Mühit olduğu kimi qalır

Əkindən əvvəl havanı çıxarmaq məqsədilə mühit 10-15 dəqiqə qaynadılır və tez soyudulur, bundan sonra mühit üzərinə steril vazelin yağı əlavə olunur.


Ədəbiyyat: Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 86

Bölmə 4.Histologiya, histolojı texnikanın və patolojı sitologiyanın əsasları.

798) Canlı orqanizmin ən xırda vahidi nədir?
A) Liflər

B) Miofibrillər

C) Toxuma

D) Hüceyrə

E) Tonofibrillər

Canlı orqanizmin ən xırda vahidi hüceyrədir. Hüceyrə orqanizmin quruluş, funksional inkişaf və irsiyyət vahididir.


Ədəbiyyat: О.В.Волкова, Ю.К.Елецкий. Основы гистологии с гистологической техникой.1982 səh 12-13 B.Qorxmazov, S.Əliyev. Histologiya. 1995 səh 9-10
799) Hüceyrənin əsas hissələri hansılardır?
A) Vokuolalar, ribosom, mitoxondrialar

B) Piqment, vokuolalar

C) Nüvə, lizasom, piqment

D) Qlaf, nüvə, sitoplazma

E) Plastidlər, sitoplazma, nüvəcik

Hüceyrə - üzvi aləmin tarixi inkişaf prosesində meydana çıxmış, sitoplazma və nüvə qişadan ibarət, öz-özünü tənzim edən və özü kimi strukturlar yaratmağa qabil olan canlı sistemdir.


Ədəbiyyat: О.В.Волкова, Ю.К.Елецкий. Основы гистологии с гистологической техникой.1982 səh 12 B.Qorxmazov, S.Əliyev. Histologiya. 1995 səh 9
800) Hüceyrənin qlafı neçə qatdan ibarətdir?
A) 1 qatdan

B) 3 qatdan

C) 5 qatdan

D) 4 qatdan

E) 2 qatdan

Bitki hüceyrələrindən fərqli olaraq, heyvan hüceyrələrinin qlafı nazik və elastik olur və 3 qatdan ibarətdir – daxili, orta, xarici qat (elektron mikroskopla baxdıqda). Daxili və xarici qat tünd, orta qat isə şəffaf, rəngsiz görünür. Daxili və xarici qat zülallardan, orta qat isə lipidlərdən ibarətdir.


Ədəbiyyat: M.Abdullayev, H.Abiyev. Ümumi histologiya.1975 səh 28-29 О.В.Волкова, Ю.К.Елецкий. Основы гистологии с гистологической техникой.1982 səh 16
801) Hüceyrənin qlafının hansı qatı lipidlərdən təşkil olunub?
A) Selikli

B) Daxili

C) Xariçi

D) Xarici və daxili

E) Orta

Daxili və xarici qat tünd, orta qat isə şəffaf, rəngsiz görünür. Daxili və xarici qat zülallardan, orta qat isə lipidlərdən ibarətdir.


Ədəbiyyat: M.Abdullayev, H.Abiyev. Ümumi histologiya.1975 səh 28-29 О.В.Волкова, Ю.К.Елецкий. Основы гистологии с гистологической техникой.1982 səh 16-17
802) Hüceyrə qlafının neçə qatı zülallardan təşkil olunub?
A) Xarici, orta qatı

B) Orta əzələ qatı

C) Orta və daxili qat

D) Daxili və xarici

E) Daxili özlikli qat

Daxili və xarici qat tünd, orta qat isə şəffaf, rəngsiz görünür. Daxili və xarici qat zülallardan, orta qat isə lipidlərdən ibarətdir.


Ədəbiyyat: M.Abdullayev, H.Abiyev. Ümumi histologiya.1975 səh 28-29 О.В.Волкова, Ю.К.Елецкий. Основы гистологии с гистологической техникой.1982 səh 16
803) Sitoplazmanın neçə faizini su təşkil edir?
A) 90

B) 70


C) 60

D) 100


E) 80

Sitoplazmanın 90%-ni su, 10%-ni üzvi və qeyri-üzvi maddələr təşkil edir (7% - üzvi maddələr karbohidratlar, yağlar, zülallar, 3% - isə qeyri-üzvi maddələr).


Ədəbiyyat: О.В.Волкова, Ю.К.Елецкий. Основы гистологии с гистологической техникой.1982 səh 17-18 B.Qorxmazov, S.Əliyev. Histologiya. 1995 səh 10-11
804) Üzvi maddələr sitoplazmanın neçə faizini təşkil edir?
A) 5%

B) 7%


C) 15%

D) 20%


E) 10%

Sitoplazmanın 90%-ni su, 10%-ni üzvi və qeyri-üzvi maddələr təşkil edir (7% - üzvi maddələr karbohidratlar, yağlar, zülallar, 3% - isə qeyri-üzvi maddələr). Sitoplazmada zülallar, fermentlər və müxtəlif duzlar: kalsium, fosfor, kalium, kükürd, natrium və s. maddələr vardır.


Ədəbiyyat: О.В.Волкова, Ю.К.Елецкий. Основы гистологии с гистологической техникой.1982 səh 17 B.Qorxmazov, S.Əliyev. Histologiya. 1995 səh 11, 23
Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin