390) Maddələrin qarışığını ayırmaq üçün hansı üsuldan istifadə olunur?
A) Elektroforez
B) Nüvə maqnit rezonans
C) Yandırılma
D) Toxuma kəsiklərinin müayinəsi
E) Elektron mikroskopiya
Maddələrin qarışığını ayırmaq üçün hidroliz, elektroforez, xromatoqrafiya üsullarından istifadə olunur. Elektroforez üsulu maddələrin yükü olan molekullarının elektrik sahəsində müxtəlif sürətlə hərəkət etdiklərinə əsaslanır. Bu üsulla qanda olan zülalları fraksiyalara ayırırlar.
Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.20
391) Maddənin quruluşunun öyrənilməsində istifadə olunan üsul hansıdır?
A) İzotop
B) Nüvə maqnit rezonans
C) Ultrasentrifuqalaşdırma
D) Yandırılma
E) Elektroforez
Elmi məqsədlərlə maddələrin strukturunu öyrənməyə imkan verən bir çox üsullar var. Onlara nüvə maqnit rezonans, elektron paramaqnit rezonans, elektron mikroskopiya və s. aiddir.
Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.21
392) Hüceyrə səviyyəsində mübadilə proseslərini öyrənmək üçün hansı üsuldan istifadə edilir?
A) Elektroforez
B) Angiostomiya
C) İzotop
D) Spektral
E) Homogenizasiya
Hüceyrə səviyyəsində mübadilə proseslərini öyrənmək üçün hüceyrələrin homogenizasiya (xırdalamaq) üsulundan istifadə edirlər. Bu zaman hüceyrələri əhatə edən mühitə yeridilmiş maddələrin çevrilmələrini tədqiq edirlər.
Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.17
393) Angiostomiya üsulunun köməyi ilə mübadilə prosesləri hansı səviyyədə öyrənilir?
A) Ayrıca orqan
B) Ayrıca maddə
C) Bütün orqanizm
D) Toxuma
E) Hüceyrə
Mübadilə proseslərini tək bir orqan səviyyəsində öyrənmək üçün angiostomiya üsulundan istifadə edirlər. Bu zaman tədqiq olunan orqanın damarları üzə çıxardılır və oradan axan qanda qan axımına yeridilmiş maddələri və onların çevrilmə məhsullarını təyin edirlər.
Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.17
Dostları ilə paylaş: |