Home, End, PgUp, PgDn, klavişləri idarəetmə klavişləri adlanır. Bu klavişlərin basılması kursorun müvafiq istiqamətdə yerdəyişməsini və ya ekranda təsvir olunan mətnin “vərəqlənməsi”ni həyata keçirir.
NumLock (rəqəm rejimi) klavişi klaviaturanın sağ tərəfində yerləşən Home, End, PgUp, PgDn, Del, İns klavişlərinin basılması zamanı 1-9, 0 və nöqtə simvolunun daxil edilməsi rejimini açıb-bağlamaq üçün istifadə olunur.
F1 ... F12 funksional klavişlər adlanır və xüsusi əməliyyatları yerinə yetirmək üçün istifadə olunur.
Ctrl və Alt klavişləri Shift klavişi kimi xüsusi klavişlər olub digər klavişlərin funksiyalarını dəyişdirmək üçün istifadə olunur. Ctrl və Alt klavişləri digər klavişlər ilə birgə istifadə olunur və icra olunan proqram bu klavişlərin basılmasına məxsusi reaksiya verə bilər.
Shift + PrtScr - ekrandakı informasiyanı printerdə çap etmək üçün istifadə olunur.
Ctrl + Alt + Del – Əməliyyat sistemini yenidən yükləmək və ya Məsələlər dispetçerini ekrana çağırmaq üçün nəzərdə tutulmuşdur.
YOXLAMA SUALLARI Fərdi kompüterin əsas hissələri hansılardır?
Fərdi kompüterin mikroprossessorunun funksiyası nədir?
Fərdi kompüterdə hansı şinlər var?
Fərdi kompüterin yaddaş qurğuları hansılardır?
Fərdi kompüterdə Keş yaddaş nə üçün nəzərdə tutulmuşdur?
Fərdi kompüterdə BİOS nə üçün istifadə olunur?
Fərdi kompüterin giriş-çıxış qurğularına misal göstərin.
Klaviaturada klavişlər və onların funksiyasını sadalayın.