Лабораторийа иши №1



Yüklə 0,57 Mb.
səhifə8/10
tarix02.01.2022
ölçüsü0,57 Mb.
#39683
1   2   3   4   5   6   7   8   9   10
Lab 1 IKT

Modem (modulyator – demodulyator) – əlaqə kanallarının (telefon xətləri, radio kanal və s.) köməyi ilə məlumatları uzaq məsafələrə ötürmək və qəbul etmək üçün istifadə olunan qurğudur. Konstruktiv olaraq modemlər iki formada olur: daxilixarici. Daxili modemlər ana plata üzərində olan sistem şinə qoşulur. Xarici modemlər isə ardıcıl COM, USB portuna qoşulur. Xarici modemlərin qiyməti nisbətən baha olur və fərdi kompüterə rahat qoşulur. Məlumatı ötürmə sürəti 56 Kbit/san ÷ 2 Mbit/san qədər olur. Modem qurğusunun koməyi ilə istifadəçilərin kompüterləri kompüter şəbəkəsinə (İnternet) qoşulur.

Klaviatura–kompüterə məlumatı daxil edən əsas xarici qurğulardan biri hesab olunur. Klaviaturanın köməyi ilə kompüterə istənilən simvolları (rəqəm, hərf, və s.) daxil etmək mümkündür

Klaviaturanın köməyi ilə monitorun kursorunu ekranın istənilən nöqtəsinə aparmaq və ekranda olan məlumatı printerə göndərmək mümkündür. Ümumiyyətlə, klaviaturada 102/104 klaviş (düymə) olur.

İBM PC klaviaturasında latın hərflərinin yerləşməsi ingilis çap maşınında, rus hərflərinin (kirill əlifbası) yerləşməsi isə rus çap maşınında olduğu kimidir. Azərbaycan hərfləri latın qrafikası ilə bağlı ingilis hərf düzümünə müvafiq yerləşdirilmişdir.

Shift klavişi xüsusi simvolları daxil etmək, eyni zamanda yuxarı registrdə olan hərfləri daxil etmək üçün istifadə olunur.

Caps Lock böyük hərflərlə yazma rejiminə keçid klavişidir.


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin