Laboratoriya iŞİ №1 C++ MÜHİTİNDƏ ekranin idarə ediLMƏSİ VƏ proqramin hazirlanmasi prosesi


Verilənlərin tipləri və dəyişənlər



Yüklə 79,11 Kb.
səhifə3/3
tarix16.03.2022
ölçüsü79,11 Kb.
#53847
1   2   3
LABORATORİYA İŞİ-1-C-nin interfeysi

Verilənlərin tipləri və dəyişənlər

Verilənlərin emalı üçün onları yaddaşda saxlamaq lazımdır. Özü də, onlara hər hansı üsullarla müraciət etmək lazımdır. Adətən, insanlar bir-birinə adı ilə müraciət edirlər. Həmin üsuldan proqramlaşdırmada da istifadə olunur: yaddaşın hər xanasına (və ya bir neçə xanaya) xüsusi ad verilir. Bu addan istifadə edərək xanadan məlumatları oxumaq və yeni məlumatları yazmaq olar.

Kompüter yaddaşında müəyyən məlumatları özündə saxlayan adlı xanaya dəyişən deyilir. Proqramın yerinə yetirilm əsi zamanı dəyişənin qiyməti dəyişə bilər. Xanaya yeni qiymət yazılarkən köhnə qiymət silinir.

Kompüter üçün yaddaşda olan bütün verilənlər - ədədlərdir (daha doğrusu, sıfırlar və birlərdir). Buna baxmayaraq məlumdur ki, kompüter tam ədədləri və kəsirləri fərqli üsullarla emal edir. Buna görə də hər proqramlaşdırma dilində verilənlərin müxtəlif tipləri var və onların emalı üçün müxtəlif üsullardan istifadə edilir. Məsələn:

Tam dəyişənlər – int tipi (ing. Integer – tam). Bu tip dəyişənlər yaddaşda 4 bayt yer tuturlar;

Həqiqi dəyişənlər – float tipi (ing. Floating point – sürüşən nöqtə);

Simvollar – char tipi (ing. Character – simvol). Bu tip dəyişənlər yaddaşda 1 bayt yer tuturlar.

Proqramda istifadə olunan bütün dəyişənləri elan etmək lazımdır. Kompüterə bildirmək lazımdır ki, yaddaşda həmin dəyişənə lazımı ölçüdə yer ayırsın və onu adlandırsın. Adətən, dəyişənləri proqramın əvvəlində elan edirlər. Dəyişən adı kimi identifikatordan istifadə edilir. Dəyişənin ala biləcəyi qiymətlər çoxluğu, adətən onunla eyni tipli olan sabitlər çoxluğu ilə üst-üstə düşür. Elan üçün əvvəlcə tipin adı (int, float və ya char), sonra isə vergüllə ayrılmış bütün dəyişənlərin adları yazılmalıdır. Lazım gələrsə elan zamanı dəyişənə başlanğıc qiymət də vermək olar. Əgər dəyişənə heç bir qiymət verilmirsə, onda onun qiyməti qeyri müəyyən olur, yəni həmin xanada əvvəl yerləşən qiymət olur (“zibil”).

Yuxarıda təyin etdiyimiz sabitlərə dəyişənlər uyğun gəlir. Beləliklə, həqiqi, tam, simvol tipli dəyişənlər daxil edilir. Qeyd edək ki, simvol (char tiplər bəzən tam tiplərə aid edilir. Tam və həqiqi tiplər hesabi tiplər qəbul edilir. Hesabi tip (simvol tip də daxil olmaqla) skalyar tiplərin xüsusi halıdır. Skalyar tiplərə hesabi tiplərdən başqa göstəricilər, istinadlar və sadalanmalar da aiddir. Dəyişənlər təsvirlərin və təyin etmələrin köməyi ilə tiplərə ayrılır. Təsvirdən fərqli olaraq təyin etmələr obyekti (məsələn, dəyişən) daxil etməklə yanaşı, onun üçün yaddaşda yer ayrılması haqqında kompilyatora göstəriş verir. Əsas tip dəyişənlərin təsvir və təyin etmələri üçün aşağıdakı işçi sözlərdən istifadə edilir:


  1. short (qısa tam)

  2. long (uzun tam)

  3. double (ikiqat dəqiqlikli həqiqi)

  4. void (qiymətin verilməməsi)

Dəyişənlərin təyini zamanı onlara başlanğıc qiymətlər də vermək olar. Məsələn, int x=5; double pi=3,1415926535897932385; char n1=\n; long f1=OL: və s. Tipin ifadəsində eyni zamanda bir neçə işçi sözdən istifadə etmək olar. Məsələn, long double z,s; təyini yüksək dəqiqlikli həqiqi tip z və s dəyişənlərini daxil edir, lakin onlara aşkar formada qiymət mənimsətmir. Təsvirdə eyni zamanda bir neçə dəyişən adı vermək olar. Məsələn, int x, t, z; char a, b, c; və s.

Hesabi və ya simvol tipli dəyişənlərin təsvirində onların dəyişmə diapazonunu dəqiq təyin etmək üçün unsigned (işarəsiz) və singned (işarəli) işçi sözlərindən istifadə olunur. Məsələn,

unsigned int i, j, k; (qiymət 0-65535 aralığındadır),

unsigned long L, M, N; (qiymət 0-4294967295 aralığındadır).

unsigned char c, s; (qiymət 0-255 aralığındadır);

Tiplərin təyinində int, char, short, long işçi sözləri signed int, signed char, signed short, signed long sözləri ilə ekvivalentdirlər. Buna görə də təyin və təsvirlərdə signed sözü adətən istifadə edilmir. Yalnız unsigned sözünün verilməsi unsigned int sözünə ekvivalentdir.



Misallar.

int a; //tam a dəyişəni üçün yaddaş ayırmaq

float b, c; //iki həqiqi tipli b və c dəyişənləri

int k=12; //üç tam dəyişəni,

// k dəyişəni 12 qiyməti yazılır

float x=4.56, y, z; // üç həqiqi tipli dəyişəni

// x dəyişənə 4.56 ədədi yazılır

char c, c2='A', m; // üç simvol tipli dəyişəni

// c2 dəyişənə ‘A’ simvolu yazılır
Yüklə 79,11 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin