C++ dilində proqramın strukturu
C ++ dilində sadə proqram nümunəsi:
main ()
{
}
Bu proqram cəmi 8 simvoldan ibarətdir. Əsas proqram həmişə main adlanır (diqqətli olun – C++ dili böyük və kiçik hərfləri fərqləndirir və C++ dilində bütün standart operatorlar kiçik hərflərlə yazılır). Boş mötərizələr o deməkdir ki, main funksiyasının parametrləri yoxdur. Proqramın gövdəsi fiqurlu mötərizələr ({… }) içində yazılır. Belə ki, yuxarıdakı misalda mötərizələr içində heç nə yazılmayıb, bu o deməkdir ki, bu proqram heç bir iş görmür. Bu proqramı kompilyasiya edib, ondan icra olunan exe-faylı almaq olar.
Standart funksiyalardan istifadə etmək üçün bu funksiyanı translyatora tanıtdırmaq lazımdır. Yəni o, bilməlidir ki, funksiyanın adı və parametri düz yazılıb, ya yox. Bu o deməkdir ki, proqrama funksiyanın təsvirini daxil etmək lazımdır. C dilində standart funksiyaların təsviri *.h genişlənməsi olan başlıq fayllarda (ing. header file) saxlanılır (DevC++ proqramı üçün C:\Dev-Cpp\include qovluğunda).
Başlıq faylların qoşulması üçün preprosessorun #include direktivindən (göstərişindən) istifadə olunur. Faylın adı künclü mötərizələr (<...> ) arasında yazılır. Künclü mötərizələr içində boşluq olmamalıdır. Hər yeni başlıq faylın qoşulması üçün yeni #include direktivdən istifadə etmək lazımdır. Məsələn:
#include
burada faylın adı-bu və ya digər standart funksiyalar qrupunun prototiplərindən ibarət mətn faylının adıdır.
Məsələn: #include – əmri ilə proqrama verilənlərin giriş-çıxışını təmin edən funksiyaların kitabxana siniflərinin təsviri daxil edilir, #include – əmri isə riyazi funksiyalardan istifadəni təmin edir. Bütün başlıq fayılları h(ingiliscə header sözündən) ad genişlənməsinə malikdir.
Ümumiyyətlə, C++ dilində aşağıdakı başlıq faylları mövcuddur: alloc.h, complex.h, conio.h, constrea.h, float.h, fstream.h, graphics.h, io.h, iomanip.h. iostream.h, limits.h, strstroa.h, string.h, stdio.h, math.h, mem.h, procoss.h., signa.h, stdarg.h, stdlib.h, sys/stat.h, typeinfo.h, new.h.
Dostları ilə paylaş: |