Laboratoriya Işi №5
Mövzu: Təhsil nazirliyinin saytı ilə tanışlıq layihəsi
Məqsəd: Təhsil sistemində həyata keçirilən islahatlar və
yeniliklər haqqında məlumatlanmaq
Azərbaycan Respublikası Təhsil Nazirliyinin yeni İnternet saytı azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir Məzmun, dizayn və funksionallıq baxımından müvafiqtələblərə cavab verir. Saytda dövlətin təhsil siyasətinə uyğun olaraq, təhsil sahəsinin müxtəlif istiqamətləri üzrə görülən işləri əks etdirən məlumatlar verilir. İnternet saytında Təhsil Nazirliyi rəhbərliyinin qəbul günləri, nazirliksistemində fəaliyyət göstərən 4 "Qaynar xətt" xidməti, nazirliyin struktur rəhbərlərinin əlaqə telefonları və elektron poçt ünvanları qeyd olunub. Qanunvericilik bölməsində Azərbaycan Respublikasının Konstitusiyası, ölkə Prezidentinin fərman və sərəncamları, Nazirlər Kabinetinin qərarları,"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu, əsasnamə, əmr, təlimat və qaydalar, təhsil sahəsinə dair normativ- hüquqi sənədlər geniş yer alıb. İqtisadiyyatın beynəlxalq rəqabətqabiliyyətliliyini təmin edən insan kapitalının formalaşdırılması milli təhsil sisteminin, o cümlədən bu sistemin lokomotivi rolunu oynayan ali təhsilin əsaslı şəkildə modernləşdirilməsini tələb edir. Ali təhsilin modernləşdirilməsi isə, öz növbəsində, ölkənin hər bir vətəndaşının sürətlə dəyişən müasir texnologiyaları çevik mənimsəməsi və inkişaf etdirməsinə, ətraf mühitə münasibətdə sağlam mövqe tutmasına, vətəndaş mövqeyinin formalaşmasına və beləliklə, sosial rifahının daha da yaxşılaşmasına əhəmiyyətli dərəcədə təsir edir.Təhsilə əsaslanan insan kapitalı ölkə üçün ən qiymətli resurs olmaqla, təbii sərvətlər və maliyyə resurslarından daha əhəmiyyətlidir. Yüksək təhsilli insanlar cəmiyyətdə nüfuzlu şəxslər kimi qəbul olunduğundan
onların digərlərinə təsir imkanları daha çox olur. Belə insanlar ətrafdakılar üçün təhsillənməyə, sağlam həyat tərzi keçirməyə, milli-mənəvi dəyərlərə yiyələnməyə, bir sözlə, inkişafa yönəlmək baxımından nümunə rolunu oynayır. Obrazlı desək, yüksək təhsilli insanlar tərbiyə məktəbidir, onlar öz biliyi və davranışı ilə daha nümunəvi həmkar, ailə üzvü, valideyn və sivil vətəndaşdır. Təcrübə göstərir ki, təhsilin inkişafı cəmiyyətdə siyasi, sosial sabitliyin təmin edilməsində mühüm rol oynayır.
Yüksək təhsilli insanlar siyasi həyatda daha sağlam, daha konstruktiv mövqe tutur, asanlıqla konsensus əldə etməklə münaqişələri daha asan həll edirlər. Təhsilsiz və ya aşağı təhsilli insanlar
isə vətəndaş mövqeyini dərindən dərk etmədiklərindən asanlıqla ayrı-ayrı qrup maraqlarının alətinə çevrilirlər. Ümumi təhsilin məzmunu, monitorinq və qiymətləndirmə, dərslik siyasəti, peşə təhsili müəssisələri və ixtisasları, ali və orta ixtisas təhsili, bu sahədə aparılan yeniliklər barədə saytdan ətraflı məlumat almaq mümkündür. Saytdabeynəlxalq əməkdaşlıq, strateji təhlil və kadrların idarəolunması, təhsil sistemində elm, akkreditasiya və nostrifikasiya qaydaları, məktəbdənkənar təlim və tərbiyə, təhsilin iqtisadiyyatı, dövlət proqramları, layihələr, təhsilinidarəolunmasının məlumat sistemləri, məktəbəqədər təhsil və digər bölmələr verilib.Saytla tanış olan istifadəçilər ümummilli liderimiz Heydər Əliyevin (www.heydaraliyev.org), Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin (www.president.az) geniş fəaliyyətinin və Heydər ƏliyevFondunun gördüyü mühüm işlərin əks olunduğu (www.heydaraliyevfoundation.org) İnternet saytlarına keçid edə bilərlər. Saytda "Azərbaycan Prezidentinin məktəblilər üçün internet səhifəsi" (www.mektebli.president.az), "Xaricdə təhsidə " Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı" (www.vet.edu.gov.az) və digər banerlər yerləşdirilib. Sayt istifadəçiləri "Kurikulum" (www.kurikulum.az) və "Təhsil" (www.portal.edu.az) portallarının banerlərindən də bəhrələnə bilərlər. Bu banerlər vasitəsilə ölkəmizdə təhsilin müxtəlif sahələrinə dair ətraflı məlumatlar almaq mümkündür. Bundan əlavə,saytda yeni tikilən məktəblərə və yeni dərsliklərə aid fotoqalereya öz əksini tapıb. "Elektron kitabxana" bölməsində "Prezident İlham Əliyev və Azərbaycanda təhsilin inkişafı (2003-2008-ci illər)" kitabı, "Açıq dərs"bölməsində isə nümunəvi müəllimlərin kurikulum üzrə tədris etdikləri elektron dərslər yerləşdirilib. Onu da qeyd edək ki, saytda istifadə rahatlığı baxımından ən çox müraciət olunan bölmələr ana səhifədə cəmləşdirilib. Saytda orta ümumtəhsil məktəblərinin buraxılış sinifləri üzrə mərkəzləşdirilmiş qaydada keçirilən imtahanların,"Müəllimlərin işə qəbulu üzrə müsabiqə" səhifəsində ümumtəhsil məktəblərində vakant yerlərə qəbulun nəticələri yerləşdirilir. Nəticələrin elan olunduğu zamanlar gün ərzində 50 mindən çox istifadəçi sayta daxil olaraq heç bir məhdudiyyətsiz məlumat əldə edə bilir. Hazırda Azərbaycanın təhsil sistemində genişmiqyaslı islahatlar həyata keçirilir. Burada əsas məqsəd təhsilimizin keyfiyyətini artırmaq və təhsildə Qərb standartlarının tətbiqinə nail olmaqdır. O da məlumdur ki, Azərbaycan Boloniya prosesinə qoşulub və bu istiqamətdə mühüm tədbirlər görülməkdədir. Ali təhsilin bakalavr pilləsi üçün Nazirlər Kabineti tərəfindən yeni İxtisaslar Reyestri təsdiq olunub. Magistratura pilləsi üçün ixtisaslaşmalar siyahısı təsdiq üçün təqdim edilib. Artıq Azərbaycanın bütün ali məktəblərində və orta təhsil müəssisələrində kredit sisteminə keçid baş tutub. Tələbənin qiymətləndirilməsində imtahanda verdiyi cavabla yanaşı semestr ərzində topladığı ballar da nəzərə alınır. Bu isə tələbənin dərs prosesində fəallığını və məsuliyyətini artırır. Təhsildə şəffaflığın təmin olunması baxımından bu, olduqca əhəmiyyətlidir. Təhsil Nazirliyinin Əsasnaməsində Kredit sistemində imtahanların hamısının yazılı üsulla aparılması nəzərdə tutulub. Bu isə subyektivliyin aradan qalxmasına, tələbənin biliyinin daha düzgün qiymətləndirilməsinə, şəffaflığın tam təmin olunmasına imkan yaradır. Kredit sistemində hər bir tələbə fərdi plan əsasında təhsil alır və fərdi planın tərtib edilməsində tələbənin öz seçimi də nəzərə alınır. Bu isə məsuliyyətin artmasına səbəb olmalıdır. Gələcəkdə isə bu əlaqələr tələbə və müəllim mübadiləsinə geniş imkanlar yaradacaq.
Son illər ərzində təhsil sahəsinə ayrılan böyük vəsaitlər hesabına bütün tədris müəssisələrinin maddi texniki təminatı xeyli dərəcədə yaxşılaşıb.. Bütün ali məktəblərin müasir texnika və avadanlıqla təchiz olunması üçün xeyli iş görülüb. Təhsildə İKT-nin imkanlarından geniş istifadə olunur, kompüter biliklərinin təkmilləşdirilməsi, tələbə-müəllim heyətinin kompüter biliklərinə yiyələnməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilir. Azərbaycanın ümumtəhsil məktəblərində şagird nailiyyətlərinin qiymətləndirilməsi üçün dəqiq qiymətləndirmə standartlarının olması, şagird nəticələrinin obyektiv qiymətləndirilməsi, müasir qiymətləndirmə metodlarından istifadəyə geniş yer verilməsi, qiymətləndirmə nəticələrinin təhlilinin, müvafiq hesabatların aparılması mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycanın təhsil sistemində son illər həyata keçirilməyə başlanmış islahatlar sayəsində müəyyən uğurlu nəticələr əldə edilib. Təhsil sahəsində həyata keçirilən qiymətləndirmə siyasətinin əsas istiqamətləri ölkənin ümumtəhsil sistemində beynəlxalq, milli və məktəbdaxili qiymətləndirmə sisteminin hazırlanması və həyata keçirilməsini təmin etməkdən ibarətdir. Ölkənin təhsil sistemində həyata keçirilən islahatların nəticəsi olaraq azərbaycanlı mütəxəssislər tərəfindən ABŞ-ın və Avropanın inkişaf etmiş dövlətlərinin qiymətləndirmə sahəsində təcrübəsi öyrənilib, milli xüsusiyyətlərimizə uyğun araşdırmalar aparılıb, “Azərbaycan Respublikasının ümumtəhsil sistemində qiymətləndirmə Konsepsiyası” hazırlanaraq təsdiq edilib. “Ümumtəhsil məktəblərində, peşə liseylərində buraxılış imtahanları və şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında Qaydalar” hazırlanaraq istifadə üçün yerli təhsil orqanlarına, məktəb direktorlarına çatdırılıb və Azərbaycanın ümumtəhsil məktəblərində kurikulum tətbiq olunan siniflər üçün məktəbdaxili qiymətləndirmənin aparılması qaydaları hazırlanıb və pedaqoji ictimaiyyətə təqdim edilib.
Dostları ilə paylaş: |