Laboratoriya Işi №1 Mövzu: İnformasiya texnologiyaları anlayışı



Yüklə 5,74 Mb.
səhifə53/67
tarix21.12.2023
ölçüsü5,74 Mb.
#188936
1   ...   49   50   51   52   53   54   55   56   ...   67
informatika lab.isi

Laboratoriya Işi №3
Mövzu: Kompyuter və təhsil. Təhsildə İKT-nin tətbiqi.
Elektron təhsil
Məqsəd: Müasir texnologiyaların təhsilə təsirini göstərməsi

Bu gün Azərbaycan regionda və eləcə də dünyada əsas neft-qaz istehsalçısı kimi göstərilsə də, qeyri-neft sektorunun inkişafı və məlum sahənin payının ÜDM-də artırılması əsas prioritet məsələlərdəndir. Bu gün aparılan iqtisadi islahatlar nəticəsində qeyri-neft sektoru daha da inkişaf etdirilməkdədir. Təkcə 2009-cu il ərzində İKT və poçt sektorunda əldə olunan gəlirlərin həcmi əvvəlki illə müqayisədə 13,6% artaraq 1081,2 milyon manat təşkil edib. Müqayisə üçün bildirək ki, bu artım tempi ilə ölkəmiz dünya üzrə İKT-nin 2009-cu ildəki 6,5%-lik artım tempini 2 dəfə qabaqlayıb. 


Azərbaycanda təhsilin bu günkü vəziyyəti yeni təhsil texnologiyalarının tətbiq edilməsini qaçılmaz edir. Ən azından ölkənin orta məktəblərində bu sahədə fəaliyyət göstərəcək müəllim qıtlığı hiss olunur. Ümumtəhsil məktəblərində ilkin peşə ixtisası “İnformatika müəllimi” olan 1600 müəllim fəaliyyət göstərir. Halbuki araşdırmalara əsasən bu peşə sahiblərinə olan real tələbat təqribən 10 min nəfərə yaxındır. Bundan əlavə, İKT-nin inkişafı və müxtəlif fənn müəllimlərinin onlardan tədris prosesində istifadəsi komputer siniflərinin bu prosesə hazırlığını tələb edir. Komputer sinfində lazımi proqram təminatının yüklənməsi, müəllimlərə kömək etmək üçün köməkçi heyətin olması zərurəti yaranır. Bu baxımdan dinamik inkişaf edən Azərbaycanda təhsil sisteminə İKT-nın tətbiqi ön plana keçib. Bu gün qloballaşan dünyada ölkələrin rəqabət qabiliyyəti ilk növbədə onların İKT-dan səmərəli istifadəsi ilə müəyyənləşir. İKT-nin təhsildə tətbiqi və inteqrasiyası Azərbaycan vətəndaşlarının müasir biliklərə və bacarıqlara malik yeni nəslin formalaşmasına birbaşa təsir məsələsidir. Son illər təhsil sistemində İKT infrastrukturunun inkişafı və təhsildə İKT-nin tətbiqinin dünya standartları səviyyəsinə çatdırılması ölkəmizdə prioritet mövzulardan biridir. 
Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədov bildirir ki, ölkədə müasir texnologiyaların təhsildə tətbiqində əsasən Avropanın bu sahədə inkişaf etmiş dövlətlərinin təcrübəsindən istifadə olunur. Müasir təlim metodlarından istifadə sinif mühitində dəyişiklik etməyə və müəllimlə şagird, şagirdlər, habelə məktəblə ev arasında baş verən qarşılıqlı əlaqələr qurmağa imkan yaradır.

Yüklə 5,74 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin