Laboratoriya Işi №1 Mövzu: İnformasiya texnologiyaları anlayışı



Yüklə 5,74 Mb.
səhifə49/67
tarix21.12.2023
ölçüsü5,74 Mb.
#188936
1   ...   45   46   47   48   49   50   51   52   ...   67
informatika lab.isi

Laboratoriya Işi №2
Mövzu: Elmi fantastika kimi səslənən bəzi son texnoloji
naliyyətlər ideyalarının siyahısının tərtib edilməsi
və bu yeni ideyaların həyatımıza təsiri haqqında
hesabatın hazırlanması

Məqsəd: Bu gün insan həyatının bütün sahələrində “Səhnəarxası”
olsa da istifadə olunmasının qeyd edilməsi.

Laboratoriya Işi №2
Mövzu: Elmi fantastika kimi səslənən bəzi son texnoloji
naliyyətlər ideyalarının siyahısının tərtib edilməsi
və bu yeni ideyaların həyatımıza təsiri haqqında
hesabatın hazırlanması

Məqsəd: Bu gün insan həyatının bütün sahələrində “Səhnəarxası”
olsa da istifadə olunmasının qeyd edilməsi.

Laboratoriya Işi №3
Mövzu: Kompyuter və təhsil. Təhsildə İKT-nin tətbiqi.
Elektron təhsil
Məqsəd: Müasir texnologiyaların təhsilə təsirini göstərməsi

Müasir dövrdə İKT-nin inkişaf etdirilməsi hər bir ölkənin intellektual və elmi potensialının vacib göstəricilərindən biridir və bu prosesin zəruriliyi indiki qloballaşma dövründə daha çox hiss olunur. Bu texnologiyaların sürətli inkişafı və yayılması bəşəriyyətin inkişafı üçün geniş imkanlar yaradır. 
Azərbaycan Respublikasında da informasion cəmiyyətin qurulması və kompüterləşmə sahəsində ciddi, uğurlu addımlar atılmışdır. Bu sahədə həyata keçirilən dövlət siyasətinin ümdə vəzifələrdən biri İKT-nin cəmiyyətin müxtəlif sahələrində, xüsusilə də təhsil sistemində geniş tətbiq edilməsi məsələsidir.
İKT-nin təhsildə tətbiqi Azərbaycan vətəndaşlarının müasir biliklərə və bacarıqlara malik olan yeni nəslinin formalaşmasına birbaşa təsir edən yüksək mahiyyətli məsələdir. Məhz bu səbəbdən son illər təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi və təhsildə İKT-nin tətbiqinin dünya standartları səviyyəsinə çatdırılması ölkəmizdə prioritet istiqamətlərdən biri olub. Bunun üçün son illər dövlət tərəfindən təhsil sistemində İKT-nin tətbiqi sahəsində müxtəlif layihə və tədbirlər həyata keçirilməkdədir. Bu müstəvidə icra olunan fəaliyyətlər təhsil sahəsində aparılan islahatların çox vacib mərhələlərindən biri hesab edilən təhsil ocaqlarında İKT infrastrukturunun qurulmasına yönəlib. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev tərəfindən İKT-nin 2012-ci illərə qədər cəmiyyətin müxtəlif sahələrində tətbiqi ilə bağlı “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya” (2003-2012-ci illər)” adlı sənəd qəbul edilmişdir. Həmin siyasi kursun davamı olaraq Prezident İlham Əliyev tərəfindən də ölkəmizdə informasiya cəmiyyətinin artıq praktiki müstəvidə, bir konkret fəaliyyət planı çərçivəsində icra olunması üçün müəyyən tədbirlər həyata keçirilir. Təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi və İKT-nin tətbiqinin dünya standartları səviyyəsinə çatdırılmasının bu sistemin inkişafında prioritet istiqamətlərdən biridir. Hazırda Respublikamızda bütün sahələrdə, xüsusilə də təhsil sistemində mütəxəssislərin informasiya və kommunikasiya texnologiyaları (İKT) ilə işləmək və onlardan düzgün istifadə etmək bacarığına çox böyük önəm verilir. İKT biliyinə mükəmməl yiyələnməyin ən yaxşı yolu isə, təbii ki, orta məktəbdən başladığı üçün bu sahədə həyata keçirilən siyasətin mühüm xüsusiyyətlərindən biridir. Hal-hazırda Azərbaycanda təhsildə İKT-nin tətbiqi öz inkişafının başlanğıc dövrünü yaşayır. Bununla belə, artıq 1999-cu ildən etibarən ölkənin təhsil sisteminin təkmilləşdirilməsinə yönələn islahatlara təkan verilib və bu islahatların istiqamətlərindən biri də təhsildə informasiyalaşdırma olub. Eyni zamanda İKT-dən istifadə edilməsi sahəsində son bir neçə ildə bir sıra beynəlxalq və yerli qurumlar tərəfindən də bu istiqamətdə pilot səviyyəsində müxtəlif işlər görülüb. Dünya Bankının maliyyə dəstəyi ilə Təhsil Sektorunun İnkişafı Layihəsi (2003-2007-ci illər) çərçivəsində təhsilin informasiyalaşdırılması istiqamətində bir sıra mühüm addımlar atılıb.
Prezident İlham Əliyev tərəfindən 2004-cü ilin avqustunda imzalanan “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)” ilə bu proses sistemli olaraq başlanılıb. Hazırda ümumtəhsil məktəblərində informasiyalaşdırılma məhz bu proqrama uyğun şəkildə həyata keçirilir. Qeyd etmək lazımdır ki, bu proqram çərçivəsində təhsilin bütövlükdə informasiyalaşdırılmasından daha çox məktəblərin kompüterləşdirilməsinə diqqət yetirilib.
“Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)”nın icrası ilə bağlı aşağıdakı işlər görülmüşdür: 2005-ci ildə respublikanın 228 ümumtəhsil məktəbi 5725 müasir kompüterlə, stol və stullarla, 402 printer və UPS ilə təchiz edilmiş, 402 şəbəkə qurulmuşdur. 
2006-cı ildə 740 məktəbə (Naxçıvan Muxtar Respublikasını çıxmaq şərti ilə) 10908 kompüter, stol və stul, 628 printer və UPS verilmiş və 628 sinifdə şəbəkə quraşdırılmışdır. Proqrama müvafiq olaraq, 2005-2006-cı illərdə Bakı və Sumqayıtın bütün məktəbləri, ümumilikdə isə respublikanın 1174 məktəbi 19000-ə qədər kompüter və digər İKT avadanlığı ilə təchiz olunub, 437 məktəbə noutbuk və proyektor verilib. 2007-ci ildə də 2000-dən artıq məktəbə 11000-ə qədər kompüterin, 400-ə qədər məktəbə noutbuk və proyektorların verilməsi nəzərdə tutulub. Azərbaycanda bir sıtra özəl və qeyri-kommersiya qurumları tərəfindən elektron dərsliklərin hazırlanması sahəsində müəyyən işlər görülüb.
“Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)”nın icra planında yeni nəsil tədris materiallarının nəşri ilə bağlı bölmə də vardır. Bu bölmədə yeni nəsil tədris materiallarının tərtibatı və hazırlanması, yayılması, tətbiqi mexanizmləri öz əksini tapmışdır. Hal-hazırda Proqram çərçivəsində dörd fənn üzrə – Azərbaycan tarixi, Fizika, Biologiya və Kimya fənləri üzrə elektron dərsliklər hazırlanıb və onlar məktəblərə paylanır. Hazırda təhsil sistemində aparılan informasiyalaşdırma prosesi bir sıra ciddi problemləri üzə çıxarıb. 
1. Mövcud idarəetmə strukturunun yetərli olmamağı. Təhsil Nazirliyində bu sahənin gücləndirilməsinə yönələn struktur dəyişikliyinin vacibliyi. Regionlarda təhsilin informasiyalaşdırılması ilə bilavasitə məşğul olan strukturların olmaması. Regionlarda İnformasiya-Metodiki Mərkəzlərin yaradılmaması.
2. Pedaqoji və rəhbər kadrların İKT üzrə qeyri-qənaətbəxş hazırlığı. Müəllimlərdə kompüterlə işləmək vərdişlərinin formalaşdırılması, bu istiqamətdə onlarla treninqlərin keçirilməsi ləng aparılır. Kompüterlərin proqram təminatının sürətlə dəyişməsi onlarla işləyəcək kadrların daha sürətlə yetişdirilməsini zəruri edir.
3. Bu günə qədər Azərbaycanda İKT sahəsi üzrə vahid stabil terminologiyanın işlənib hazırlanmaması.
4. Elektron tədris vəsaitlərinin ləng hazırlanması və məktəblərə çatdırılmaması. Fənlərin çoxunu tədris etmək üçün milli elektron vasitələrinin azlığı və ya yoxluğu. Tədrisdə istifadə üçün müxtəlif fənlər üzrə rəqəmsal məhsulların olmaması. Elektron metodiki vəsaitlərin sifariş olunmaması. Bütün bunlar mövcud avadanlığın tədris prosesinə inteqrasiyası prosesinin qarşısını alır.
5. Məktəblərin İnternetə qoşulmasının təhsil müəssisələrinin kompüterləşdirilməsi ilə paralel aparılmaması. Eyni zamanda təhsil sahəsi ilə əlaqəli internet resurslar da formalaşdırılmayıb. 
6. Mövcud kompüter siniflərindən effektiv istifadə olunmaması. 
7. Məktəblərə verilən avadanlıqla bağlı standartların və kompüter siniflərinə qoyulan tələblərin hazırlanmaması.
8. Avadanlığın, elektron tədris vəsaitlərinin dövlət satınalınmasında sərbəst və azad rəqabət mühitinin formalaşmaması. Bu cür rəqabət mühitinin olmamağı alınan məhsulların keyfiyyətinə də ciddi təsir göstərir.
9. Çevik servis infrastrukturunun qurulmamağı və məktəblərdə avadanlığın vaxtından əvvəl sıradan çıxması.
10. Hüquqi-normativ bazanın, elmi-metodiki bazanın yetərincə formalaşdırılmaması. Təhsildə İKT-nin tətbiqi ilə bağlı mövcud hüquqi bazanın yeniləşdirilməsi və müasir tələblərə adaptasiya olunmasına az diqqət yetirilməsi. 
11. İKT-nin təhsildə qısa müddətdə və geniş tətbiqinə nail olmaq üçün güclü vasitə olan stimullaşdırma və motivasiya elementlərinin olmaması.
12. İdarəetmə üzrə, informasiya resursları üzrə Vahid informasiya sisteminin yaradılmamağı. (Hansı funksiyanı yerinə yetirən?)
13. Əksər hallarda İKT avadanlıqlarından istifadə ilə bağlı məktəb rəhbərliyinin ifrat məsuliyyətli yanaşma tərzi.
14. İKT –dən istifadənin üstünlükləri və imkanları ilə bağlı məlumatlandırma işinin yetərincə olmamağı.


Yüklə 5,74 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin