Laboratoriya Işi №2
Mövzu: Elmi fantastika kimi səslənən bəzi son texnoloji
naliyyətlər ideyalarının siyahısının tərtib edilməsi
və bu yeni ideyaların həyatımıza təsiri haqqında
hesabatın hazırlanması
Məqsəd: Bu gün insan həyatının bütün sahələrində “Səhnəarxası”
Nanotexnologiya – atom və molekullarla manipulyasiya edərək yeni keyfiyyətli materialların alınmasını və bu materiallardan istifadə edərək nanoölçülü maşın və mexanizmlərin, robotların, kompyuter çiplərinin, elektronika avadanlıqlarının, optik çihazların, sensorların, ətraf mühitin kimyəvi və fiziki təmizləyicilərinin, canlı orqanizmlərə maddələrin, o cümlədən dərman preparatlarının daşınmasını həyata keçirən qurğuların yaradılmasını nəzərdə tutur. Nanotexnologiya sadəcə nanoölçülü hissəciklərin, materialların, məhsulların texnologiyası deyil. Bu texnologiya kimya və materiallar, yeyinti və biotexnologiya, elektronika və materiallar sənayesini, elmin və texnikanın bir çox sahələrini əhatə edən son dərəcə incə bir texnologiyadır. İnsan fəaliyyətinin elə bir sahəsi yoxdur ki, orada nanaotexnologiyanim nailiyyətlərindən istifadə edilməsin və ya edilməsi nəzərdə tutulmasın. Nanotexnologiyanın imkanları həddən artıq genişdir. Odur ki, bu texnologiya əsasında yaradılan məhsulların miqdarı və növləri çox böyük sürətlə artmaqdadır. Nanotexnologiyada araşdırmalar fizika və kimya elminin bazasına əsaslanaraq aparılır. Bu elmlərin metodlarını və naliyyətlərini tətbiq etməklə atom və molekullarla manipulyasiya edərək çox kiçik ölçülü, yüksək dərəcədə aktiv materiallar alırlar. Ənənəvi sənaye texnologiyalarında tərkibindən lazım olmayan maddələri təmizləməklə, istənilən xammaldan verilmiş struktura uyğun material və qurğular hazırlanır. Bu prosesdə maksimum bir mikron tərtibində ölçüsü olan materiallar hazırlamaq mümkündür. Lakin nanotexnologiya ilə hazırlanmış material və strukturların həm ölçüsünu və həm də fiziki – kimyəvi xaraketristikalarını əvvəlcədən proqramlaşdırmaqla almaq olur. Hal-hazırda dünyanın bir çox ölkələri (xüsusilə, ABŞ, Yaponiya, Çin, Avropa birliyi ölkələri) bu texnologiyanın böyük imkanlara malik olduğunu anlayaraq bu sahəyə küllü miqdarda maddi vəsait cəlb etməklə xeyli nailiyyətlər qazanmışlar. Onu qeyd etmək kifayətdir ki, bütün dünya üzrə, nanotexnologiya sahəsində son on ildə alınan patentlərin sayı və eləcə də bu sahəyə ayrılan pul vəsaitlərinin miqdarı eksponensial qanunla artır. İndi insan fəaliyyətinin elə bir sahəsi yoxdur ki, orada nanotexnologiyanı tətbiq etmək mümkün olmasın. Nanomateriallar yüksək keyfiyyətli paltar, geyim əşyaları, inşaat materialları, qablaşdırma və daşınma avadanlıqları, çox möhkəm metal məmulatları, keyfiyyətli kosmetika, proqramlaşdırılmış qida məhsulları, yüksək dərəcədə aktiv bioloji və kimyəvi katalizatorlar, dərman preparatlarının daşıyıcıları və nəhayət tibbi əhəmiyyətli sensor maddələr deməkdir. Dünyanın yaranmasından (Biq-Bang nəzəriyyəsinə görə) 300 000 il sonra kainat yalnız nanohissəciklərdən ibarət olmuşdur.
Nanotexnologiyalar milli iqtisadiyyatların rəqabətqabiliyyətliliyinin artırılması, sosial və ekoloji problemlərin həlli sferasında yeni imkanlar açırlar. Bunun üçün isə ilk növbədə, elmi potensialın zənginləşdirilməsi, təhsil sisteminin təkmilləşdirilməsi və adekvat olan insan kapitalının formalaşdırılması gərəkliyi ortaya çıxır. Azərbaycan Respublikası nanotexnologiyaların inkişaf etdirilməsi üçün zəruri olan bu üç təməl imkanlara malikdir. Ölkənin maliyyə gücü müsaidə edir ki, çox tezliklə respublikada nanotexnoloji industriya formalaşdırılsın. Bunun üçün isə öncə nanotexnologiyalar üzrə dövlət proqramının qəbul edilməsi vacib sayılır. Eyni zamanda, respublika nanoməkanını koordinasiya edəcək müvafiq mərkəzin də yaradılması ehtiyaclıdır. Belə bir nanoməkanı isə aidiyyəti olan nazirliklərin və özəl sektorun maliyyə dəstəyi, Milli Elmlər Akademiyasının, sahə institutlarının və universitetlərin elmi potensialı və qeyri-hökumət təşkilatlarının birgə səyləri ilə tənzimlənməsi daha səmərəli olacaqdır. 2017-ci ilin sonunda dünyada ilk dəfə olaraq Hollandiyada plastik yolun istifadəyə verilməsi nəzərdə tutulur. Avtomobil yolu asfalt kimi ağırlığa davam gətirə biləcək xüsusi modullardan hazırlanacaq. Ənənəvi yol örtüyü ilə müqayisədə, daşınması asan olan plastik modullar daha az çəkiyə malikdir, torpaq isə çökməyə az meyillidir. Xidmət müddətini bitirdikdən sonra modulları yenidən emal etmək və istifadəyə vermək mümkün olacaq. Britaniyalı Deniyel Edvards tərəfindən plastik butulkaları mürəkkəb kimi istifadə edən Renegade adlı qələm ixtira edilib. Dəstə qələmlə yanaşı, plastik butulkaları 3-12 millimetr endə zolaqlara bölən qurğu da daxildir. Doğranmış lentlər qələmin daxilinə yerləşdirilir və orada qızdırılaraq əridilir. Qələmin daxilindəki temperaturu nizamlayaraq 50 dərəcədən 320 Selsi dərəcəyə qədər artırmaq olar. 3D qələmdə konusvari ekstruder tətbiq edilib. Qələmin tətbiqində PET-butulkalarla yanaşı, polilaktid, ABS-plastik, neylon, termoplastik elastomer, HIPS-plastik və digər materiallardan da istifadə etmək mümkündür.Alış-veriş etmək üçün ödəniş kartına artıq ehtiyac olmayacaq. Yaponiyanın “Sumitomo Mitsui Financial Group” (SMFG) adlı maliyyə qrupu alış-verişin ödənişi üçün sifətin tanınması texnologiyasını sınaqdan keçirməyi planlaşdırır. Müştərinin sifətinin biometriyası qeydiyyat məlumatlarına bağlanacaq. Beləliklə, plastik kartdan istifadə etmədən alış-verişin haqqını ödəmək mümkün olacaq.Bundan başqa, Yaponiyada alış-verişin ödənişi üçün barmaq izinin skan edilməsi texnologiyasını tətbiq etməyi düşünürlər.ABŞ-ın Baltimor şəhərinin limanında zibilyığan robot üzür. Yuxarı hissəsində yerləşdirilmiş günəş batareyalarının enerjisindən istifadə edən və dəniz axınlarının gücü sayəsində dəyirmana bənzəyən çarxlarını fırladan bu kiçik gəmi şəhərdən axan çayın okeana apardığı tullantıları süzür.Tullantılar gündə bir dəfə emal edilərək yandırılmağa və ya zibilliyə göndərilir.Ötən il ərzində robot vasitəsilə 118 670 plastik butulka və 2,6 milyon kötük toplanıb. Bəzi qiymətləndirmələrə əsasən, hazırda okeanlarda təxminən 270 min ton ağırlığında müxtəlif plastik tullantı var. Massaçusets Texnologiya İnstitutunun tədqiqatçıları terrorçular tərəfindən istifadə edilən partlayış təhlükəli kimyəvi maddələrin aşkarlanması üçün qeyri-adi layihə təqdim ediblər.Onlar adi ispanaq əsasında detektor yaradaraq bitkiyə karbon nanoborular və sensorlar quraşdırıblar. Sensorlar nitroaromatik birləşmələrə reaksiya verməyə uyğunlaşdırılıb. Karbon nanoborular isə daim siqnal ötürür.Qrunt sularında hər hansı təhlükəli birləşmə aşkar olunarsa, 10 dəqiqə sonra yarpaqlara çatır və verilən siqnal dəyişir. Təhlükəli birləşmə Raspberry Pi mikrokompüterinə qoşulmuş kiçik infraqırmızı kameranın köməyilə aşkar edilmiş ola bilər. İstehsalçıların sözlərinə görə, onu adi smartfon kamerası vasitəsilə görmək mümkün olacaq. Fransanın NewWind şirkəti zəif külək əsdikdə belə elektrik enerjisi istehsal edə bilən süni ağac hazırlayıb. Hər biri 100 Vt-dək elektrik enerjisi istehsal edən 54 “aeroyarpaq”la təchiz edilmiş ağacın illik məhsuldarlığı təxminən 5,4 MVt təşkil edir.Bundan başqa, süni ağacın dizaynı adi yel dəyirmanı ilə müqayisədə daha cəlbedicidir.Artıq Almaniya, İsveçrə və Fransada bir neçə nümunə quraşdırılıb. Sifarişçi qismində bələdiyyələr və kommersiya təşkilatları çıxış ediblər. Süni ağacın qiyməti 55 350 ABŞ dolları təşkil edir.2018-ci ilədək fərdi istehlakçılar üçün süni ağacın kiçik modeli hazırlanacaq.Külək enerjisindən istifadə bütün dünya üzrə bərpa olunan enerjiyə keçidin ən populyar üsullarından birinə çevrilir.
Dostları ilə paylaş: |