Laboratoriya Işi №1 Mövzu: İnformasiya texnologiyaları anlayışı



Yüklə 5,74 Mb.
səhifə47/67
tarix21.12.2023
ölçüsü5,74 Mb.
#188936
1   ...   43   44   45   46   47   48   49   50   ...   67
informatika lab.isi

Laboratoriya Işi №2
Mövzu: Elmi fantastika kimi səslənən bəzi son texnoloji
naliyyətlər ideyalarının siyahısının tərtib edilməsi
və bu yeni ideyaların həyatımıza təsiri haqqında
hesabatın hazırlanması

Məqsəd: Bu gün insan həyatının bütün sahələrində “Səhnəarxası”
olsa da istifadə olunmasının qeyd edilməsi.

Bu gün insan həyatının, demək olar ki, bütün sahələrində kompyuterlər “səhnəarxası” olsa da fəaliyyət gostərir. Kompyuter proqramları təhlukəli hava şəraitini qabaqcadan xəbər verməyə və insanlara yaxınlaşan fırtınadan vaxtında xəbər tutub qorunmağa imkan verir. Elektron qurğular əlillərə başqaları ilə əlaqə yaratmağa və öz fəaliyyət sahələrini genişləndirməyə komək edir. Məsələn, TDD (Telecom mu ni ca tions device for the deaf – karlar üçün telekommunikasiya qurğusu) texnologiyası eşitmə qüsuru olan insanlara telefondan istifadə etməyə imkan verir, “ağıllı” avtobuslar ayaq yerlərini endirməklə əlillərə avtobusa minməyə komək edir. Radio, televizor, kompyuter, mobil telefonlar və digər elektron qurğulardan istifadə edən hər bir şəxsin aldığı informasiya gunbəgun çoxalır. Əslində, informasiya bizim qəbul edəcəyi mizdən daha surətlə artır. İnformasiya və kəşf lər insanların həyat şəraitinin yaxşılaşmasına təsir gostərir. Verilən proqnozlara gorə insanlar getdikcə ən ağır xəstəlikləri də müalicə edəcək və omurlərini daha çox uzatmağa nail olacaqlar. Lakin bütün bu dəyişikliklərin bəşəriyyətə mənfi təsirlərindən də danışanlar var. Bəziləri hesab edir ki, texnologiyalar dünyanı insanların nəzarətindən çıxararaq öz nəzarətləri altına alır. Ona gorə də insanlar getdikcə murəkkəbləşən dünyamızdan daha sadə və daha sakit həyat tərzinə qayıtmaq istəyir. Cəmiyyətin daha sadə həyata qayıtma zərurəti çox mubahisəli bir məsələdir. Bu gün dünyada texnologiyaların təsirindən kənarda çox az sahələr qalmışdır. Bəzi alimlərin fikrincə, biz hələ çox böyük dəyişikliklər astanasındayıq. İndi isə bəzi elmi proqnozlara və texniki tərəqqinin inkişaf perspektivlərinə qısaca nəzər salaq; Süni intellekt. Min illərdir ki, insan özünün təfəkkur prosesini anlamağa çalışır. İntellekt sahəsində isə işlər daha murəkkəbdir: mutəxəssislər intellektin təbiətini anlamaqla süni intellektual varlıqlar yaratmaq uzərində işləyirlər. Süni intellekt [artificial intelligence] elmin ən müasir sahələrindən biridir. Bu sahədə ilk işlər İkinci dünya muharibəsi dövründən başlamışdır. Yeni yaranmış elmin adı isə 1956-cı ildə təklif edilmişdir. Hazırda süni intellektin əhatə etdiyi elmi istiqamətlərə öyrənmə və qavrama kimi ümumi xarakterli məsələlərdən tutmuş, şahmat oynamaq, riyazi teoremlər isbat etmək, bədii əsərlər yazmaq və xəstəliklərin diaqnostikası kimi xüsusi məsələlər daxildir. Süni sistemlərin “intellektuallığını” muəyyən etmək üçün ingilis riyaziyyatçısı Alan Turinq [Alan Turing] maraqlı bir sınaq təklif etmişdir. Turinq sınağı, yaxud Tu -rinq testi adlanan bu sınaq xəyali kompyuterin “intellektinin” insan intellektindən nə qədər fərqləndiyini müəyyən edir. Eksperimentdə bir necə nəfər və sınaqdan keçirilən intellektual sistem iştirak edir. İştirakçılar ayrı-ayrı otaqlarda kompyuter qarşısında otuzdurulur. Hər bir kompyuterin monitorunda o biri iştirakçıların adları gostərilir. Lakin bu adlardan hansının kompyuterə məxsus oldu ğunu iştirakçılardan heç kim bilmir. İştirakçılar klaviatura vasitəsilə bir-birlərinə istənilən sualı verə bilər sonra isə cavabın və məntiqiliyini qiymətləndirə bilər. Məsələn, “Sizin fikrinizcə,sabah hava necə olacaq?” sualına həmsohbətinizdən belə bir cavab almaq qəribə olardı: “Saniyədə 3 metr surətlə qərb kuləyi əsəcək, bəzi yerlərdə qısamuddətli yağış yağacaq, tufan ehtimalı var, temperatur +10...+12є C olacaq”. İnsan, yəqin ki, belə bir cavab verərdi: “Məncə, yağış yağacaq və təxminən 10 dərəcə istilik olacaq”. Verilən cavablara gorə hər bir insan-iştirakçı onun həm söhbətlərindən hansının insan olmadığını sezməlidir. Əgər insan-iştirakçılar uzun surən sohbət nəticəsində kompyuteri aşkar edə bilməsələr, deməli, intellektual sistem insana yaxın intellektə malikdir. Robototexnika. Kompyuter inqilabının “başçısı” Bill Geytsin proqnozlarına gorə elm və texnikanın yaxın gələcəkdə əsas inkişaf isti qaməti robototexnika [robotics] olacaqdır. Robotlar hərəkət etməklə verilmiş tapşırıqları yerinə yetirən fiziki qurğulardır. Bu məqsədlə robotlar ayaqlar, təkərlər, kabellər, tutacaqlar kimi icraçı mexanizmlərlə təchiz edilirlər. Bundan başqa, robotlarda ətraf muhitdən verilənləri qəbul etmək üçün sensorlar da quraşdırılır. Müasir robotlarda ətraf mühitin və robotun öz xarakteristikalarını müəyyən etmək üçün muxtəlif sensorlar tətbiq olunur. Bugünki robotları üç kateqoriyaya ayırmaq olar: robot manipulyatorlar, mobil robotlar humanoid robotlar. Robot manipulyatorlar fiziki olaraq öz iş yerinə, məsələn, zavodda quraşdırma konveyerinə və ya kosmik stansiyanın bortuna bağlı olur. Əksər avtomobil zavodlarının istehsal prosesini robot manipulyatorlar olmadan təsəvvur etmək mümkün deyil. Mobil robotlar təkərlər, ayaqlar, yaxud analoji mexanizmlərdən istifadə etməklə hərəkət edirlər. Onlardan xəstəxanalarda yemək daşımaq, yük doklarında konteynerlərin yerini dəyişdirmək və digər işlərin yerinə yetirilməsi üçün istifadə olunur. Humanoid robotlar fiziki quruluş baxımından insanı xatırladır. 1970-ci illərdə fərdi kompyuterlərin tətbiq sahələri haqqında muxtəlif fərziyyələr olsa da, konkret proqnozlar vermək cətin idi. İndi də buna oxşar olaraq, gələcəkdə robotlardan hansı sahələrdə istifadənin daha zəruri olması haqqında dəqiq fikir soyləmək mümkün deyil. Çox güman ki, onlar yaşlı və əlil insanların yardımçısı ola biləcək, eləcə də əsgər, inşaatçı və həkimlərlə əməkdaşlıq edəcək, sənaye avadanlıqlarına xidmət gostərəcək, təhlukəli kimyəvi maddələrlə işləyəcək, insan üçün əlcatmaz olan yerlərdə neft kəmərlərinə nəzarət edəcəklər. Robotlar həkimlərə minlərlə kilometr uzaqlıqda olan xəstələrə diaqnoz qoymağa və onları müalicə etməyə imkan verəcək, muhafizə sistemlərinin əsası olacaq və axtarışxilasetmə işlərinin aparılmasında əsas yardımçılar olacaqdır.


Yüklə 5,74 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin