Laboratoriya Işi №1 Mövzu: İnformasiya texnologiyaları anlayışı



Yüklə 5,74 Mb.
səhifə67/67
tarix21.12.2023
ölçüsü5,74 Mb.
#188936
1   ...   59   60   61   62   63   64   65   66   67
informatika lab.isi

Laboratoriya Işi №7

Mövzu: ECDL –tədris planına daxil olan proqramlarda iş
vərdişlərinin təkrarlanma layihəsi
Məqsəd: İnformasiya texnologiyalarının əsasları,
kompyuterdə iş, fayl sisteminin idarə olunması


KOMPYÜTER BİLİKLƏRİNİ ÖLÇƏN BEYNƏLXALQ SERTİFİKATLAŞMA PROQRAMI! ECDL (ECDL - European Computer Driving Licence və ya ICDL - International Computer Driving Licence) kompyüter biliklərini ölçən beynəlxalq sertifikat proqramıdır. ECDL İrlandiydada yerləşən ECDL foundation tərəfindən idarə edilməkdədir. ECDL (European Computer Driving Licence – Beynəlxalq Kompyüter Səviyyə ölçmə sertifikatı) ilə sertifikatlaşdırılmış qabiliyyətlər sənin işçi qüvvəni artırır və bir çox vəziyyətlərdə irəli getməyə imkan yaradır. ECDL Fürsətləri: 1) Tələbə üçün ECDL arzuolunan peşəyə sahib olmaq üçün mühüm addımdır.
2) İşçi qüvvəsinə qoşulmaq və ya kariyerada dəyişiklik etmək barədə düşünürsünüz? ECDL sizin imkanlarınızı inkişaf etdirəcək. ECDL Sertifikatları: ECDL Təməl səviyyə sertifikatları:
ECDL Orta səviyyə sertifikatları
ECDL Ali ECDL səviyyə sertifikatları
ECDL Ekspert səviyyə sertifikatları TƏLİMİN MODULLARI: Təməl səviyyə modulları:
1) Kompyüterin əsasları
2) Onlayn biliklər
3) Mətn prosessoru
4) Elektron cədvəllər
Orta səviyyə modulları:
1) Verilənlər bazası
2) Təqdimat
3) Onlayn əməkdaşlıq
4) IT təhlükəsizliyi
5) Rəsm üzərində redaktə
Ali səviyyə modulları:
1) Mətn prosessoru
2) Elektron cədvəllər
3) Verilənlər bazası
4) Təqdimat
ECDL-i seçməyin 7 səbəbi:
1. 150.dən çox ölkədə tanınan 13 miliyondan artıq insan ECDL seçib.
2. 43 fərqli dildə tədris və imtahan imkanından istifadə edin.
3. Dünyada 24000-dən çox təlim və imtahan mərkəzindən istifadə edin.
4. İş mühitində daha məhsuldar olun.
5. Karyera hədəflərinizə uyğun gələn sertifikatları seçin.
6. Günün tələblərinə cavab verən biliklərə yiyələnin!
7. Beynəlxalq sertifikatı CV-nizə əlavə edin. Əməliyyat sisteminin köməyilə istifadəçi-kompüter dialoqu yaranır, əməli və daimi yaddaş qurğuları iş prosesinə qoşulur, kompüter idarə edilir və istənilən proqram işə düşür. Beləliklə, ƏS-nin əsas funksiyası kompüterlərin ehtiyatlarının ( fiziki ehtiyatlar (mikropro­sessor, monitor, disklər) və məntiqi ehtiyatlar (proqramlar, fayllar və s.)) və hesablama sistemləri proseslərinin idarə olunmasıdır. Əməliyyatlar sistemlərinə PC DOS, OS/2,MS DOS, UNİX, Windows-u göstərmək olar.
ƏS-ləri yerinə yetirdikləri funksiyalarına görə üç qrupa bölünürlər:

  1. birməsələli (bir istifadəçidən ibarət) ƏS;

  2. çoxməsələli (çox istifadəçidən ibarət) ƏS;

  3. Şəbəkə əməliyyatlar sistemləri. 

Birməsələli ƏS bir istifadəçinin iş prosesində yalnız konkret bir məsələnin həlli üçün istifadə edilir. Belə sistemlərə MS DOS ƏS göstərmək olar.
Çoxməsələli ƏS fərdi kompüterlərdən istifadəçilərin multiproqram vaxt bölgüsü rejimində kollektiv istifadəni təmin edir. Bu vaxt kompüterin yaddaşında bir neçə proqram və məsələ olur ki, mikroprosessor kompüterin resurslarını onlar arasında bölüşdürür. Belə ƏS –lərinə UNİX, OS/2, Windows, Windows NT-ni göstərmək olar.
Şəbəkə ƏS lokal və qlobal kompüter şəbəkələrinin meydana gəlməsilə əlaqədar istifadəçinin hesablama şəbəkəsinin bütün resurslarına müraciəti təmin edir.
Hal-hazırda İBM PC markalı kompüterlər üçün aşağıdakı əməliyyatlar sistemi geniş istifadə olunur:
-MS DOS və onunla uzlaşan PC DOS və Novell Dos əməliyyat sistemləri;
— Windows 3.1, Windows 3.11, Windows 95, Windows 98, Windows 2000/NT, Windows XP, UNİX.
Bu əməliyyat sistemləri 8, 16, 32 mərtəbəli mikroprosessorlar üzərində qurulmuş FK-lar üçün yaradılmışdır.

Azərbaycanda təhsil sisteminin informasiyalaşdırılmasının əsas məqsəd və vəzifələri. Ölkənin təhsil sisteminin informasiyalaşdırılmasının əsas məqsədi müasir informasiya mədəniyyətinə malik şəxsiyyətlər yetişdirmək, ölkədə vahid təhsil və informasiya mühitinin formalaşdırmaqdır. Bu mühit yeni informasiya texnologiyalarından istifadə etməklə aşağıdakıları təmin etməlidir: 


• Ölkədə təhsilin keyfiyyətinin artırılması,
• Yeni informasiya mədəniyyətinin formalaşdırılması,
• Vətəndaşların bütün pillələrdə təhsil alma imkanlarının bərabərləşdirməsi
• Ölkənin təhsil sisteminin dünyanın informasiya, mədəniyyət və təhsil məkanına inteqrasiyasının təmin edilməsi. İbtidai siniflərdə şagirdlərin texnoloji təhsilinin inkişaf etdirilməsi XXI əsrin tələblərindən irəli gəlir. Sosial-iqtisadi şəraitdə təhsilin həyati bacarıqlara əsaslanması zəruridir. Uzun illər ibtidai sinif müəllimi kimi fəaliyyətini bu sahədə zəngin təcrübə qazanmağa səbəb olmuşdur. Şagirdlərin qazanmış olduqları biliyin bacarıqda ifadə olunması onların təfəkkür qabiliyyətlərinin formalaşmasını təmin edir. Açıq etiraf etməliyik ki, uzun illər ən çox yaddaşa əsaslanan hafizə məktəbindən faydalanmışıq. Tədris materialının bilik səviyyəsi ilə kifayətlənmək idrak baxımından aşağı səviyyədir. Şagirdlərin texnoloji təhsili inteqrativ xüsusiyyətə malikdir. Şagird texnoloji təhsilin imkanlarından istifadə edərək bütün fənlər arasında imkan yaratmış olur. İlk növbədə şagirdlərdə texnoloji mədəniyyətin aşılanması ilə bağlı apardığımız təlim məşğələləri fənnin əhəmiyyəti, məqsəd və vəzifəsinin reallaşması ilə şərtlənir. İbtidai təhsil pilləsində şagirdlərin emal texnologiyalarından bacarıqla istifadə etmələri, qarşıya çıxan problemlərin həlli üçün ideyalar irəli sürmək, nəticələri qiymətləndirmələri onlarda mənəvi keyfiyyətlərin inkişafına səbəb olur.
Müşahidələr göstərir ki, şagirdlərin texnoloji əməliyyatlarının aparılması prosesində xarakterləri formalaşır, onların mənəvi, intellektual və estetik inkişafı artır, sosial-iqtisadi şəraitdə uyğunlaşmalarına zəmin yaranır. I-IV siniflər üzrə apardığım tədris işlərində şagirdlərin texnoloji təhsilinin tələblərinə uyğun aparılması şagirdlərdə müqayisə və çeşidləmə, ilkin emal, özünəxidmət və birgəfəaliyyət vərdişləri, sadə layihələndirmə, tərtibat, modelləşdirmə, dizayn, canlı təbiətə xidmət bacarıqları ilə yanaşı, digər mühüm anlayışlar (ölçü, mütənasiblik, simmetriya) formalaşdırılır. Şagirdlər texnoloji təhsilin məzmununu ehtiva edən emal texnologiyalarından bacarıqla istifadə etmələri, qarşıya çıxan problemlərin həlli üçün ideyalar irəli sürmək, nəticələri qiymətləndirmələri, onlarda mənəvi keyfiyyətlərin inkişafına səbəb olur. Şagirdlər texnika elementləri, məişət mədəniyyəti və qrafika haqqında bilik və fəaliyyətlər üzrə pedaqoji əmək nümayiş etdirməklə həyata hazırlanır.
Kurikulumun tətbiqi ilə şagirdlərin məzmun xətti üzrə standartlara uyğun bilik və bacarıqların aşılanması təmin olunur. Bu məqsədlə, şagirdlər problem həlli, təhliletmə və əsaslandırma, mühakiməyürütmə, əlaqələndirmə, təqdimetmə kimi praktik fəaliyyət göstərməklə məntiqi, tənqidi, yaradıcı təfəkkürlərini inkişaf etdirmiş olurlar. Texnoloji təhsilin qazanılmasında tədris olunan hər bir fənnin öz təsir imkanları inteqrasiyada aydın görünür. IV sinifdə şagirdlər texnoloji təhsilə yiyələnərkən A-d. 4.1.6., H-b. 1.1.1., Riy. 2.1.1. qeyd olunan fənlərin müvafiq kodları ilə inteqrasiyası təmin olunmalıdır.
• A-d. 4.1.6. Cümlə və onun növləri ilə əlaqədar kiçik təqdimatlar edir.
• H-b. 1.1.1. Varlıq və hadisələrin mahiyyəti haqqında kiçik təqdimatlar edir.
• Riy. 2.1.1. Riyazi ifadələrin qiymətinin hesablamasında əməllər sırasından istifadə edir.
Ayrı-ayrı fənlər üzrə qeyd olunan kodların standartlarından aydın görünür ki, texnoloji təhsilin formalaşmasında təqdimatların edilməsi mühüm əhəmiyyət daşıyır.
Texnoloji təhsilin əhəmiyyətini dəyərləndirərkən qazanılan biliyin tətbiqi imkanları xüsusilə qeyd olunmalıdır. Məsələn, IV sinifdə «Texnologiyaların inkişafı» mövzusu tədris olunarkən təlim məqsədlərinə şagirdin emal texnologiyaları və vasitələri, texnoloji maşınları barədə kiçik təqdimatlar etməklə yanaşı, texnoloji maşınları və vasitələri bir-birindən fərqləndirmək bacarıqları daxildir. Şagirdlərin diqqətini «Texnologiyanın inkişaf etməsinin səbəbi nədir?» sualının cavablandırılmasına yönəldirəm.
Qloballaşan dünyada dar ixtisasla kifayətlənmək mümkünsüzdür. Bu problemin uğurlu həlli yalnız şagirdlərə texnoloji bacarıqlar aşılamaqla mümkündür. Texnoloji təhsil insan həyatının əsasını təşkil edir. Burada başlıca məqsəd, bilikləri şagirdə hazır şəkildə vermək yox, onun şəxsi düşüncəsinin məhsuluna çevirməkdən ibarətdir.
Texnoloji təhsilin aşılanması dərs prosesində reallaşır. Təlim məqsədlərinə uyğun olaraq dərslər kombinəedilmiş, nəzəri, praktik, laboratoriya işi, yoxlayıcı formalarda olur. İbtidai siniflərdə ən çox kombinəedilmiş dərs formalarından istifadə olunur. Çünki kombinəedilmiş dərsdə nəzəri və praktik dərs formaları öz əksini tapır. Nəzəri dərsin tələbinə görə şagirdlərə texnoloji təhsilin məzmununa aid materialşünaslıq elementlərinin (kağız və kartonun, plastilinin, parçanın, oduncağın, metalın, təbiət materiallarının və s.) xassələri və əldə edilməsi üsulları ilə tanış olunur, müxtəlif texniki qurğuları öyrənilir, texnoloji xəritələri tərtib etməyi, çertyoj və eskizləri oxumağı öyrədilir. Əməyin təşkili, mühafizəsi və təhlükəsizliyinin ümumi qaydaları ilə, gigiyena və istehsalat sanitariyası tələbləri ilə tanış edilir.
Praktik dərs şagirdlərin texnoloji təhsillə əlaqədar qazanmış olduqları biliklərin, müvafiq əməliyyatların yerinə yetirmələri üzrə bacarıq və vərdişlər qazanmalarına yönəldilməsinə xidmət edir. Texnoloji təhsil hər gün şagirdin qazanmış olduqları biliyin həyati bacarıqlara çevrilməsini təmin edir.
Yüklə 5,74 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin