Laboratoriya Işi №1 Mövzu: İnformasiya texnologiyaları anlayışı



Yüklə 5,74 Mb.
səhifə63/67
tarix21.12.2023
ölçüsü5,74 Mb.
#188936
1   ...   59   60   61   62   63   64   65   66   67
informatika lab.isi

Laboratoriya Işi №4
Mövzu: TİMS proqramı ilə tanışlıq layihəsi
Məqsəd: Təhsil sisteminin müasirləşdirilməsi şəraitində təhsil
müəssisələrinin idarə olunması qaydaları ilə tanışlıq

Təhsilin idarəolunmasının məlumat sistemi (TİMS). Bu gün idarəetmə və nəzarət mexanizmini informasiya texnologiyalarından istifadə etmədən günümüzün tələblərinə uyğun qurmaq mümkün deyil. Başqa sozlə, mövcud vəziyyəti operativ təhlil etmək, qiy mətləndirmək və düzgün qərarlar qəbul etmək üçün təhsilin idarəolunmasının məlumat sisteminə [education management information system, EMIS] böyük ehtiyac var. Belə bir sistemin yaradılmasında başlıca məqsəd:
• informasiya texnologiyaları əsasında təhsilin səmərəli idarəolunması sistemini formalaşdırmaq;
• təhsilin inkişafı istiqamətində dovlət proqramlarının hazırlanması, onların reallaşdırılması və monitorinqini idarə etmək;
• təhsil sisteminin qısamuddətli və uzunmuddətli inkişafı perspektivlərini muəyyənləşdirməkdir. Başqa sozlə, təhsilin idarəolunmasının məlumat sisteminin yaradılmasında başlıca məqsəd təhsili səmərəli idarə etmək və son nəticədə təhsilin keyfiyyətini yuksəltməkdir. Bu sistemin quruluş və mahiyyətini gozdən kecirək.
TİMS coxsəviyyəli sistemdir:
• 1-ci səviyyə – umumtəhsil məktəbləri;
• 2-ci səviyyə – rayon (şəhər) təhsil şobələri;
• 3-cü səviyyə – Təhsil Nazirliyi.
İnformasiyanın mənbəyi 1-ci səviyyədir. Burada toplanan informasiya bazası 2-cisəviyyəyə ötürülür. Təhsil şöbələri məktəblərdən qəbul etdikləri informasiyanı emal edir və toplu şəklində daha yuksək səviyyəyə – Təhsil Nazirliyinə ötürür. Sistemin əsasını kompyuterləşdirilmiş məktəb idarəetmə sis temi [computerized school management system] – “TİMS-məktəb” təşkil edir.Təhsil sisteminin müasirləşdirilməsi şəraitində təhsil muəssisələrinin idarə olunmasına da qoyulan tələblər artır.
Məktəb idarəetmə sistemi (MİS) məktəb rəhbərliyi və muəllimlərə hər zaman aktual informasiyadan istifadə edərək muxtəlif hesabatlar əldə etməyə imkan verir. Bu cür operativ hesabatlar isə məktəbin idarə edilməsində düzgün qərarlar qəbul etməyə komək edir. Məktəb idarəetmə sisteminin verilənlər bazası üç əsas informasiya blokundan ibarətdir:
1. “Şagirdlər”, 2. “Kadrlar”, 3. “Məktəb”
“Şagirdlər” blokunda hər bir şagirdin şəxsi məlumatları saxlanılır. Orada şagirdin adı, cinsi, doğum tarixi, yaşadığı ünvan, valideynlərinin adları, əlaqə telefonları, təhsil aldığı dil və s. məlumatlar toplanır. Məktəbdə çalışan hər bir müəllim haqqında məlumatlar “Kadrlar” blokuna daxil edilir. Orada ümumi məlumatlarla yanaşı, muəllimin bitirdiyi ali məktəb və ixtisas, pedaqoji iş stajı, bildiyi xarici dillər, tədris etdiyi fənlər, həftəlik dərs yükü s. məlumatlar da olur. Məktəbdə çalışan texniki heyət haqqında informasiyada “Kadrlar” blokunda emal olunur. “Məktəb” blokunda təhsil muəssisəsi haqqında ümumi məlumatlar (adı, tipi, ünvanı, əlaqə telefonları, tutumu, sinif otaqlarının sayı və s.), məktəbin maddi-texniki bazasına dair informasiya toplanır.Göstərilən üç əsas blokla yanaşı, informasiya sisteminə başqa bloklar – “Axtarış”, “Arxiv”, “Statistika və anali tika” da daxildir. Bu informasiya sistemindən istifadə etməklə məktəb, təhsil şobəsi və nazirlik rəhbərliyi operativ və düzgün qərarlar qəbul etmək imkanı əldə edir. Belə bir sistemin qurulmasında əsas məqsəd təhsil sistemi rəhbərlərinin cavabdeh olduqları sahənin monitorinqini aparmaq, dəqiq və cari məlumatlar əsasında strategiya və fəaliyyət planlarını hazırlamaq üçün genişəhatəli informasiya bazasını formalaşdırmaqdır. Sistem bir neçə səviyyədən ibarətdir: Təhsil Nazirliyi, təhsil şöbələri, məktəblər. Qeyd olunan işlərin səmərəli təşkili üçün Dünya Bankının tövsiyəsi ilə Təhsil Nazirliyində ayrıca qurum – Təhsilin İdarəolunmasının Məlumat Sistemləri şöbəsi, o cümlədən Bakı Şəhəri üzrə Təhsil İdarəsində müvafiq sektor yaradılmışdır.

Yüklə 5,74 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin