Laboratoriya Işi №1 Mövzu: İnformasiya texnologiyaları anlayışı



Yüklə 5,74 Mb.
səhifə62/67
tarix21.12.2023
ölçüsü5,74 Mb.
#188936
1   ...   59   60   61   62   63   64   65   66   67
informatika lab.isi

Laboratoriya Işi №4

Mövzu: TİMS proqramı ilə tanışlıq layihəsi
Məqsəd: Təhsil sisteminin müasirləşdirilməsi şəraitində təhsil
müəssisələrinin idarə olunması qaydaları ilə tanışlıq

Təhsil sisteminin müasirləşdirilməsi şəraitində təhsil müəssisələrinin idarə olunması sisteminin təkmilləşdirilməsinə yeni tələblər qoyulur. Bu gün idarəetmə və nəzarət mexanizminin səmərəsini artırmaq üçün informasiya texnologiyalarından istifadə qaçılmazdır. Başqa sözlə, mövcud vəziyyəti operativ təhlil etmək, qiymətləndirmək və nəticədə əsaslandırılmış optimal qərarlar qəbul etmək üçün Təhsilin İdarəolunması Məlumat Sisteminə ehtiyac var. Belə bir sistemin yaradılmasında başlıca məqsəd informasiya texnologiyaları əsasında təhsilin səmərəli idarəolunması sistemini formalaşdırmaq, təhsilin inkişafı üçün dövlət proqramlarının hazırlanması, reallaşdırılması və monitorinqi proseslərini idarə etmək, təhsil sisteminin qısamüddətli, uzunmüddətli perspektiv üçün inkişafını proqnozlaşdırmaqdır. Sistem bir neçə səviyyədən – Təhsil Nazirliyi, təhsil şöbələri və məktəblərdən ibarətdir. Bu işlərin səmərəli təşkili üçün artıq Dünya Bankının tövsiyəsi ilə Təhsil Nazirliyində ayrıca qurum – Təhsilin İdarəolunmasının Məlumat Sistemləri şöbəsi, o cümlədən Bakı Şəhəri üzrə Təhsil İdarəsində müvafiq sektor yaradılıb. İndiyədək bazaya 1 milyon 200 mindən çox şagird və 90 minədək məktəb heyəti haqqında məlumat daxil edilib. Yaxın günlərdə ölkənin bütün ümumtəhsil məktəbləri üzrə işlərin başa çatdırılacağı gözlənilir. Təhsil Sektorunun İnkişafı Layihəsi üzrə “Məktəb şəbəkəsi” hesabat formasına uyğun təlim dilləri üzrə hər dərs ilinə dair məlumatlar, ümumtəhsil məktəblərinin hər dərs ili üçün “Statistika hesabatı” ilə bağlı məlumatlar bazaya daxil edilib, yığılan məlumatlar əsasında məktəblərdə şagird sıxlığı, müəllim-şagird nisbəti, pedaqoji işçilərin, şagirdlərin və siniflərin sayı, məktəb binasının vəziyyəti və İKT avadanlıqlarının sayı ilə bağlı hesabatlar alınıb. TİMS-məktəb proqramı üzrə ölkənin bütün təhsil şöbələrinin, peşə liseylərinin, Nazirliyin tabeliyində olan orta ümumtəhsil məktəblərinin, Bakı şəhərinin bütün orta məktəblərinin İKT üzrə məsul şəxslərinə treninq-seminarlar keçirilib. Nazirliyin mərkəzi aparatının şöbələri TİMS-in mərkəzi bazasına birləşdirilib. TİMS-in şəbəkəsinin strukturuna nazirlik, təhsil şöbələri və məktəblər daxildir. Sistemdə həmçinin tədris dilləri haqqında məlumat, yaz və payızında məktəbi bitirən və ya yuxarı sinfə keçən şagirdlər haqqında, təhsil sənədi alanlar, tədris llinin əvvəlinə siniflər üzrə şagirdlərin bölgüsü və yaş tərkibi, hazırlıq və I-IV sinif komplektlərinin sayı, işçilərin sayı, məktəb kitabxanaları, tədris məşğələlərinin növbəliyi, loqopediya kabinetləri və mərkəzləri, tibb işçiləri, günüuzadılmış qruplar haqqında, məktəbin maddi bazası və tədrisin texniki vasitələri, şagirdlərin hərəkəti, xarici dillərin tədrisi, beşgünlük tədris həftəsi rejimi tətbiq olunan məktəblərdə sinif və şagirdləri, ümumtəhsil məktəblərində şagirdlərin dərsə davamiyyəti və IX sinfi bitirən şagirdlərin orta təhsilə cəlbi haqqında məlumat mövcuddur. TİMS nazirliyin Monitorinq və qiymətləndirmə, Strateji təhlil, Kənd rayonları üzrə ümumi şöbə, Xüsusi şöbə (attestatlar, şəhadətnamələr), Elm şöbəsi (elmlər doktorları), Dərslik və nəşriyyat (kitabxanalar) şöbəsi ilə six əlaqələri mövcuddur. . Təhsil Nazirliyinin Təhsilin İdarəolunmasının Məlumat Sistemləri (TİMS) şöbəsinin əsas məqsədi təhsilin idarəolunmasının məlumat sisteminin yaradılmasında və fəaliyyətində başlıca məqsəd təhsili səmərəli idarə etmək və son nəticədə təhsilin keyfiyyətini yüksəltməkdir. TİMS-in alt sistemləri məktəbəqədər, ümumtəhsil, orta-ixtisas, ali, peşə, məktəbdənkənar və təhsil şöbələridir. TİMS coxsəviyyəli sistemdir:
• 1-ci səviyyə – umumtəhsil məktəbləri;
• 2-ci səviyyə – rayon (şəhər) təhsil şobələri;
• 3-cü səviyyə – Təhsil Nazirliyi Təhsilin idarəolunmasının məlumat sistemi (TİMS). Təhsil sisteminin müasirləşdirilməsi şəraitində təhsil muəssisələrinin idarə olunmasına da qoyulan tələblər artır. Bu gün idarəetmə və nəzarət mexanizmini informasiya texnologiyalarından istifadə etmədən günümüzün tələblərinə uyğun qurmaq mümkün deyil. Başqa sozlə, mövcud vəziyyəti operativ təhlil etmək, qiy mətləndirmək və düzgün qərarlar qəbul etmək üçün təhsilin idarəolunmasının məlumat sisteminə [education management information system, EMIS] böyük ehtiyac var. Belə bir sistemin yaradılmasında başlıca məqsəd:
• informasiya texnologiyaları əsasında təhsilin səmərəli idarəolunması sistemini formalaşdırmaq;
• təhsilin inkişafı istiqamətində dovlət proqramlarının hazırlanması, onların reallaşdırılması və monitorinqini idarə etmək;
• təhsil sisteminin qısamuddətli və uzunmuddətli inkişafı perspektivlərini muəyyənləşdirməkdir. Başqa sozlə, təhsilin idarəolunmasının məlumat sisteminin yaradılmasında başlıca məqsəd təhsili səmərəli idarə etmək və son nəticədə təhsilin keyfiyyətini yuksəltməkdir. Bu sistemin quruluş və mahiyyətini gozdən kecirək.
.İnformasiyanın mənbəyi 1-ci səviyyədir. Burada toplanan informasiya bazası 2-cisəviyyəyə ötürülür. Təhsil şöbələri məktəblərdən qəbul etdikləri informasiyanı emal edir və toplu şəklində daha yuksək səviyyəyə – Təhsil Nazirliyinə ötürür. Sistemin əsasını kompyuterləşdirilmiş məktəb idarəetmə sis temi [computerized school management system] – “TİMS-məktəb” təşkil edir. Məktəb idarəetmə sistemi (MİS) məktəb rəhbərliyi və muəllimlərə hər zaman aktual informasiyadan istifadə edərək muxtəlif hesabatlar əldə etməyə imkan verir. Bu cür operativ hesabatlar isə məktəbin idarə edilməsində düzgün qərarlar qəbul etməyə komək edir. Məktəb idarəetmə sisteminin verilənlər bazası üç əsas informasiya blokundan ibarətdir:
1. “Şagirdlər”, 2. “Kadrlar”, 3. “Məktəb”
“Şagirdlər” blokunda hər bir şagirdin şəxsi məlumatları saxlanılır. Orada şagirdin adı, cinsi, doğum tarixi, yaşadığı ünvan, valideynlərinin adları, əlaqə telefonları, təhsil aldığı dil və s. məlumatlar toplanır. Məktəbdə çalışan hər bir müəllim haqqında məlumatlar “Kadrlar” blokuna
daxil edilir. Orada ümumi məlumatlarla yanaşı, muəllimin bitirdiyi ali məktəb və ixtisas, pedaqoji iş stajı, bildiyi xarici dillər, tədris etdiyi fənlər, həftəlik dərs yükü s. məlumatlar da olur. Məktəbdə çalışan texniki heyət haqqında informasiyada “Kadrlar” blokunda emal olunur. “Məktəb” blokunda təhsil muəssisəsi haqqında ümumi məlumatlar (adı, tipi, ünvanı, əlaqə telefonları, tutumu, sinif otaqlarının sayı və s.), məktəbin maddi-texniki bazasına dair informasiya toplanır.Göstərilən üç əsas blokla yanaşı, informasiya sisteminə başqa bloklar – “Axtarış”, “Arxiv”, “Statistika və anali tika” da daxildir. Bu informasiya sistemindən istifadə etməklə məktəb, təhsil şobəsi və nazirlik rəhbərliyi operativ və düzgün qərarlar qəbul etmək imkanı əldə edir. Məktəbəqədər tərbiyə və təhsil şöbələri üzrə TİMS modullarının artırılması məqsədilə müvafiq qurumların tələbatları öyrənilib. TİMS-in “Məktəbəqədər təhsil” modulunun hazırlanması və tətbiqi üçün proqram təminatı hazırlanıb. Təhsil şöbələri üzrə TİMS modulu hazırlanıb və müvafiq məlumatlar bazaya daxil edilib. TİMS-in səmərəli fəaliyyətinin təşkili və idarəetmə strukturunun təkmilləşdirilməsi istiqamətində Rayon Təhsil Şöbələrində TİMS üzrə əlaqələndirici şəxslər müəyyənləşdirilib və onlara müvafiq treninqlər keçirilib. Şöbədə hazırlanan “TİMS-məktəb” proqramının təkmilləşdirilməsi ilə bağlı ölkənin bütün təhsil şöbələrinin, nazirliyin tabeliyində olan orta ümumtəhsil məktəblərinin, Bakının bütün ümumtəhsil məktəblərinin İKT üzrə məsul şəxslərinə treninq-seminarlar keçirilib və mütəmadi bu iş davam etdirilir. Təhsil şöbələri, məktəblər, şagird və müəllimlər haqqında mətbuatda yayımlanan materiallar mütəmadi izlənilir, TİMS məlumat bazasına yerləşdirilir. Nazirliyin mərkəzi aparatının şöbələri TİMS-in mərkəzi bazasına birləşdirilib, məlumatalara çıxışları təmin edilib və TİMS sistemi ilə işləmək vərdişlərinin öyrədilməsi istiqamətində mərkəzi aparatın işçilərinə müvafiq treninqlər keçirilir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Dovlət Statistika Komitəsi və digər dövlət qurumlarının təhsillə bağlı informasiya sistemlərinə, toplanan məlumatlar əsasında hazırlanacaq hesabatlara olan tələbatlar öyrənilib. TİMS modullarının artırılması və sistemin təkmilləşdirilməsi – müxtəlif təhsil pillələri və təhsil şöbələri üzrə yeni modulların yaradılması üzrə işlərin davam etdirilməsi, TİMS şəbəkəsinin qurulması – Təhsil Nazirliyi və Rayon Təhsil Şöbələri üçün lazım olan avadanlıqlarının alınıb quraşdırılması, tələb olunan sistem proqramların və verilənlər bazasının idarəolunması sisteminin alınıb quraşdırılması nəzərdə tutulub. Sistemin istifadəçilərinin hazırlığı – treninqlərin keçirilməsi, TİMS-in idarəetmə strukturunun təkmilləşdirilməsi – Rayon Təhsil Şöbəsi TİMS-ə cavabdeh olan İKT üzrə mütəxəssis ştatının ayrılması, TİMS-in fəaliyyəti üçün cavabdehlik sisteminin qurulması planlaşdırılır.



Yüklə 5,74 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin