Laboratoriya Işi №1 Mövzu: İnformasiya texnologiyaları anlayışı



Yüklə 5,74 Mb.
səhifə64/67
tarix21.12.2023
ölçüsü5,74 Mb.
#188936
1   ...   59   60   61   62   63   64   65   66   67
informatika lab.isi

Laboratoriya Işi №4

Mövzu: TİMS proqramı ilə tanışlıq layihəsi
Məqsəd: Təhsil sisteminin müasirləşdirilməsi şəraitində təhsil
müəssisələrinin idarə olunması qaydaları ilə tanışlıq

Təhsilin idarəolunmasının məlumat sistemi (TİMS). Təhsil sisteminin müasirləşdirilməsi şəraitində təhsil müəssisələrinin idarə olunması sisteminin təkmilləşdirilməsinə yeni tələblər qoyulur. Bu gün idarəetmə və nəzarət mexanizminin səmərəsini artırmaq üçün informasiya texnologiyalarından istifadə qaçılmazdır. Başqa sözlə, mövcud vəziyyəti operativ təhlil etmək, qiymətləndirmək və nəticədə əsaslandırılmış optimal qərarlar qəbul etmək üçün Təhsilin İdarəolunması Məlumat Sisteminə ehtiyac var. Belə bir sistemin yaradılmasında başlıca məqsəd informasiya texnologiyaları əsasında təhsilin səmərəli idarəolunması sistemini formalaşdırmaq, təhsilin inkişafı üçün dövlət proqramlarının hazırlanması, reallaşdırılması və monitorinqi proseslərini idarə etmək, təhsil sisteminin qısamüddətli, uzunmüddətli perspektiv üçün inkişafını proqnozlaşdırmaqdır. Sistem bir neçə səviyyədən – Təhsil Nazirliyi, təhsil şöbələri və məktəblərdən ibarətdir. Bu işlərin səmərəli təşkili üçün artıq Dünya Bankının tövsiyəsi ilə Təhsil Nazirliyində ayrıca qurum – Təhsilin İdarəolunmasının Məlumat Sistemləri şöbəsi, o cümlədən Bakı Şəhəri üzrə Təhsil İdarəsində müvafiq sektor yaradılıb. İndiyədək bazaya 1 milyon 200 mindən çox şagird və 90 minədək məktəb heyəti haqqında məlumat daxil edilib. Yaxın günlərdə ölkənin bütün ümumtəhsil məktəbləri üzrə işlərin başa çatdırılacağı gözlənilir. Təhsil Sektorunun İnkişafı Layihəsi üzrə “Məktəb şəbəkəsi” hesabat formasına uyğun təlim dilləri üzrə hər dərs ilinə dair məlumatlar, ümumtəhsil məktəblərinin hər dərs ili üçün “Statistika hesabatı” ilə bağlı məlumatlar bazaya daxil edilib, yığılan məlumatlar əsasında məktəblərdə şagird sıxlığı, müəllim-şagird nisbəti, pedaqoji işçilərin, şagirdlərin və siniflərin sayı, məktəb binasının vəziyyəti və İKT avadanlıqlarının sayı ilə bağlı hesabatlar alınıb.
TİMS-məktəb proqramı üzrə ölkənin bütün təhsil şöbələrinin, peşə liseylərinin, Nazirliyin tabeliyində olan orta ümumtəhsil məktəblərinin, Bakı şəhərinin bütün orta məktəblərinin İKT üzrə məsul şəxslərinə treninq-seminarlar keçirilir. Nazirliyin mərkəzi aparatının şöbələri TİMS-in mərkəzi bazasına birləşdirilib. Təhsil Nazirliyinin Təhsilin İdarəolunmasının Məlumat Sistemləri (TİMS) şöbəsinin əsas məqsədi təhsilin idarəolunmasının məlumat sisteminin yaradılmasında və fəaliyyətində başlıca məqsəd təhsili səmərəli idarə etmək və son nəticədə təhsilin keyfiyyətini yüksəltməkdir. TİMS-in səmərəli fəaliyyətinin təşkili və idarəetmə strukturunun təkmilləşdirilməsi istiqamətində Rayon Təhsil Şöbələrində TİMS üzrə əlaqələndirici şəxslər müəyyənləşdirilib və onlara müvafiq treninqlər keçirilib.Şöbədə hazırlanan Nazirliyin mərkəzi aparatının şöbələri TİMS-in mərkəzi bazasına birləşdirilib, məlumatalara çıxışları təmin edilib və TİMS sistemi ilə işləmək vərdişlərinin öyrədilməsi istiqamətində mərkəzi aparatın işçilərinə müvafiq treninqlər keçirilir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Dovlət Statistika Komitəsi və digər dövlət qurumlarının təhsillə bağlı informasiya sistemlərinə, toplanan məlumatlar əsasında hazırlanacaq hesabatlara olan tələbatlar öyrənilib. TİMS modullarının artırılması və sistemin təkmilləşdirilməsi – müxtəlif təhsil pillələri və təhsil şöbələri üzrə yeni modulların yaradılması üzrə işlərin davam etdirilməsi, TİMS şəbəkəsinin qurulması – Təhsil Nazirliyi və Rayon Təhsil Şöbələri üçün lazım olan avadanlıqlarının alınıb quraşdırılması, tələb olunan sistem proqramların və verilənlər bazasının idarəolunması sisteminin alınıb quraşdırılması nəzərdə tutulub. Sistemin istifadəçilərinin hazırlığı – treninqlərin keçirilməsi, TİMS-in idarəetmə strukturunun təkmilləşdirilməsi – Rayon Təhsil Şöbəsi TİMS-ə cavabdeh olan İKT üzrə mütəxəssis ştatının ayrılması, TİMS-in fəaliyyəti üçün cavabdehlik sisteminin qurulması planlaşdırılır.


Yüklə 5,74 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin