Laboratoriya Işi №1 Mövzu: İnformasiya texnologiyaları anlayışı



Yüklə 5,74 Mb.
səhifə7/67
tarix21.12.2023
ölçüsü5,74 Mb.
#188936
1   2   3   4   5   6   7   8   9   10   ...   67
informatika lab.isi

Laboratoriya Işi №1
Mövzu: İnformasiya texnologiyaları anlayışı.
İnformasiya texnologiyasının inkişaf mərhələləri.
İnformasiya sistemi və onun strukturu. İnformasiya
sisteminin quruluşu.
Məqsəd: İnformasiya sisteminin funksiyalarının reallaşdırılmasına
yönəlmiş, informasiya texnologiyasının xüsusiyyətləri ilə
tanışlıq.

“İnformatika” termini ilk dəfə XX əsrin 60-cı illərində fransız mütəxəssisləri tərəfindən istifadə edilmişdir. Bu termin “informasiya” və “avtomatika” sözlərinin birləşdirilməsindən alınmışdır. 
Avtomatika sözü hərfi mənada “özü-özünə yeriyən”, “özü-özünə yerinə yetiri­lən” mənasını verir. Burada isə avtomatika dedikdə proseslərin avtomatlaşdırılması başa düşülür. Əslində hər hansı prosesin yerinə yetirilməsi əsasən üç üsuldan biri ilə yerinə yetirilə bilər. Bu üsullar əl əməyinin tətbiqi, mexanikləşdirilmiş proses və avtomatlaşmış prosesdir. Birinci hal məlumdur. Mexanikləşdirilmiş prosesin yerinə yetirilməsində mexaniki qurğu və vasitələr tətbiq edilir. Bu isə işin icrasında əl əməyinin olmasına şərait yaradır. Avtomatlaş­dırılmış proseslərdə isə əl əməyindən ya ümumiyyətlə istifadə edilmir,ya da ondan istifadə cüzi olur. Beləliklə, avtomatika dedikdə hər hansı prosesi yerinə yetirə bilən elektron qurğu və vasitələr yığımı nəzərdə tutulur.
İnformasiya texnologiyaları (ing. Information technologies) — informasiya ehtiyatlarından istifadə olunması proseslərinin ağırlığını azaltmaq, onların etibarlığını və operativliyini çoxaltmaq məqsədilə informasiyanın toplanması, emalı, saxlanması, ötürülməsini təmin edən və texnoloji zəncirdə birləşdirən metodlar, istehsal prosesləri və texniki-proqram vasitələri toplusu.
İnformasiya texnologiyaları dedikdə kompüter texnologiyaları başa düşülür. Kompüter üzrə mütəxəssislər İT mütəxəssisləri adlanırlar.
İnformasiya texnologiyalarının üç əsas prinsip üzrə inkişaf edir:

  • kompüterdə interaktiv rejimində iş;

  • proqram məhsullarının qarşılıqlı əlaqələndirilməsi;

  • proqramlaşmada həm verilənlərin, həm də məsələnin qoyuluşunun dəyişdirilməsi prosesinin çevikliyi.

  • Emal obyekti verilənlərdir;

  • Məqsəd informasiyanın alınmasıdır;

  • Emal prosesinin vasitələri proqram və aparat təminatıdır;

  • Verilənlərin emal prosesləri ardıcıl əməliyyatlara bölünür.

  • İnformasiya texnologiyalarının yaranması XX əsrin 60-cı illərinə təsadüf edir. Bu zaman ilk informasiya sistemləri yaradılmağa və təkmilləşməyə başlamışdır.

  • İnternetin inkişafı, yeni-yeni proqram və sistemlərin yaradılması, qloballaşma XX əsrin 90-cı illərindən İnformasiya texnologiyalarının inkişafının daha sürətlə getməsini göstərir.

  • İnformatika, eləcə də informasiya texnologiyaları elmi inkişaf etdikcə yeni-yeni elmi terminlər, anlayışlar da meydana gəlmiş və gündəlik həyata daxil olmuşdur. Bunlara misal olaraq:İnfokommunikasiya, informasiya infrastrukturu,  informasiyalaşma,  informasiya mühiti, informasiya cəmiyyəti, informasiya resursları və xidmətləri, bilik bazası, audio-video konfrans,telekonfrans, axtarış serverləri, relevant informasiya,  spam, provayder, host, çat, meynfreym, LAN, WAN, XML, HTTP və s. göstərmək olar.

  • PHP, Perl, ASP, ASP.NET, Java və s. vasitəsilə veb-saytlar yaradılır. MySQL, Microsoft SQL Server, Oracle proqramları ilə verilənlər bazası (VB) və verilənlər bazasının İdarəetmə sistemləri, SQL, JDBC, EJB-QL vasitəsilə verilənlərin idarəsi yerinə yetirilir.

İnformatika fənni informasiyanın toplanması, saxlanması, işlənməsi (emalı), ötürülməsi və bu proseslərdə istifadə edilən kompüterlər və digər qurğuları öyrənir.

Yüklə 5,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin