Laboratoriya Işi №1 Mövzu: İnformasiya texnologiyaları anlayışı



Yüklə 5,74 Mb.
səhifə3/67
tarix21.12.2023
ölçüsü5,74 Mb.
#188936
1   2   3   4   5   6   7   8   9   ...   67
informatika lab.isi

İnformasiyanın quruluşu dedikdə müəyyən məna daşıyan informasiya elementlərinin müəyyən məcmusu başa düşülür. Bu elementlər informasiya vahidləri adlanır. Onlar sadə və mürəkkəb olur. Sadə informasiya vahidlərini hissələrə ayırmaq mümkün deyil. Mürəkkəb informasiya vahidləri isə bir neçə sadə və mürəkkəb informasiya vahidlərinin birləşməsi nəticəsində yaranır.
Bütün obyektlər kimi informasiya da müəyyən edilmiş bir formada təsvir olunmalıdır. Təsvir olunmanı müxtəlif üsullarla, şifahi və yazılı formada əldə etmək mümkündür. İnformasiyanın təsvir olunmasının elementar vahidi siqnallardır. Siqnallara misal olaraq rəqəmləri, hərfləri və digər işarələri göstərmək olar. İnformasiya vahidlərinin təşkil olunduğu informasiya siqnallarının yazılı təsviri qeydiyyat adlanır. Qeydiyyatın maddi mühiti qeydedicilər və informasiya daşıyıcıları adlanır. İnformasiya daşıyıcılarını iqtisadi informasiyanın əsas təsvir forması adlandırmaq olar. İnformasiya qeydedicilərdən başqa indikatorlarla da əks etdirilirlər. Digər qeydedicilərdən fərqli olaraq indikatorlar informasiyanın diskret və ya rəqəm-hərf siqnalları ilə deyil, fasiləsiz siqnallar formasında göstərilmələrindən ibarətdir. İnformasiyanın həcmi çox vaxt üç növ ölçü vasitəsilə hesablanır: işarələr ilə; informasiyanın quruluş vahidləri ilə; informasiya daşıyıcıları ilə. İnformasiyanı təsvir etmək məqsədilə şifahi danışıqdan, qrafiklərdən də istifadə etmək olar. İnformasiya sistemi üç tip komponenti əhatə edir: funksional komponentlər, verilənləri işləyən sistemin komponentləri və təşkilati komponentlər. İnformasiya sistemlərinin elementləri məzmunu və reallaşdırılması əlamətinə görə idarəetmə sistemləri iqtisadi, texniki, sosial, bioloji və s. sistemlərə ayrılırlar. İdarəetmə sistemlərində idarəetmə obyektləri ilə qarşılıqlı əlaqə yolu ilə idarəedici elementlərin reallaşdırılması həyata keçirilir. Bu sistemlər içərisində iqtisadi sistemlər daha geniş yer tutur. İqtisadi sistemlər maddi nemətlərin istehsalı, bölgüsü, mübadiləsi və istehlakını həyata keçirməklə, cəmiyyətin funksional altsistemidir. İqtisadi informasiya sistemlərin fəaliyyəti zamanı insanlar müəyyən ictimai-istehsal və iqtisadi münasibətlərdə olurlar. Ona görə də iqtisadi informasiya sistemləri məhsuldar qüvvələrlə istehsal münasibətlərinin vəhdətindən təşkil edilir. İqtisadiyyatın idarə edilməsinin informasiya sistemi özünəməxsus xüsusiyyətlərə malikdir və bu xüsusiyyətlər idarəetmə obyektinin xüsusiyyətlərindən irəli gəlir. İqtisadi informasiya sistemi obyektlərin fəaliyyətini adekvat (olduğu kimi) şəkildə əks etdirmək və idarəetmə funksiyalarını təmin etmək üçün nəzərdə tutulmuşdur. İnformasiya sistemlərinin öyrənilməsi məqsədilə təhlil və sintez həyata keçirilir. Təhlil vasitəsilə iqtisadi informasiyanın xassələri, onun qiymətləndirilməsi, adekvat informasiya dilinin seçilməsi təmin olunur. Sintez isə iqtisadi məsələlərin maşında həll edilməsi sistemlərinin qurulmasının, o cümlədən informasiya daşıyıcılarının, onun kodlaşdırılmasının və klassifikatorlarının layihələndirilməsinə xidmət edir. İnformasiya sistemlərinin tədqiq edilməsi məsələlərin müasir kompüterdə həllinin layihələndirilməsindən əvvəl həyata keçirilməlidir. Bu halda məsələləri tərkibi və parametrləri, informasiyanın təsnifləşdirilməsi məntiqi səviyyədə onun quruluşunu aşkar edir.


Yüklə 5,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin