Laboratoriya işi №3 "Qazoxrom 3101" xromotoqrafında qaz qarışığının komponent tərkibinin təyin edilməsi - Qazın "Qazoxrom 3101" xromotoqrafında aparılan analizinin nəticələri.
- Bu cihazın işi qaz-adsorbsiya xromotoqrafiya prinsipinə əsaslanır. Cihazda adsorbentlə doldurulmuş üç borucuq (kolonka) istifadə edilir. Bunlardan:
- 1 №-li kolonka - qaz qarışığında olan oksigenin (O2) və azotun (N2) miqdarlarını təyin etmək üçündür. Bu kolonkada CaX və ya NaX markalı molekulyar ələklər adlanan adsorbentlər istifadə edilir.
- 2 №-li kolonka - qaz qarışığında olan yanan komponentlərin, yəni hidrogenin (H2), metanın (CH4), karbon oksidin (CO) miqdarlarını təyin etmək üçündür.
- Bu kolonkada AQ-3 markalı aktivləşdirilmiş kömür adsorbent kimi istifadə edilir.
- 3 №-li kolonka - qaz qarışığında olan karbon dioksidin (CO2) miqdarını təyin etmək üçündür. Bu kolonkada da AQ-3 markalı aktivləşdirilmiş kömürdən istifadə edirlər.
Qazoxrom 3101" xromotoqrafında qaz nümunəsi şpris ilə aparıcı qaz axınına verilərək, mьvafiq kolonkalara yцnəldilir. 2 №-li kolonkada aparıcı qaz kimi hava, 1 və 3 №-li kolonkalarda - helium istifadə edilir. Cihazda kombinə olunmuş detektor istifadə edilir, yəni detektorun iki işlək elementləri var. Bunlardan biri 2 №-li kolonkada ayrılan qazların yandırılandan sonra istilik effektini qiymətləndirmək üçün, ikincisi isə 1 və 3 №-li kolonkalarda ayrılan yanmayan qazların istilik keçirmə effektinə gцrə qiymətləndirmək üçündür.
Tutaq ki, təhlil olunan qazın 1 №-li kolonkadakı analizin nəticələri (cədvəl 1-də) verilmişdir. Hesab edilir ki cədvəl 1-də komponentlərin təyin olunan nisbəti (laboratoriya işi №1-dəki) cədvəl 1-dəki 1-ci fraksiyanın tərkibinə mьvafiqdir.
Cədvəl 1-də hesablanan nəticələrə əsaslanaraq, qaz nьmunəsinin tərkibində olan oksigenin (O2), azotun (N2) və metanın (CH4) miqdarlarını ayrılıqda təyin edək.
Dostları ilə paylaş: |