Sürtünmə və onun növləri
Bir-birinə sıxılmış iki cismi nisbi hərəkətə gətirməyə çalışan qüvvə tətbiq edildikdə, nisbi hərəkətə müqavimət göstərən qüvvə yaranır ki, buna
sürtünmə qüvvəsi deyilir. Sürtünmə qüvvəsi kontaktda olan səthlərə
toxunan müstəvidə yerləşir. Sürtünmənin yaranması iki səbəblə izah olunur.
Birinci, sürtünən səthlərin girinti və çıxıntılarının bir-birinə ilişməsidir. Belə ki, nisbi hərəkət verməyə çalışan qüvvə artdıqca, çıxıntılar əvvəlcə deformasiyaya uğrayaraq hərəkətə müqavimət göstərirlər – bu
sükünət sürtünməsisir; qüvvənin sonrakı artımında çıxıntılar plastik deformasiyaya uğrayaraq qırılırlar və nisbi hərəkət başlayır – bu
hərəkət sürtünməsidir.
Çıxıntıların sınması molekullararası rabitəni qırır, bu sərf edilən enerji isə istiliyə çevirilir.
İkinci səbəb isə onunla izah olunur ki, çıxıntılar ilişdikdə onların toxunma səthlərindəki molekulların yaxın- laşması nəticəsində molekullar arasında yaranan cazibə qüvvəsi nisbi hərəkətə mane olur. Sürtünmə prosesində səthlərin çıxıntılarının qırılmasına
yeyilmə deyilir.
Nisbi hərəkətin müvcudluğuna görə,
sükünət və
hərəkətli sürtünmə olur. Nisbi hərəkətin xarakterinə görə sürtünmə iki cür olur:
sürüşmə sürtünməsi, bu halda toxunan səthlər bir-birinə nəzərən sürüşür;