690) BE miqdarı nəyi göstərir? A) Hər biri
B) Zülal bufer sisteminin qatılığını
C) Qanın bufer əsaslarının ümumi miqdarını
D) Hemoqlobin bufer sisteminin qatılığını
E) Bufer əsaslarının lazim olan miqdarınnan dəyişməsini
Ədəbiyyat: Комаров Ф.И., Коровкин Б.Ф., Меньшиков В.В. Биохимические исследования в клинике, Москва, 2001
691) Arterial qanın pO2 azalması nə ilə əlaqədardır? A) Sadalananlar hamısı
B) Alveolyar-kapilar membranadan diffuziyanın pozulması
C) Alveolyar hipoventilyasiya
D) Ağciyər hemodinamikasının pozulması
E) Arterial-venoz şuntlama
Ədəbiyyat: Комаров Ф.И., Коровкин Б.Ф., Меньшиков В.В. Биохимические исследования в клинике, Москва, 2001
692) TYM müayinəsi üçün qan götürdükdə aşağıdaki şərtlərdən hansını nəzərə almaq lazımdır? A) Damarı sıxmadan qanı götürmək
B) Qanın hava ilə kontaktından qaçmaq
C) Kapilyar qanı sıxıb götürmək
D) Hamısı düzgündür
E) Arterial qanı heparinlə götürmək
Ədəbiyyat: Комаров Ф.И., Коровкин Б.Ф., Меньшиков В.В. Биохимические исследования в клинике, Москва, 2001
693) Hemoqlobinin oksigenlə doyma göstəricisi nədir? A) Fiziki həll olmuş oksiqenə oksihemoqlobinin oksigeninə nisbəti
B) 1 qram hemoqlobinlə bağlı oksigenin həcmi
C) Hər biri
D) Bütün hemoqlobin oksihemoqlobin formasında olarkən oksigen gərginliyi
E) Oksihemoqlobinin ümumi hemoqlobinə faizlə nisbəti
Ədəbiyyat: Назаренко Г.И., Кишкун А.А. Kлиническая оценка результатов лабораторных исследований. Москва, «Медицина», 2002
694) Oksihemoqlobinin dissosiasiya əyrisi hansıdır? A) Oksihemoqlobinin miqdarının karbon turşusunun gərginliyindən asılılığı
B) Hemoqlobinin oksigenlə doymasının oksigenin gərginliyindən asılılığı
C) Oksigenin parsial təzyigi və mioqlobinin miqdarı arasında olan asılılıq
D) Hemoqlobin molekulunda karbon turşusu və birləşmiş oksiqenin nisbəti
E) pH-ın oksihemoqlobinin miqdarına təsiri
Ədəbiyyat: Назаренко Г.И., Кишкун А.А. Kлиническая оценка результатов лабораторных исследований. Москва, «Медицина», 2002