796) Bağırsaq amöbiazının mikroskopik mənzərəsinə nə xas deyil?
A) Bütün görmə sahələri eritrositlərlə örtülüb
B) Şarko-Leyden kristalları
C) Az miqdarda leykositlər və makrofaqlar
D) Bütün görmə sahələri leykositlərlə örtülüb
E) E.Histolytica hematofaqları
Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология, Москва, 1991
797) İnsanın bağırsağında rast gəlinən amöblardan hansı patogendir?
A) E.histolytica
B) E.nana
C) E.hartmanni
D) Yodamöb bütçili
E) E.coli
Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология, Москва, 1991
798) Rənglənmiş preparatda E.histolytica-nın yetişmiş sistalarının əsas əlaməti nədir?
A) Rəngi
B) Qişanın xarakteri
C) Nüvələrin sayı
D) Sitoplazmanın xarakteri
E) Udulmuş eritrositlər
Ədəbiyyat: Çobanov R.Ə., Cəlilova S.A. İnsan helmintozları, Bakı, 1997. 156 s
799) Kəskin bağırsaq amöbiozunun diaqnostikası üçün əsas şərt hansıdır?
A) Nəcisin konservanta qoyulması
B) Müayinədən əvvəl nəcisin qızdırılması
C) Təzə ifraz olunan nəcisin müayinəsi
D) Nəcisin tez soyudulması
E) Nəcisin sentrifuqalanması
Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология, Москва, 1991
800) Dizenteriya amöbunun sistasına hansı əlamət xas deyil?
A) Yetişmiş sistada 4 nüvə
B) Ikikonturlu gişa
C) Sitoplazmanın ekto-və endoplazmaya bölünməsi
D) Dairəvi və oval forması
E) 12-14 mkm ölçüsü
Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология, Москва, 1991
801) Amöbiazlı xəstələrin qanlı-selikli ifrazatında nə tapmaq olur?
A) Sporları
B) Hematofaqları
C) Polifaqları
D) Heç birini
E) Sistaları
Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология, Москва, 1991
Dostları ilə paylaş: |