Laboratoriya işi ixtisası üzrə test tapşıriqları


) Meqablastik sıra hüceyrələri eritroblastik sıra hüceyrələrindən nə ilə fərqlənirlər?



Yüklə 0,88 Mb.
səhifə46/165
tarix18.08.2022
ölçüsü0,88 Mb.
#63192
1   ...   42   43   44   45   46   47   48   49   ...   165
laboratoriya

264) Meqablastik sıra hüceyrələri eritroblastik sıra hüceyrələrindən nə ilə fərqlənirlər?
A) Bütün sadalanan əlamətlərlə
B) Nüvənin radial xətlərinin oımaması
C) Böyük ölçülərlə
D) Sitoplazmanın erkən hemoqlobinizasiyası ilə
E) Bol sitoplazma ilə


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.:Ньюдиамед, 2002, 2003, 2005


265) Periferik qanda bazofillərin miqdarının mütləq çoxalması nəyə xarakterikdir?
A) Xroniki miyeloproliferativ xəstəliklər üçün
B) Estrogenlərlə müalicə üçün
C) Allergik vəziyyətlər üçün
D) Kəskin leykozlar üçün
E) Bütün sadalananlar düzdür


Ədəbiyyat: Клиническая лабораторная аналитика. (Под редакцией В.В.Меньшикова) М: Лабинформ-РАМЛД, 1999
266) Mütləq neytrofilyoza nə xarakterikdir?
A) Aplastik anemiyalar
B) Sitostatiklərlə müalicə
C) Bütün sadalananlar düzdür
D) Sepsis
E) Xroniki bakterial infeksiyalar


Ədəbiyyat: Клиническая лабораторная аналитика. (Под редакцией В.В.Меньшикова) М: Лабинформ-РАМЛД, 1999


267) Nisbi limfositoz nə zaman müşahidə olunur?
A) Xroniki miyeloleykoz
B) Kortikosteroidlər
C) Toksoplazmoz zamanı
D) İkincili immun çatışmamazlığı
E) Bədxassəli yenitörəmələr


Ədəbiyyat: Клиническая лабораторная аналитика. (Под редакцией В.В.Меньшикова) М: Лабинформ-РАМЛД, 1999.


268) Hemoqrammada: hemoqlobin-100 q/l; eritrositlər 3,4•1012 /l; leykositlər-36•109 /l; blast hüceyrələri-42%; miyelositlər-5%; metamiyelositlər-1%; çöpnüvəli-2%; seqmentnüvəli-20%; limfositlər-12%; monositlər-8%. Bu hemoqramma xroniki miyeloleykozun hansı mərhələsinə aiddir?
A) Heç biri
B) Blast krizi
C) Kəskin leykoz
D) Yayılmış
E) İlkin


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.:Ньюдиамед, 2002, 2003, 2005


269) Hemoqrammada: hemoqlobin -110q/l; eritrositlər -3,7•1012 /l; leykositlər-220•109/l; miyeloblastlar-4%; promiyelositlər -2%; miyelositlər-22%; metamiyelositlər-7%; çöpnüvəli-16%; seqmentnüvəli-35%; eozinofillər-5%; bazofillər-2%; limfositlər 4%; monositlər-3%; eritroblastlar-2/100 leykositə. Bu hemoqramma xroniki miyeloleykozun hansı mərhələsnə aiddir?
A) Heç biri
B) İlkin
C) Blast krizi
D) Kəskinləşmə
E) Yayılmış


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.:Ньюдиамед, 2002, 2003, 2005


270) Hemoqrammada: Hb-120q/l; ; eritrositlər -3,7•1012 /l; leykositlər-40•109/l; miyeloblastlar-2%; miyelositlər-15%; metamiyelositlər-4%; çöpnüvəli-17%; seqmentnüvəli-11%; eozinofillər-7%; bazofillər-36%; limfositlər-6%; monositlər-2%. Bu hemoqramma xroniki miyeloleykozun hansı mərhələsinə xasdır?
A) Yayılmış
B) Heç biri
C) Blast krizi
D) İlkin
E) Kəskinləşmiş


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.:Ньюдиамед, 2002, 2003, 2005
271) Blastların əmələ gəlməsi ilə şərtlənən leykositoz, nəzərə çarpan normoxrom anemiya, periferik qanda trombositopeniya və çox miqdarlı blastlarda (60%) hiper hüceyrəli sümük iliyi nə üçün xarakterikdir?
A) Miyelom xəstəlik üçün
B) Kəskin leykoz üçün
C) Limfoqranulematoza
D) Xroniki limfoleykoz üçün
E) Xroniki miyeloleykoz üçün


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.:Ньюдиамед, 2002, 2003, 2005

Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin