322) Sümük iliyində miyelokariositlərin sayının kəskin azalması nə vaxt müşahidə olunur? A) Fankoni anemiyası zamanı
B) Sitostatik xəstəliklərdə
C) Heç birində
D) Miyelotoksiki aqranulositozda
E) Hər birində
323) Sümük iliyi yaxmasında L/E indeksi =1:2, eritrokariositlərin inkişaf indeksi =0,4. Bu aşağıdakılardan hansına xasdır? A) Hipoplastik anemiyaya
B) Dəmir-defisitli anemiyaya
C) Leykemoid reaksiyaya
D) Hər birinə
E) Kəskin eritromiyeloza
Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.:Ньюдиамед, 2002, 2003, 2005.
324) Hemoqlobinin tərkibi nədir? A) Lipidlər və zülallar
B) Karbohidrat və zülallar
C) Porfirinlər və zülallar
D) Mikroelementlər və zülallar
E) Vitaminlər
Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.:Ньюдиамед, 2002, 2003, 2005.
325) Aşağıdakılardan hansının inkişafı nəticəsində eritrositlərdə “S” hemoqlobinin sintezi baş verir? A) Oraqvari-hüceyrəli anemiya
B) Meqaloblast anemiya
C) Aplastik anemiya
D) Hipoxrom anemiya
E) Normoxrom anemiya
Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.:Ньюдиамед, 2002, 2003, 2005.
326) Anomal hemoqlobinli eritrositlərə nə xasdır? A) Eritrositlərin rezistentliyinin dəyişməsi
B) Xarici amillərə davamlığın azalması
C) Hemoqlobinin həll olmasının dəyişməsi
D) Bütün sadalananlar
E) Oksigenə yaxınlığın dəyişməsi